MiLLİ Dİl korpuslari və onlarin formalaşmasi priNSİPLƏRİ


Tədqiqatın obyekti və predmeti



Yüklə 235,68 Kb.
səhifə4/41
tarix05.01.2022
ölçüsü235,68 Kb.
#111770
1   2   3   4   5   6   7   8   9   ...   41
Tədqiqatın obyekti və predmeti; Tədqiqatın obyekti bütövlükdə korpus linqvistikasıdır. İşdə korpus dilçiliyi ilə kompüter dilçiliyinin başqa istiqamətləri arasındakı əlaqələr də tədqiqatın obyekti səviyyəsinə qaldırılmışdır. Korpusların yaradılmasının məqsəd və vəzifələri, mövcud korpusların xüsusiyyətləri, dilin sosial və regional dialekt variantlılığı tədqiqat işinin predmeti kimi tədqiqat müstəvisinə çıxarılmışdır.

Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqatın əsas məqsədi korpusların qurulması, onların altfondlarının müəyyənləşdirilməsi, korpusların linqvistik məsələlərin həllində tətbiqi imkanlarını öyrənməkdir. Bu məqsədlə aşağıdakı vəzifələrin həlli nəzərdə tutulmuşdur:

-korpus linqvistikasının təşəkkülü və formalaşmasına təkan vermiş amilləri müəyyənləşdirmək, ilk korpusların yaranma səbəblərini öyrənmək, korpus anlayışını təyin etmək;

-əsas linqvistik korpusların təsvirini vermək, onların səciyyəvi xüsusiyyətlərini aydınlaşdırmaq, korpusa daxil edilən mətnlərin seçilmə meyarlarını mövcud korpuslar üzrə təhlil etmək;

-korpusların təsnif meyarlarını müəyyənləşdirməklə fərqli korpusların qurulması xüsusiyyətlərini öyrənmək, dil materiallarının janr, dialekt, nitq fərqliliyinə görə qruplaşdırılaraq korpusun qurulması məsələsini təhlil etmək;

- standart dil, dialekt, dil variantı, slenq üzrə korpusların qurulma prinsiplərini öyrənmək, standart ingilis dili, ingilis dilinin variantlar və dialektləri üzrə korpusların oxşar və fərqli cəhətlərini təsvir etmək. Braun korpusu, LOB və FLOB korpusları üzrə ingilis dili variantlarının müqayisəli təhlilini vermək;

-kompüter dilçiliyində korpus linqvistikasının yerini aydınlaşdırmaq;

-korpusların annotasiyalaşdırılmasının əsas məsələlərini öyrənmək, korpusdan istifadə imkanlarını və korpusun genişləndirilməsi üsullarını araşdırmaq;


Yüklə 235,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin