They Ө on the komputer” [116, s.161].
Ө- işarəsi həmin yerdə ola biləcək sözün (is, are) itirildiyini göstərir.
Black English dialektinin dil aspektlərini başa düşərək xalqların dil və mədəni inkişaflarını izləmək mümkündür. Hal-hazırda qara dərili amerikalıların 80%-i bu dialektdə danışır. Bu dialekt geniş şəkildə müasir ədəbiyyatda, musiqidə, kütləvi informasiya vasitələrində, həmçinin amerikalıların gündəlik həyatlarında istifadə olunur. Bu dialektdə qara dərili uşaqlar dil açdıqları andan danışsalar belə, onlara məktəbə gedəndə düzgün ingilis dili öyrədilir [65, s.102].
Ümumiyyətlə, “Black English” çox mübahisələr doğurur. Bəziləri onu dil, bəziləri slenq, bəziləri isə dialekt adlandırır. ABŞ-ın kütləvi informasiya vasitələrində dəfələrlə qeyd edilir ki, “Black English” lazımsız dialektdir; bu dialekt düzəlişlərdən keçməlidir. Əslində isə “Black English” ingilis dilinin Amerika variantının sosial dialekti hesab edilir və bu dialektin digər dialektlərdən az və ya çox düzgün olduğunu söyləmək çətindir [116, s.159-161].
Verilmiş şərhlər göstərir ki, Amerika ingiliscəsi müxtəlif dialekt və slenqlərə bölünmüşdür. Ümumiyyətlə, ingilis dilinin variantlarının və dialektlərinin hər birinin özlərinə məxsus xüsusiyyətləri vardır. Bu haqda yuxarıda kifayət qədər geniş məlumat verilmişdir. İngilis dilinin bu kimi xüsusiyyətlərinin korpusda öz əksini tapması üçün dialektlər üzrə bölgü aparılması və hər dialektə aid materialın ayrıca yerləşdirilməsi zəruridir. Məhz bu yerdə, kompüter dilçiliyinin rolunu vurğulamaq yerinə düşər. Qeyd etmək lazımdır ki, müasir dövrdə külli miqdarda mətnlərin elektron formada yerləşdirilməsi korpusların həcminin artırılmasında böyük rol oynayır. Əlbəttə ki, bu mətnlərin mövzu və janrlar üzrə təsnif edilməsi, vahid formaya salınması lazım gəlir. Bu və ya digər zəruri məsələlər növbəti fəsildə geniş təhlil edilmişdir.
Dostları ilə paylaş: |