3) QƏRARA ALIR:
«Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 22-cı bəndinin tələblərinə müvafiq olaraq və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq
-
Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan, C.Əliyev küçəsindəki mövcud obyeklərin yaxınlığındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən ərazidən 50 kv.m və ya 0,005 ha torpaq sahəsinin ofis tikintisi məqsədilə icarəyə verilməsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.
-
Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 50 kv.m və ya 0,005 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə 10 (on) il müddətinə icarəyə verilməsi məqsədilə hərrac və ya müsabiqə keçirilsin, hərrac və ya müsabiqədə icarə qiyməti 50 kv.m və ya 0,005 ha torpaq sahəsi üçün (III zona) illik 460 (dörd yüz altmış) manat müəyyən edilsin və hərracın və ya müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir şəhər Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlansın.
-
Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan, N.Nərimanov küçəsində 1 saylı orta məktəbin yaxınlığıdakı yaşayış məntəqələri kateqoriyasına aid olan 2-ci zonada yerləşən ərazidən ərazidən 30 kv.m və ya 0,003 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə icarəyə verilməsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.
2. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 30 kv.m və ya 0,003 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə 10 (on) il müddətinə icarəyə verilməsi məqsədilə hərrac və ya müsabiqə keçirilsin, hərrac və ya müsabiqədə icarə qiyməti 30 kv.m və ya 0,003 ha torpaq sahəsi üçün (II zona) illik 450 (dörd yüz əlli) manat müəyyən edilsin və hərracın və ya müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir şəhər Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlansın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
4) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.HACIYEVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |