Mingəçevir Bələdiyyəsinin
2012-ci il üzrə
HESABATI
MÜNDƏRİCAT
-
Giriş.
-
Keçirilən ümumi yığıncaqlar barədə məlumat.
-
Vətəndaşların müraciətlərinə baxılması işi haqqında hesabat.
-
Büdcə gəlirləri.
-
Büdcə xərcləri.
-
Görülmüş işlərin xülasəsi.
-
GİRİŞ
Ötən əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan sosial-iqtisadi və siyasi sahədə aparılan düşünülmüş islahatların məntiqi nəticəsi olaraq bu gün dinamik inkişaf edən ölkələr arasında özünəməxsus yerə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın geniş şaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın nəinki regionun, dünyanın dinamik inkişaf edən ölkəsi kimi nüfuzunu artırıb. Son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Ölkənin sosial-iqtisadi sahədə uğurlar qazanmasında yerli özünüidarə orqanı kimi bələdiyyələrin də rolu vardır. Bələdiyyələrlə bağlı qanunvericiliyin ildən-ilə təkmilləşdirilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.
Mingəçevir Bələdiyyəsi də öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı verdiyi fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, həmçinin bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları əsas götürərək fəaliyyətini qurur. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi ən azı ildə iki dəfə ictimaiyyət qarşısında fəaliyyəti barədə hesabat verir.Bu günkü hesabatımız 2012-ci ildə bələdiyyənin gördüyü işlər haqqındadır.
-
Dostları ilə paylaş: |