6) QƏRARA ALIR:
Tərəvəzçilik sovxozunun yaxınlığındakı (35-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 30.05.2014-cü il tarixli, 07/4 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514959 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 11.02.2015-ci il tarixli, RX Seriyalı 0566543№-li çıxarışını,Tərəvəzçilik sovxozu ərazisindən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 600 kv.m və ya 0,06 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 28.02.2014-cü il tarixli, 02/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 27.12.2014-cü il tarixli, A№514994 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 11.04.2015-ci il tarixli, RX Seriyalı 0630833№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq
1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, 20 Yanvar küçəsi ev 3-C-də yaşayan şəhər sakini şəhid ailəsi Babayeva İradə Məmmədtağı qızına Tərəvəzçilik sovxozunun yaxınlığındakı (35-ci yer), baş planda göstərilən yerdən, yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.
-
Vətəndaş İ.M.Babayevanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmədən aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.
2.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Kənar küçəsi ev 16-da yaşayan şəhər sakini Əhmədov Eşqin Səməd oğluna Tərəvəzçilik sovxozu ərazisindən, baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m və ya 0,06 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.
-
Vətəndaş E.S.Əhmədova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1440,0 (bir min dörd yüz qırx) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.
-
Vətəndaş E.S.Əhmədovun nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 600 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.
-
Mingəçevir Bələdiyyəsi ilə vətəndaşlar arasında arasında torpağın alqı-satqısına dair müqavilələr bağlanması, ayrılmış torpaq sahələrinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.
-
Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onların şəxsi vəsaiti hesabına aparılacaq.
-
Qərarın icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
7) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.NAMAZOVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |