5) QƏRARA ALIR:
«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq
-
Mingəçevir şəhər sakinləri, S.Vurğun küçəsi ev 3, mənzil 8-də yaşayan Məmmədova Seda Nəcəf qızına mərhum həyat yoldaşının yas mərasminin keçirilməsinə köməklik məqsədi ilə 200 (iki yüz) manat və 20 Yanvar küçəsi ev 3, mənzil 9-da yaşayan Məmmədova Rəhşəndə İlyas qızına müalicəsinə köməklik məqsədi ilə 95 (doxsan beş) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
6) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 3 (üç) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.HACIYEVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |