K ursor və nişanın işarəsi. Bu işarə öz formasını tez-tez dəyişir. Siçan model sahəsində dayandıqda kvadrat və üstəgəl işarələri formasını alır . Nişan (kursor), vəziyyətdən asılı olaraq kvadrat, ox və ya «üstəgəl» formasını da ala bilir. Məsələn, seçmə lazım olduqda o, düzbucaqlı nişana, nöqtənin koordinatını daxil etmək lazım olduqda «üstəgəl», alət lövhələri üzərinə keçdikdə isə ox formasına çevrilr.
G örünüş kubu. Görünüş kubu əsasən 3D modelləşdirmədə istifadə edilir. Onun vəzifəsi görünüşü tez-tez müxtəlif vəziyyətlərə gətirməkdir. W- qərb, E- şərq, S- cənub və N-şimal istiqamətlərini göstərir. Sol yuxarıda yerləşən evcik şəkili 3D -ə keçdikdə vurulur və kuba yaxınlaşdıqda işıqlanır. Evcik üzərində sağ düyməni vurub siyahıdan görünüşlərin birini seçmək də olur. Evcik vurulduqda ikinci şəkil alınır. 2D cizgilər TOP -a (üstən görünüş) yerinə yetirilir.