5) QƏRARA ALIR:
Mingəçevir şəhəri, Nizami prospekti ev 3, mənzil 5-də yaşayan şəhər sakini II qrup əlil İbrahimov Eldəniz Abbas oğlunun istifadəsində olan torpaq sahəsinin icarə müddətinin artırılması barədə müraciətini, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının müsbət rəyini və «Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvercilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 28 oktyabr 2008-ci il 709-QD saylı Qanununun IX bölməsinə əsasən
-
1. Mingəçevir şəhəri, Nizami prospekti ev 3, mənzil 5-də yaşayan şəhər sakini II qrup əlil İbrahimov Eldəniz Abbas oğluna Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli, 29/2 saylı Qərarı ilə A.Məmmədov küçəsində şəhər Mərkəzi Xəstəxanasının qarşısındakı ərazidən pinəçi köşkü qoymaq üçün 5 (beş) il müddətinə icarəsinə ayrılmış 4 (dörd) kv.m torpaq sahəsinin istifadə müddəti başa çatdığı üçün yenidən 10 (on) il müddətinə, 23.12.2011-ci il tarixdən 23.12.2021-ci ilədək icarəsinə verilsin.
-
Azərbaycan Respublikasının «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanununun 3-cü maddəsinə, «İcarəyə verilmiş bələdiyyə torpaqları üçün yeni ödəniş haqqlarının müəyyən edilməsi haqqında» Mingəçevir Bələdiyyəsinin 31 oktyabr 2011-ci il tarixli, 29/4 saylı qərarına əsasən sahibkarın icarəyə cəlb edilməsi Bələdiyyənin «Maliyyə, vergi və ödənişlər» şöbəsinə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
6) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.HƏSƏNOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |