XLINE- komandası ilə düz xətlər çəkilir (maşınqayırma cizgilərinda bu xətdən istifadə edərək əlaqə xətləri çəkilir). AutoCAD da bu komanda işə düşdükdə ona cavab olaraq aşağıdakı altkomandalardan birinin daxil edilməsini göstərir.
Command: _xline
Specify a point or [Hor/Ver/Ang/Bisect/Offset]: [hor/şaquli/ bucaq/tənbölən/oxşar/] (nöqtə daxil edilir)
Specify through point (digər nöqtə verilir)
Bu altkomandalardan birini seçdikdən sonra bütün format boyda xətt çəkilir. Burada:
Specify a point (nöqtədən) bu altkomanda verilmiş nöqtədən və Through point (ikinci nöqtədən keçməklə) göstərilən nöqtədən keçməklə düz xətt çəkir.
Hor (horizontal) köməkçi xətt çəkdikdə istifadə olunur. h yazıb daxil etdikdən sonra Through point (nöqtədən keçməklə) sualına cavab olaraq ekranda horizontalın keçəcəyi ixtiyari nöqtə daxil edilir.