Hatch and Gradient pəncərəsindəki Gradient bölməsi ilə verilmiş qapalı konturu müxtəlif rənglərdə və müxtəlif tonlarda rəngləmək olur.
Draw order açılan siyahısından Do not assign-lə rəngləmənin və ya ştixləmənin altında qalan xətləri görünməz etmək olur. Rəngləmədən sonra arxada qalan obyektləri görünməz etmək üçün, View menyusundan Regen komandasını daxil etmək lazımdır.
Draw order açılan siyahıdakı komandalar bunlardır:
Do not assign (qeyri-şəffaf)- rəngləmənin arxasında qalan elementlər görünməz edir; Send to back (arxaya keçir)- rənglənən obyekt digərlərinin arxasına keçir; Bring to front (qabağa keçir)- rənglənən obyekt digərlərinin qarşısına keçir; Send behind boundary (konrurun arxasına)- rənglənən konturun xətləri görünür; Bring in front of boundary (konturun qarşısına)- rənglənən konturun xətləri görünmür.
Revision Cloudkomandası
Revcloud (blud işarəsi) komandası qövslərdən ibarət xətt çəkir. Yerli kəsiklərin verilməsində, relyefin sadə elementlərinin çəkilməsində istifadə edilir. Komandanın aşağıdakı altkomandaları vardır.
Minimum arc length: 10 Maximum arc length: 15 Style: Normal