Command: _line<>
Specify first point: ixtiyari nöqtə
Specify next point or [Undo]: @0,50 <>
Specify next point or [Undo]: @70,0 <>
Specify next point or [Close/Undo]: @0,-50 <>
Specify next point or [Close/Undo]: C <>
B urada []- kvadrat mötərzədə yazılmış sözlər (məsələn, Close) altkomandalar adlanır. Mötərzəsiz yazılmış altkomanda aktivdir (məsələn, Specify next point- parçanın növbəti nöqtəsinin koordinatı) və AutoCAD onun daxil edilməsini gözləyir. Digər altkomandanı daxil etmək üçün onun ya tam adı yığılır məsələn, Undo ya da addakı böyük hərf (ləqəbi) yazılır «U» və sonar isə «ENTER» (<>)düyməsi basılır.Yada ki, siçanın sağ düyməsi basılır və açılmış konteks menyudan altkomanda seçilir.
Komandadan çıxmaq üçün əsasən [ESC] və ya «ENTER» düyməsindən istifadə edilir.
Əgər komandada “<>”- bucaq mötərzə daxilində altkomanda varsa onu işə salmaq üçün «ENTER» düyməsi basılır.
D inamik üsulla koordinatları daxil etdikdə altkomandalara müracət etmək üçün siçanın sağ düyməsindən və ya (aşağı) klavituradakı aşağı düyməsindən istifadə etmək olar. Siçanın sağ düyməsini həm dinamiki həm də qeyri dinamiki üsulda tətbiq etmək olar.
Koordinatın daxili
Çəkmək üçün komandanı işə saldıqda həmişə korrdinatların daxil olunması tələb olunur. Koordinatların verilməsinin aşağıdakı üsulları mövcuddur. Göstərilən üsullarla paralel olaraq koordinatları verdikdə ekran bağlantısı (Snap və Grid), obyekt bağlantısıından (OSNAP) və həmçinin çəkməni asanlaşdıran (ORTHO, POLAR, OTRACK) komandalarından istifadə edilir:
1.
|
Interaktiv üsul
|
Siçanın vasitəsi ilə ekrandan nöqtənin verilməsi;
|
2.
|
Mütləq koordinat (şəkila). Koordinatlar bir-birindən “,” vergüllə ayrılır.
|
x,y,z koordinatın klaviaturadan koordinat başlanğıcına nəzərən daxil edilir.
Məsələn, “100,10,40”
|
3.
|
Nisbi düzbucaqlı (dekart) koordinatlar (şəkil b)
|
Hər hansı nöqtəyə nəzərən klaviaturadan @ (ət) işarəsi ilə x, y və z verilir (dinamik rejimdə isə “#” –dies işarəsi ilə mütləq koordinat daxil edilir). Məsələn, “@20,30,50”
|
4.
|
Mütləq polyar koordinat (şəkil v). Koordinatlar bir-birindən “<” kiçikdir işarəsi ilə ayrılır.
|
(polyar radius)< (polyar bucaq) klaviaturadan koordinat başlanğıcına nəzərən daxili.Msələn, “100<45”
|
5.
|
Nisbi polyar koordinat (şəkil q)
|
Hər hansı nöqtəyə nəzərən klaviaturadan @ (ət) işarəsi ilə məsafə və bucaq verilir. Məsələn, “@30<45”
|
6.
|
Istiqamətinvə məsafəninverilməsiilə (şəkil d)
|
Ekrandaaxrıncı nöqtədənsiçanvasitəsiilə istiqamətgöstərilirvə həministiqamətdə klaviaturadan məsafə verilir. Məsələn, 200
|
Dostları ilə paylaş: |