Минэячевир Бялядиййясинин



Yüklə 102,53 Kb.
səhifə5/13
tarix04.01.2022
ölçüsü102,53 Kb.
#56224
1   2   3   4   5   6   7   8   9   ...   13

4) QƏRARA ALIR:

Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (57-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 05.05.2011-ci il tarixli, 22/10 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 30.12.2009-cu il tarixli, A№233539 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 23.05.2015-ci il tarixli, RX Seriyalı 0657944№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq

1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, F.Əzimov küçəsi ev 41/3, mənzil 7-də şəhər sakini şəhid anası Səmədova Fatma Şirin qızına Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (57-ci yer), baş planda göstərilən yerdən, yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.


  1. Vətəndaş F.Ş.Səmədovanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmədən aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

  2. Mingəçevir Bələdiyyəsi ilə vətəndaş arasında arasında torpağın alqı-satqısına dair müqavilə bağlanması, ayrılmış torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.

  3. Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onun şəxsi vəsaiti hesabına aparılacaq.

  4. Qərarın icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV-bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Ş.CƏFƏROVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


Yüklə 102,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin