10) QƏRARA ALIR:
«Yerli büdcə məsələləri» və «Yerli sosial məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq
-
26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə bir qrup bələdiyyə işçilərinin (QMƏ-ləri M.N.Hacıyev, N.B.Dərişov, QMV-ları M.Ş.Babayev, Ə.M.Məmmədov və E.Q.Əbdürəhmanov) mükafatlandırılması üçün, hər birinə 30 manat olmaqla, cəmi 150,00 (yüz əlli) manat vəsait ayrılsın.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
11) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 11-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
M.HACIYEV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |