Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının
10 saylı PROTOKOLU
Mingəçevir şəhəri. « 29 » iyun 2015-ci il
İştirak etməlidir: 19 nəfər İştirak edir: 17 nəfər Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər
İclasın sədri: C.Ə.Abdullayev
İclasın katibi: A.A.Hüseynov
GÜNDƏLİK: -
2015-ci ilin iyun ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.
-
Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin I yarımilliyi üzrə hesabatı barədə.
-
Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan C.Əliyev küçəsindəki mövcud obyeklərin yaxınlığındakı ərazidən 50 kv.m və ya 0,005 ha ofis tikintisi üçün, N.Nərimanov küçəsində 1 saylı orta məktəbin yaxınlığıdakı ərazidən 30 kv.m və ya 0,003 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi barədə.
-
Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (57-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən F.Əzimov küçəsi ev 41/3, mənzil 7-də yaşayan şəhid anası Səmədova Fatma Şirin qızına fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə.
-
Mingəçevir şəhəri, Nizami prospekti ev 3, mənzil 5-də yaşayan şəhər sakini II qrup əlil İbrahimov Eldəniz Abbas oğlunun istifadəsində olan torpaq sahəsinin icarə müddətinin artırılması barədə.
-
Bir qrup imkansız ailəyə Ramazan bayramı ərəfəsində ərzaq bağlaması verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
«Qələbə» məhəllə komitəsinin müraciəti ilə bağlı, 20 Yanvar küçəsi ev 6b ərazisindəki və «Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi ev 7a-nın qarşısında yerləşən xeyir-şər mağarlarının tikintisinə və əsaslı təmiri üçün tikinti materiallarının alınması üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
Mingəçevir şəhər sakinləri, C.Əliyev küçəsi ev 21, mənzil 27-də yaşayan gözdən əlil Osmanov Sahib Binədar oğluna, H.Əliyev pr. ev 35, mənzil 2-də yaşayan tək kimsəsiz Seleznyova Olqa İvanovnaya və H.Əliyev pr. ev 8, mənzil 2-də yaşayan təqaüdçü Ədilov Salik Rolad oğluna maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması haqqında.
-
H.Hüseynov küçəsində aparılacaq abadlıq işlərinə bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması haqqında.
-
Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə bir qrup bələdiyyə işçilərinin mükafatlandırılması barədə.
-
Zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi barədə.
-
Az.İES qəsəbəsində yeni salınmış 9,8 ha sahəsi olan qəbirstanlığın, 400 kv.m ərazisində, bələdiyyənin «Dəfn mərasimi» sahəsinə qəbir daşlarının istehsalı ilə məşğul olmaq üçün icazə verilməsi barədə.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən, E.Nağıyev üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |