8) QƏRARA ALIR:
«Yerli sosial məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq
-
Mingəçevir sakinləri, C.Əliyev küçəsi ev 21, mənzil 27-də yaşayan gözdən əlil Osmanov Sahib Binədar oğluna ərzaq almasına kömək üçün 30 (otuz) manat, H.Əliyev prospekti ev 35, mənzil 2-də yaşayan tək kimsəsiz Seleznyova Olqa İvanovnaya dərman almasına köməklik üçün 30 (otuz) manat, H.Əliyev prospekti ev 8, mənzil 2-də yaşayan təqaüdçü Ədilov Salik Polad oğluna müalicəsinə kömək məqsədi ilə 40 (qırx) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın..
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
9) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 9-cu məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
N.ƏSGƏROVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
Dostları ilə paylaş: |