İşin aprobasiyası və tətbiqi: Dissertasiya mövzusu üzrə “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” (20-21 Oktyabr 2016), “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” (29-30 aprel 2016), “Müasir təhsilin inkişafında beynəlmiləlləşmənin rolu” (29 Aprel 2019), “Вопросы современной науки: проблемы, тенденции и перспективы” (13 Cентябрь 2019), “Филологические и социокультурные вопросы науки и оброзования” (25 Октябрь 2019) adlı beynəlxalq konfranslarda, eləcə də “Doktorantların və gənc tədqiqatçıların XX respublika elmi konfransı” (24-25 May 2016) və “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı”nda (28 Dekabr 2016) məruzələr edilmişdir. Dissertasiya mövzusu üzrə 8 məqalə, 5 tezis çap edilmişdir.