Cədvəl 1.3.2
Korpusa yanaşmanın növləri
Qlobal yanaşma
|
Fərdi yanaşma
|
İllüstrativ yanaşma
|
İnfo-texnoloji yanaşma
|
Konstruktiv yanaşma
|
Milli korpuslar
Janr korpusları
|
Məşhur yazıçıların korpusu
|
Dərsliklərin korpusu
Paralel mətnlər korpusu
|
İnformasiya sisteminin yaradılması üçün nitq materialı kimi istifadə olunan korpus
|
Dilçilik təqdimatlı korpuslar
|
[54]
Korpusun formalaşması üçün yetəri qədər təcrübə mövcuddur, lakin, onlar hamısı yerli proyektlər çərçivəsində yaradıldığından onların hamısı haqda məlumatlı deyilik.
Korpusun formalaşmasında regional və sosial dialektlərin də rolunu qeyd etmək zəruridir. Dialekt sözlər ədəbi dil normalarına tabe olmayan, müəyyən əraziyə məxsus yerli danışıq dilində istifadə edilən leksik vahidlərdir. Dialektlərdən danışarkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi dilin bədii üslubu üçün daha çox səciyyəvi olmasını vurğulamaq lazımdır. Onlardan ilk növbədə ədəbi dilin məhz bu üslubu bəhrələnir. Dil korpuslarının zənginləşməsində də dialektlərin əvəzsiz rolu vardır. Bu dialektlərin təhlilinə və onların korpuslarının tərtibinə növbəti fəsildə geniş yer verilmişdir.
Dostları ilə paylaş: |