Ştrixləmənin redaktəsı
Ştrixləmənin nümunəsini dəyişmək üçün ModifyObjectHatch (redak obyekt ştrixləmə) işə salınır və ekranda Hatchedit (ştrixləmənin redakdəsi) dialoq pəncərəsi açılır. Bu pəncərə Boundory Hatch pəncərəsinə bənzəyir. Buradakı Island detection Style düyməsi sahəsindən ştrixin stilini dəyişmək olar. Konturla ştrixi birlikdə (kontur dəyişdikdə ştrix də dəyişir) və ya ayrılıqda redaktə etmək üçün Associatiove (assosasiya) açarlarından istifadə etmək olar. Dəyişikliklər edildikdən sonra OK (yerinə yetir) düyməsi basılır və cizgidə yeni ştrix tətbiq olunur.
Creaete separpates hatches (separat ştrix)- bu düymə bir birini kəsməyən ayrı-ayrı sahələri bir-birinə bağlamaq üçün istifadə edilir. Birini redaktə etdikdə digəri də avtomatik dəyişir (Creaete separpates hatches düyməsi açıq olduqda).
1 ) Şəkildəki cizgini ştrixləmək üçün Hatch - komandası işə salınır.
2) Pattern lövhəsindən siyahısından ANSI31 şablonu seçilir və onun parametrləri (Properties lövhəsi) Angle =0o, Scale =2 sazlanır.
3) Şəkildəki 1,2,3 konturların daxilində bir nöqtə göstərilir və sağ düyməni basıb Enter seçilir.
Gradient komandası
Gradient komandası ilə qapalı konturun daxili rənglənir. İşə düşən kimi zolağın görünüşü aşağıdakı kimi dəyişir.
Zolağın alət lövhələri Hatch komandasındakı kimidir. Burada əsas fərq ştrixin əvəzinə müxtəlif tonlarda rənglərin olmasıdır.
Options pəncərəsində bu düymə vurularsa Hathc and Gradient adında yeni pəncərə açılır. Buradan müxtəlif rənglər və tonlar seçilir.
Dostları ilə paylaş: |