Минэячевир Бялядиййясинин



Yüklə 172,57 Kb.
səhifə3/3
tarix05.06.2018
ölçüsü172,57 Kb.
#52712
1   2   3

3) QƏRARA ALIR:


«Yerli sosial məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. H.Əliyev pr. ev 80/25, mənzil 1-də yaşayan kimsəsiz Jeku Mariya İliyevnaya 30 (otuz) manat, H.Əliyev pr. ev 86, mənzil 2a-da qeydiyyatda olan işsiz Tağıyev Xəyyam Muxtar oğluna 20 (iyirmi) manat, 20 Yanvar küçəsi ev 37/49, mənzil 40a-da yaşayan Qarabağ Müharibəsi əlili Ağazadə Məhəmmədəli Şamil oğluna müalicəsinə görə 70 (yetmiş) manat, Əfqanıstan Veteranları İttifaqının Mingəçevir filialının sədri İbrahimli Elşən Müzəffər oğluna tədbir keçirdiyinə görə 50 (əlli) manat, H.Aslanov küçəsi ev 4, mənzil 29-da yaşayan Qarabağ müharibəsi əlili Həsənov Məxluq Firqə oğluna müalicəsinə görə 50 (əlli) manat, Y.Mansurov küçəsi ev 7, mənzil 17-də yaşayan Qarabağ müharibəsi əlili Babayev Əbülfət Musa oğluna müalicəsinə görə 50 (əlli) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

4) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:


«Yerli sosial məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Hərbi borcunu yerinə yetirərkən şəhid olmuş Ağayev Fərid Rüfət oğlunun yas mərasiminin keçirilməsinə yardım üçün 550,0 (beş yüz əlli) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.

Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
N.ƏSGƏROVA– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

5) QƏRARA ALIR:


«Yerli sosial məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Ağciyər xəstələri olan övladlarının ayrı yaşamalarına köməklik məqsədi ilə, «Gülşən» bağ massivində yaşayan Qurbanov Zeynal Paşa oğluna ev tikmək üçün 500 ədəd mişar daşı, 10 m3 qum və çınqıl alınıb verilsin.

  2. Bu məqsədə bələdiyyə büdcəsindən 295,0 (iki yüz doxsan beş) manat maliyyə vəsaiti ayrılsın.

  3. Qərarın 2-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  4. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

6) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» və «Yerli sosial məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

6) QƏRARA ALIR:


«Yerli büdcə məsələləri» və «Yerli sosial məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. «Şəfa» bağçılıq massivinə, Tərəvəzçilik sovxozu ərazisinə, Az.İES qəsəbəsinin yeni zibilxanasının yoluna və İdman idarəsinin qarşısındakı kiçik parka 20 maşın çınqıl və 5 maşın torpaq gətirilməsi üçün bələdiyyə büdcəsindən 500,0 (beş yüz) manat, yeni qəbirstanlığın 1,5 km-lik yolunun düzəldilməsinə bələdiyyə büdcəsindən 1680,0 (bir min altı yüz səksən) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.
7) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» və «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.CƏFƏROV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

7) QƏRARA ALIR:


«Yerli büdcə məsələləri» və «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. «Göl» adlanan ərazinin torpaqla doldurulmasına bələdiyyə büdcəsindən 1263,0 (bir min iki yüz altmış üç) manat, «Az.Yolmaş» zavodunun qarşısındakı ərazinin abadlaşdırılmasına bələdiyyə büdcəsindən 3556,0 (üç min beş yüz əlli altı) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

8) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 8-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.HÜSEYNOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

8) QƏRARA ALIR:


«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Bələdiyyənin inzibati binasına qaz xəttinin çəkilməsi üçün texniki şərtin alınmasına, bağlanmış müqavilə əsasında bələdiyyə büdcəsindən 1066,15 (bir min altmış altı manat on beş qəpik) manat, bələdiyyə sədrinin otağına əsas vəsaitlər (ofis mebeli, televizor, müşahidə kamerası), material (laminat), inventar (kreslo, samovar) alınmasına büdcədən 4021,50 (dörd min iyirmi bir manat əlli qəpik) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə tapşırılsın.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

9) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 9-cu məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Ə.ƏLİYEV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

9) QƏRARA ALIR:

Bələdiyyənin Nümunəvi Nizamnaməsinin «Bələdiyyə üzvlərinin statusu və sosial təminatları» adlı bölməsini və bu barədə «Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını müzakirə edərək



  1. Səlahiyyətini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən sabiq bələdiyyə üzvü Qarayev Rafael Ağakişi oğluna onun orta aylıq əmək haqqının 2 misli miqdarında müavinat verilsin.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Abdullayevə tapşırılsın.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.
прямая соединительная линия 1

SƏDR: ______________________ C.Ə.ABDULLAYEV


KATİB: ______________________ N.N.ƏSGƏROVA




Yüklə 172,57 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin