Object Type (obyektin tipi) açılan siyahısından Region (oblast) və ya Polyline (polixətt) seçilir. Əgər çox mürəkkəb oblast yaratmaq lazım olarsa, onda New (yeni) düyməsi basılır. Sonra AutoCAD cizgiyə qayıdır və obyektləri əhatə edən çərçivəni göstərərək oblast seçilir, Boundary Creation(konturun yaradılması) dialoq pəncərəsinə qayıdır və buradakı Pick Points (nöqtəni seçir) düyməsi basılaraq müvəqqəti cizgiyə qayıdır və yenə soruşur Select internal points: (daxili nöqtəni seç). Oblastın daxilində nöqtə seçilir və AutoCAD nəticədə mə'lumat verir.