Минэячевир Бялядиййясинин



Yüklə 102,53 Kb.
tarix22.10.2017
ölçüsü102,53 Kb.
#11081

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


10 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 29 » iyun 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 17 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: A.A.Hüseynov


GÜNDƏLİK:


  1. 2015-ci ilin iyun ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.

  2. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin I yarımilliyi üzrə hesabatı barədə.

  3. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan C.Əliyev küçəsindəki mövcud obyeklərin yaxınlığındakı ərazidən 50 kv.m və ya 0,005 ha ofis tikintisi üçün, N.Nərimanov küçəsində 1 saylı orta məktəbin yaxınlığıdakı ərazidən 30 kv.m və ya 0,003 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi barədə.

  4. Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (57-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən F.Əzimov küçəsi ev 41/3, mənzil 7-də yaşayan şəhid anası Səmədova Fatma Şirin qızına fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə.

  5. Mingəçevir şəhəri, Nizami prospekti ev 3, mənzil 5-də yaşayan şəhər sakini II qrup əlil İbrahimov Eldəniz Abbas oğlunun istifadəsində olan torpaq sahəsinin icarə müddətinin artırılması barədə.

  6. Bir qrup imkansız ailəyə Ramazan bayramı ərəfəsində ərzaq bağlaması verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  7. «Qələbə» məhəllə komitəsinin müraciəti ilə bağlı, 20 Yanvar küçəsi ev 6b ərazisindəki və «Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi ev 7a-nın qarşısında yerləşən xeyir-şər mağarlarının tikintisinə və əsaslı təmiri üçün tikinti materiallarının alınması üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  8. Mingəçevir şəhər sakinləri, C.Əliyev küçəsi ev 21, mənzil 27-də yaşayan gözdən əlil Osmanov Sahib Binədar oğluna, H.Əliyev pr. ev 35, mənzil 2-də yaşayan tək kimsəsiz Seleznyova Olqa İvanovnaya və H.Əliyev pr. ev 8, mənzil 2-də yaşayan təqaüdçü Ədilov Salik Rolad oğluna maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması haqqında.

  9. H.Hüseynov küçəsində aparılacaq abadlıq işlərinə bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması haqqında.

  10. Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə bir qrup bələdiyyə işçilərinin mükafatlandırılması barədə.

  11. Zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi barədə.

  12. Az.İES qəsəbəsində yeni salınmış 9,8 ha sahəsi olan qəbirstanlığın, 400 kv.m ərazisində, bələdiyyənin «Dəfn mərasimi» sahəsinə qəbir daşlarının istehsalı ilə məşğul olmaq üçün icazə verilməsi barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən, E.Nağıyev üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


Z.QASIMLI – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


1) QƏRARA ALIR:

«Yerli büdcə məsələləri» daimi komissiyasının 2015-ci ilin iyun ayının birinci yarısı üçün xərclənmiş və büdcədən ayrılacaq vəsait barədə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin iyun ayının birinci yarısı üçün büdcə xərcləri ümumilikdə 11475,82 manat təsdiq olunsun və bələdiyyənin özünüsaxlama xərcləri üçün büdcədən 13503,23 ayrılsın.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

2) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


N.NƏBİYEV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

2) QƏRARA ALIR:


Mingəçevir Bələdiyyəsinin «Yerli büdcə məsələləri», «Yerli ekologiya məsələləri», «Yerli iqtisadi inkişaf məsələləri», «Yerli sosial məsələləri» və «Hüquq məsələləri» daimi komissiyalarının 2015-ci ilin I yarımilliyi üzrə məlumat və arayışlarını müzakirə edərək

  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin I yarımilliyi üzrə hesabatı təsdiq edilsin.

  2. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin I yarımilliyi üzrə üzrə hesabatının müzakirəsi şəhər ictimaiyyətinin iştirakı ilə Mingəçevir Bələdiyyəsinin akt zalında 15.07.2015-ci il tarixdə saat 1000-da keçirilsin.

  3. «Yerli sosial məsələləri» daimi komissiyasına tapşırılsın ki, Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin I yarımilliyi üzrə hesabatı KİV vasitəsi ilə şəhər sakinlərinin nəzərinə çatdırılsın.

  4. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
3) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.


ÇIXIŞ ETDİ:
N.Nəbiyev - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəylər 3 (üç) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.HACIYEV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

3) QƏRARA ALIR:


«Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 22-cı bəndinin tələblərinə müvafiq olaraq və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq

    1. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan, C.Əliyev küçəsindəki mövcud obyeklərin yaxınlığındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən ərazidən 50 kv.m və ya 0,005 ha torpaq sahəsinin ofis tikintisi məqsədilə icarəyə verilməsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.

  1. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 50 kv.m və ya 0,005 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə 10 (on) il müddətinə icarəyə verilməsi məqsədilə hərrac və ya müsabiqə keçirilsin, hərrac və ya müsabiqədə icarə qiyməti 50 kv.m və ya 0,005 ha torpaq sahəsi üçün (III zona) illik 460 (dörd yüz altmış) manat müəyyən edilsin və hərracın və ya müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir şəhər Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlansın.

    1. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan, N.Nərimanov küçəsində 1 saylı orta məktəbin yaxınlığıdakı yaşayış məntəqələri kateqoriyasına aid olan 2-ci zonada yerləşən ərazidən ərazidən 30 kv.m və ya 0,003 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə icarəyə verilməsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.

2. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan 30 kv.m və ya 0,003 ha torpaq sahəsinin ticarət obyektinin tikintisi məqsədilə 10 (on) il müddətinə icarəyə verilməsi məqsədilə hərrac və ya müsabiqə keçirilsin, hərrac və ya müsabiqədə icarə qiyməti 30 kv.m və ya 0,003 ha torpaq sahəsi üçün (II zona) illik 450 (dörd yüz əlli) manat müəyyən edilsin və hərracın və ya müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir şəhər Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlansın.

  1. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
4) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.HACIYEVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:

Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (57-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 05.05.2011-ci il tarixli, 22/10 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 30.12.2009-cu il tarixli, A№233539 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 23.05.2015-ci il tarixli, RX Seriyalı 0657944№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq

1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, F.Əzimov küçəsi ev 41/3, mənzil 7-də şəhər sakini şəhid anası Səmədova Fatma Şirin qızına Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (57-ci yer), baş planda göstərilən yerdən, yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.


  1. Vətəndaş F.Ş.Səmədovanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmədən aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

  2. Mingəçevir Bələdiyyəsi ilə vətəndaş arasında arasında torpağın alqı-satqısına dair müqavilə bağlanması, ayrılmış torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.

  3. Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onun şəxsi vəsaiti hesabına aparılacaq.

  4. Qərarın icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV-bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Ş.CƏFƏROVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

5) QƏRARA ALIR:

Mingəçevir şəhəri, Nizami prospekti ev 3, mənzil 5-də yaşayan şəhər sakini II qrup əlil İbrahimov Eldəniz Abbas oğlunun istifadəsində olan torpaq sahəsinin icarə müddətinin artırılması barədə müraciətini, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının müsbət rəyini və «Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvercilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 28 oktyabr 2008-ci il 709-QD saylı Qanununun IX bölməsinə əsasən



          1. 1. Mingəçevir şəhəri, Nizami prospekti ev 3, mənzil 5-də yaşayan şəhər sakini II qrup əlil İbrahimov Eldəniz Abbas oğluna Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli, 29/2 saylı Qərarı ilə A.Məmmədov küçəsində şəhər Mərkəzi Xəstəxanasının qarşısındakı ərazidən pinəçi köşkü qoymaq üçün 5 (beş) il müddətinə icarəsinə ayrılmış 4 (dörd) kv.m torpaq sahəsinin istifadə müddəti başa çatdığı üçün yenidən 10 (on) il müddətinə, 23.12.2011-ci il tarixdən 23.12.2021-ci ilədək icarəsinə verilsin.

  1. Azərbaycan Respublikasının «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanununun 3-cü maddəsinə, «İcarəyə verilmiş bələdiyyə torpaqları üçün yeni ödəniş haqqlarının müəyyən edilməsi haqqında» Mingəçevir Bələdiyyəsinin 31 oktyabr 2011-ci il tarixli, 29/4 saylı qərarına əsasən sahibkarın icarəyə cəlb edilməsi Bələdiyyənin «Maliyyə, vergi və ödənişlər» şöbəsinə tapşırılsın.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

6) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.HƏSƏNOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

6) QƏRARA ALIR:

«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Ramazan Bayramı münasibəti ilə əlaqədar Mingəçevir Bələdiyyəsi tərəfindən 250 nəfər kimsəsiz və imkansız şəhər sakininə ərzaq bağlaması verilsin.

  2. Bu məqsədlə bələdiyyə büdcəsindən 2500 (iki min beş yüz) manat maliyyə vəsaiti ayrılması nəzərdə tutusun.

  3. Qərarın 2-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  4. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

7) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.NAMAZOVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

7) QƏRARA ALIR:

«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. «Qələbə» məhəllə komitəsinin müraciəti ilə bağlı, 20 Yanvar küçəsi ev 6b ərazisindəki xeyir-şər mağarının tikintisi üçün mal-materialın alınmasına bələdiyyə büdcəsindən 2050 (iki min əlli) manat, «Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi ev 7a-nın qarşısında xeyir-şər mağarının əsaslı təmiri üçün mal-materialın alınmasına bələdiyyə büdcəsindən 1000 (min) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

8) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 8-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.CƏFƏROV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

8) QƏRARA ALIR:

«Yerli sosial məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Mingəçevir sakinləri, C.Əliyev küçəsi ev 21, mənzil 27-də yaşayan gözdən əlil Osmanov Sahib Binədar oğluna ərzaq almasına kömək üçün 30 (otuz) manat, H.Əliyev prospekti ev 35, mənzil 2-də yaşayan tək kimsəsiz Seleznyova Olqa İvanovnaya dərman almasına köməklik üçün 30 (otuz) manat, H.Əliyev prospekti ev 8, mənzil 2-də yaşayan təqaüdçü Ədilov Salik Polad oğluna müalicəsinə kömək məqsədi ilə 40 (qırx) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın..



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

9) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 9-cu məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
N.ƏSGƏROVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

9) QƏRARA ALIR:

«Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Heydər Hüseynov küçəsində ümumi sahəsi 1130 kv.m daş hasarın və 30 kv.m dəmir məhəccərin rənglənməsi üçün bələdiyyə büdcəsindən 696,50 (atı yüz doxsan altı manat əlli qəpik) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

10) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 10-cu məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
S.HÜSEYNOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

10) QƏRARA ALIR:

«Yerli büdcə məsələləri» və «Yerli sosial məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə bir qrup bələdiyyə işçilərinin (QMƏ-ləri M.N.Hacıyev, N.B.Dərişov, QMV-ları M.Ş.Babayev, Ə.M.Məmmədov və E.Q.Əbdürəhmanov) mükafatlandırılması üçün, hər birinə 30 manat olmaqla, cəmi 150,00 (yüz əlli) manat vəsait ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

11) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 11-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
M.HACIYEV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

11) QƏRARA ALIR:


Mingəçevir Bələdiyyəsinin 15 aprel 2015-ci il tarixli, 30 nömrəli əmri ilə, Mingəçevir şəhərində fəaliyyət göstərən ticarət, iaşə və xidmət obyektlərinin, fərdi mənzil tikintisi üçün ayrılmış torpaqlar, kənd təsərrüfatına yararlı, az yararlı və yararsız torpaq sahələrinin dislokasiyasını və icarədarların, torpaq mülkiyyətçilərinin, icarə və vergi öhdəliklərini dəqiqləşdirmək, qeyri-qanuni sahibkar və fərdi mənzil tikililərini araşdırmaq məqsədi ilə yaradılmış komissiyanın 23.06.2015-ci il tarixli məlumatını, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqları haqqında arayışını və bu barədə bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Mingəçevir şəhərində səmərəli və təyinatı üzrə istifadə olunmayan, qeyri-qanuni zəbt olunmuş (sənədləşdirilməmiş) 34,75 ha torpaq sahəsi geri alınıb, bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilsin.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.V.Nəbiyevə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

12) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 12-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri», «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
M.HACIYEV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

12) QƏRARA ALIR:


«Yerli sosial məsələləri», «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Az.İES qəsəbəsində yeni salınmış 9,8 ha sahəsi olan qəbirstanlığın, 400 kv.m ərazisində, bələdiyyənin «Dəfn mərasimi» sahəsinə qəbir daşlarının istehsalı ilə məşğul olmaq üçün icazə verilsin.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Yerli sosial məsələləri», «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarına və «Maliyyə, vergi və ödənişlər» şöbəsinə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
прямая соединительная линия 1
SƏDR: ______________________ C.Ə.ABDULLAYEV

KATİB: ______________________ A.A.HÜSEYNOV




Yüklə 102,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin