Milli aviasiya akademiyasi


-Decurve (səlistliyi ləğv et) - Fit



Yüklə 13,77 Mb.
səhifə83/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   79   80   81   82   83   84   85   86   ...   248
    Bu səhifədəki naviqasiya:
  • Pedit
-Decurve (səlistliyi ləğv et) - Fit (düzlənmiş), Spline (səlist) altkomandaları ilə yaradılmış səlist xətlər əvvəlki vəziyyətlərinə qayıdır;

-Ltype gen (xəttin tipi) – bu altkomanda ilə Plinegen söndürülür və ya qoşulur;

- Reverse (istiqaməti dəyiş) xəttin başlanğıc nöqtəsi ilə son nöqtələrinin yerini dəyişir;



-Undo (ləğv et) – sonuncu əməliyyatı ləğv edir;

Ixtiyari parçanı və ya qövsü polixəttə çevirmək olar. Bunun üçün Pedit (polired.) komandası daxil edilir və ixtiyari parça və ya qövs seçilir. AutoCAD nəticədə cavab verir. Object Selected is not a polyline. Do you want to turn it into one? (Seçilmiş xətt polixətt deyil. polixəttə çevrilsinmi? ) düyməsi basılır və xətt polixəttə çevrilir. Əgər bu xəttə bitişik digər xətləri də polixəttə çevirmək lazımdırsa, onda komandalar sətrində Join (əlavə et) J daxil edilir və xətlər ardıcıl seçilir. Seçilmiş bütün xətlər polixəttə çevrilir.

Polixətti redaktə etmək üçün xəttin üzərində dayanıb iki dəfə siçanın sol düyməsini tıqqildatmaq lazımdır.

Şəkildə verilmiş xətti vahid polixəttə çevirək.

1. Line və arc komandaları ilə şəkildə verimiş konturu ixtiyari ölçülərlə çəkək.

2. Xətlərdən birini pozaq (seçib klaviaturadan Del düyməsi vurulur).

3. Pozulmuş xəttin əvəzinə Polyline komandası ilə xətt çəkək.

4. Sonuncu çəkilmiş xəttin üzərində siçanın sol düyməsini iki dəfə tez və cəld vuraq.

5. Enter an option [Close/Join/Width/ Edit vertex/Fit /Spline/ Decurve/ Ltype gen /Reverse/Undo]: (aktivləşmiş Pedit komandasının Join altkomandasını seçək)

6. Select objects: Specify opposite corner: 5 found (bütün xətlər seçilir və Enter düyməsi vurulur)

7. Nəticədə Autocad aşağıdakı məlumatı yazır.

Select objects:

4 segments added to polyline (Polixəttə 4 seqment birləşdirildi)



    1. Yüklə 13,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin