Mingəçevir Bələdiyyəsinin 15 aprel 2015-ci il tarixli, 30 nömrəli əmri ilə, Mingəçevir şəhərində fəaliyyət göstərən ticarət, iaşə və xidmət obyektlərinin, fərdi mənzil tikintisi üçün ayrılmış torpaqlar, kənd təsərrüfatına yararlı, az yararlı və yararsız torpaq sahələrinin dislokasiyasını və icarədarların, torpaq mülkiyyətçilərinin, icarə və vergi öhdəliklərini dəqiqləşdirmək, qeyri-qanuni sahibkar və fərdi mənzil tikililərini araşdırmaq məqsədi ilə yaradılmış komissiyanın 15.05.2015-ci il tarixli məlumatını, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqları və qanunsuz tikililiər haqqında arayışını və bu barədə bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq
Mingəçevir şəhərində səmərəli və təyinatı üzrə istifadə olunmayan, qeyri-qanuni zəbt olunmuş (sənədləşdirilməmiş) 73 ha torpaq sahəsi geri alınıb, bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilsin.
Qanunsuz tikililər barədə tədbir görülməsi üçün aidiyyatı orqanlar qarşısında vəsatət qaldırılsın.
Qərarın 1-ci və 2-ci bəndindən irəli gələn məsələlərin həlli «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.V.Nəbiyevə və bələdiyyənin hüquq məsələləri üzrə məsləhətçisi Ə.M.Məmmədova tapşırılsın.
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
4) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur). MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.HÜSEYNOV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası