ümumi yığıncağının
09 saylı PROTOKOLU
Mingəçevir şəhəri. « 15 » may 2015-ci il
İştirak etməlidir: 19 nəfər İştirak edir: 17 nəfər Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər
İclasın sədri: C.Ə.Abdullayev
İclasın katibi: S.T.Hüseynov
GÜNDƏLİK: -
2015-ci ilin may ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.
-
İcarə haqqı borcu olan torpaq icarədarları barədə.
-
Zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi və qanunsuz tikililər barədə.
-
«Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi ev 7a-nın qarşısında yerləşən xeyir-şər mağarına tikinti materialları alınması üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
Mingəçevir şəhər sakinləri, S.Vurğun küçəsi ev 3, mənzil 8-də yaşayan Məmmədova Seda Nəcəf qızına və 20 Yanvar küçəsi ev 3, mənzil 9-da yaşayan Məmmədova Rəhşəndə İlyas qızına maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
Tərəvəzçilik sovxozunun yaxınlığındakı ərazidən (35-ci yerlər) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 20 Yanvar küçəsi ev 3-C-də yaşayan şəhid ailəsi Babayeva İradə Məmmədtağı qızı fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m, Tərəvəzçilik sovxozu yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Kənar küçəsi ev 16-da yaşayan Əhmədov Eşqin Səməd oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.
-
«Kür avarçəkmə» bazasının qarşısında sağ sahildə görüləcək abadlıq işlərinə, Sağ sahil və Az.İES qəsəbəsinin zibil və tullantıları üçün zibilxana yerinin hazırlanmasına bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən, N.Əsgərova üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |