Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının
13 saylı PROTOKOLU
Mingəçevir şəhəri. « 18 » sentyabr 2015-ci il
İştirak etməlidir: 19 nəfər İştirak edir: 17 nəfər Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər
İclasın sədri: C.Ə.Abdullayev
İclasın katibi: E.N.Nağıyev
GÜNDƏLİK: -
2015-ci ilin avqust-sentyabr ayları üçün xərclənmiş vəsaitin təsdiq olunması barədə.
-
Az.İES qəsəbəsi İdman kompleksinin yanındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən, C.Əliyev küçəsi ev 1, mənzil 34-də yaşayan şəhər sakini Qasımova Məhbubə Söhrab qızına fərdi mənzil tikintisi üçün 400 kv.m, «Mingəçevir kəndi» adlanan yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən, 20 Yanvar küçəsi ev 1-də yaşayan şəhər sakini Əliyev Rauf Seyran oğluna fərdi mənzil tikintisi üçün 222 kv.m, 20 Yanvar küçəsi Qum-çınqıl karxanasına gedən yolun sol tərəfindəki yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən, N.Nərimanov pr. ev 53, mənzil 44-də yaşayan şəhər sakini Mövsümov Beyrək Vaqif oğluna fərdi mənzil tikintisi üçün 600 kv.m torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.
-
Qurban bayramında imkansız ailələrə yardım edilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
Zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi barədə.
-
Ştat cədvəlində aparılacaq dəyişikliklərlə əlaqədar 01.09.2015-ci il tarixdən Mingəçevir Bələdiyyəsinin yeni ştat cədvəlinin təsdiq edilməsi barədə.
-
Torpaq icarədarları siyahısında dəyişiklik edilməsi barədə.
-
Mingəçevir şəhəri, R.Məmmədov küçəsi ev 3-A-da yaşayan şəhər sakini Vəlizadə Sevinc Dəmir qızının və Naxçıvan küçəsi ev 46, mənzil 47-də yaşayan şəhər sakini Ağasıyev Aydın Müseyib oğlunun istifadələrində olan torpaq sahələrinin icarə müddətinin artırılması barədə.
-
Səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvlərinə müavinat verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
Bələdiyyənin inzibati binasında quraşdırılacaq plastik qapılar və ad göstəricisi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
«Bələdiyyə» parkındakı təmir abadlıq işlərinə bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
Bir neçə məhəllə komitəsinin ərazisindəki xeyir-şər mağarının təmirinə tikinti materiallarının alınması üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
-
Mingəçevir şəhər sakinləri – A.Məmmədov küçəsi ev 9, mənzil 13-də yaşayan Həmidov İlham Oqtay oğluna, «Yeni Günəşli» bağ massivində yaşayan Abdurəhmanov Rəşad Eldar oğluna, Günəş küçəsi ev 58-də yaşayan Ramazanova Azadə Nəsimi qızına, H.Əliyev pr. ev 35, mənzil 2-də yaşayan Seleznyova Olqa İvanovnayaya, H.Əliyev pr. ev 43, mənzil 60-da yaşayan Məmmədəliyeva Mehriban Fərman qızına və A.Məmmədov küçəsi ev 6/1, mənzil 5-də yaşayan Bəxtiyarov Şövqi Cümşüd oğluna maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 1 nəfər bələdiyyə üzvü A.Namazova üzürlü səbəbdən, X.İsmayılov üzürsüz səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.HACIYEV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
1) QƏRARA ALIR:
«Yerli büdcə məsələləri» daimi komissiyasının 2015-ci ilin avqust-sentyabr ayları üçün xərclənmiş vəsait barədə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq
-
Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin avqust-sentyabr ayları üçün büdcə xərcləri ümumilikdə 25884,54 manat təsdiq olunsun.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
2) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar söz verilir bələdiyyənin «Yerli iqtisadi ikişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 4 (dörd) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.CƏFƏROV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
2) QƏRARA ALIR:
Az.İES qəsəbəsində İdman kompleksinin yanındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 18.07.2014-ci il tarixli, 10/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 24.10.2014-cü il tarixli, A№514967 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.08.2015-ci il tarixli, RX Seriyalı 0731156№-li çıxarışını,
Mingəçevir kəndi adlanan yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 222 kv.m və ya 0,0222 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 11.09.2014-cü il tarixli, 12/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 24.10.2014-cü il tarixli, A№514975 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 19.08.2015-ci il tarixli, RX Seriyalı 0731112№-li çıxarışını,20 Yanvar küçəsi Qum-çınqıl karxanasına gedən yolun sol tərəfindəki yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 600 kv.m və ya 0,06 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 18.07.2014-cü il tarixli, 10/5 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 26.10.2014-cü il tarixli, A№514986 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.08.2015-ci il tarixli, RX Seriyalı 0731147№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq
1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, C.Əliyev küçəsi ev 1, mənzil 34-də yaşayan şəhər sakini Qasımova Məhbubə Söhrab qızına Az.İES qəsəbəsində İdman kompleksinin yanındakı yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.
-
Vətəndaş M.S.Qasımovaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960,00 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.
2.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, 20 Yanvar küçəsi ev 1-də yaşayan şəhər sakini Əliyev Rauf Seyran oğluna Mingəçevir kəndi adlanan yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 222 kv.m və ya 0,0222 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.
-
Vətəndaş R.S.Əliyevə tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 552,00 (beş yüz əlli iki) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.
3.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, N.Nərimanov pr. ev 53, mənzil 44-də yaşayan şəhər sakini Mövsümov Beyrək Vaqif oğluna 20 Yanvar küçəsi Qum-çınqıl karxanasına gedən yolun sol tərəfindəki yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m və ya 0,06 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.
-
Vətəndaş B.V.Mövsümova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1440,00 (bir min dörd yüz qırx) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.
3. Vətəndaşların nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə aldıqları torpaq sahələri beş il müddətində özgəninkiləşdirilə bilməz.
-
Mingəçevir Bələdiyyəsi ilə vətəndaşlar arasında torpağın alqı-satqısına dair müqavilə bağlanması, ayrılmış torpaq sahələrinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.
-
Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onun şəxsi vəsaiti hesabına aparılacaq.
-
Qərarların icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
3) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
3) QƏRARA ALIR:
«Yerli sosial məsələləri» və «Yerlü büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq
-
Bələdiyyənin işçilərinə və 100 (yüz) nəfər imkansız ailəyə Qurban payı verilməsi üçün bələdiyyə büdcəsindən 770 (yeddi yüz yetmiş) manat maliyyə vəsaiti ayrılsın.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
4) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqitsadi inkiaşaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
4) QƏRARA ALIR:
Mingəçevir Bələdiyyəsinin 15 aprel 2015-ci il tarixli, 30 nömrəli əmri ilə, Mingəçevir şəhərində fəaliyyət göstərən ticarət, iaşə və xidmət obyektlərinin, fərdi mənzil tikintisi üçün ayrılmış torpaqlar, kənd təsərrüfatına yararlı, az yararlı və yararsız torpaq sahələrinin dislokasiyasını və icarədarların, torpaq mülkiyyətçilərinin, icarə və vergi öhdəliklərini dəqiqləşdirmək, qeyri-qanuni sahibkar və fərdi mənzil tikililərini araşdırmaq məqsədi ilə yaradılmış komissiyanın məlumatını, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqları haqqında arayışını və bu barədə bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq
-
Mingəçevir şəhərində səmərəli və təyinatı üzrə istifadə olunmayan, qeyri-qanuni zəbt olunmuş (sənədləşdirilməmiş) 149,3 ha torpaq sahəsi geri alınıb, bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilsin.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.V.Nəbiyevə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
5) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Ş.CƏFƏROVA - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
5) QƏRARA ALIR:
Bələdiyyənin ştat cədvəlində aparılacaq dəyişikliklər ilə əlaqədar «Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını müzakirə edərək
-
Aşağıdakı dəyişikliklər nəzərə alınmaqla, bələdiyyənin yeni ştat cədvəli 01.09.2015-ci il tarixdən təsdiq olunsun:
-
«Maliyyə, vergi və ödənişlər» şöbəsində müdir müavini ştatı açılsın, əmək haqqısı şöbə müdirinin maaşının 90%-i miqdarında hesablansın.
-
Baş mühasibin əmək haqqısı bələdiyyə sədrinin maaşının 70%-i miqdarında hesablansın.
-
Hüqüq məsələləri üzrə məsləhətçi Məmmədov Ələsgər Məmmədhəsən oğlu hüquqşünas vəzifəsinə təyin edilsin, əmək haqqısı ştat cədvəlinə uyğun olaraq hesablansın.
-
«Maliyyə, vergi və ödənişlər» şöbəsinin kompüter üzrə operatoru Hüseynova Tamam Sahib qızının əmək haqqısı 176 manat hesablansın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
6) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.HƏSƏNOV - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
6) QƏRARA ALIR:
Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 48/1, mənzil 18-də yaşayan şəhər sakini Qurbanov Mahir Əhməd oğlunun, ona sahibkarlıq məqsədilə Bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsi üzərində tikilmiş obyektinin notariat kontoru tərəfindən alqı-satqı müqaviləsi ilə satıldığı üçün icarədarın adının dəyişdirilməsi barədə müraciətini və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəyini nəzərə alaraq
-
Mingəçevir-Gəncə şossesindəki «MTTK-5» MMC-nin yaxınlığındakı ərazidən bələdiyyənin 25.04.2006-cı il tarixli, 21/3 saylı Qərarı ilə 20 il müddətinə Naxçıvan küçəsi ev 48/1, mənzil 18-də yaşayan şəhər sakini Qurbanov Mahir Əhməd oğlunun icarəsinə ayrılmış 100 kv.m torpaq sahəsinin üzərində tikilmiş obyekt, Mingəçevir şəhər 2 saylı notariat kontorunda reyestrdə 21.04.2015-ci il tarixli, AN-I 0495117№li qeydə alınmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə satıldığını nəzərə alaraq, M.Ə.Qurbanov ilə bağlanmış icarə müqaviləsi ləğv edilsin, obyekti alan Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 6B, mənzil 30-da yaşayan İsmayılov Nəsimi Aftandil oğlu ilə 100 kv.metr torpaq sahəsinə 10 (on) il müddətinə yeni icarə müqaviləsi bağlansın.
-
Azərbaycan Respublikasının «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanununun 3-cü maddəsinə, «Bələdiyyə əraziləri və torpaqların istifadəyə və icarəsinə görə ödəniş və haqqlara dair» Mingəçevir Bələdiyyəsinin 31 oktyabr 2011-ci il tarixli 29/4 saylı qərarına əsasən sahibkarın icarəyə cəlb edilməsi Bələdiyyənin «Maliyyə, vergi və ödənişlər» şöbəsinə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
7) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.HACIYEVA - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
7) QƏRARA ALIR:
Mingəçevir şəhəri, R.Məmmədov küçəsi ev 3-A-da yaşayan şəhər sakini Vəlizadə Sevinc Dəmir qızının və Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 46, mənzil 47-də yaşayan şəhər sakini Ağasıyev Aydın Müseyib oğlunun istifadələrində olan torpaq sahələrinin icarə müddətinin artırılması barədə müraciətlərini, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının müsbət rəylərini və «Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvercilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 28 oktyabr 2008-ci il 709-QD saylı Qanununun IX bölməsinə əsasən
-
Mingəçevir şəhəri, R.Məmmədov küçəsi ev 3-A-da yaşayan şəhər sakini Vəlizadə Sevinc Dəmir qızına Mingəçevir Bələdiyyəsinin 11.05.2004-cü il tarixli, 53/1 saylı Qərarı ilə A.Məmmədov küçəsi 15 saylı binanın yanındakı ərazidən ticarət obyekti tikintisi üçün 10 (on) il müddətinə icarəsinə ayrılmış 50 (əlli) kv.m torpaq sahəsinin istifadə müddəti başa çatdığı üçün yenidən 10 (on) il müddətinə, 11.05.2014-cü ildən 11.05.2024-cü ilədək icarəsinə verilsin.
-
Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 46, mənzil 47-də yaşayan şəhər sakini Ağasıyev Aydın Müseyib oğluna Mingəçevir Bələdiyyəsinin 27.01.2004-cü il tarixli, 47/3 saylı Qərarı ilə C.Əliyev küçəsindəki mövcud ticarət obyektlərinin yanındakı ərazidən ticarət obyekti tikintisi üçün 10 (on) il müddətinə icarəsinə ayrılmış 30 (otuz) kv.m torpaq sahəsinin istifadə müddəti başa çatdığı üçün yenidən 10 (on) il müddətinə, 27.01.2014-cü ildən 27.01.2024-cü ilədək icarəsinə verilsin.
-
Azərbaycan Respublikasının «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanununun 3-cü maddəsinə, «İcarəyə verilmiş bələdiyyə torpaqları üçün yeni ödəniş haqqlarının müəyyən edilməsi haqqında» Mingəçevir Bələdiyyəsinin 31 oktyabr 2011-ci il tarixli, 29/4 saylı qərarına əsasən sahibkarın icarəyə cəlb edilməsi Bələdiyyənin «Maliyyə, vergi və ödənişlər» şöbəsinə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17- lehinə; 0 – əlehinə; 0- bitərəf.
8) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 8-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
S.HÜSEYNOV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
8) QƏRARA ALIR:
«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq
-
Bələdiyyədə daimi əsaslarla işləyən bələdiyyə üzvləri Abdullayev Coşqun Əli oğluna, Əliyev Əli Səhrab oğluna, Hacıyev Mircəmil Nurməməd oğluna, Qasımlı Zahid Allahverən oğluna, Hüseynov Sahib Teymur oğluna, Nəbiyev Nəbi Vəli oğluna və Həsənov Fikrət İsmixan oğluna müalicə və istirahətlərinin təşkilinə kömək məqsədi ilə bələdiyyə büdcəsindən birdəfəlik olaraq, müavinat verilsin.
-
Bu məqsədlə bələdiyyə büdcəsindən 2818,82 (iki min səkkiz yüz on səkkiz manat səksən iki qəpik) manat vəsait ayrılsın.
-
Qərarın 2-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
9) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 9-cu məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
N.ƏSGƏROVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
9) QƏRARA ALIR:
«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq
-
Bələdiyyənin inzibati binasının 2-ci mərtəbəsində foyedə yerləşən üç iş otağı və iclas zalının qapılarının plastik qapılarla əvəz olunması üçün 1600 (bir min altı yüz) manat, inzibati binaya bələdiyyənin yeni ad göstəricisinin quraşdırılması üçün 500 manat, ümumilikdə büdcədən 2100 (iki min bir yüz) manat maliyyə vəsaiti ayrılsın.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
10) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 10-cu məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.
ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
V.MƏSMƏLİYEVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
10) QƏRARA ALIR:
«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq
-
«Bələdiyyə» parkındakı aparılacaq təmir abadlıq işlərinə bələdiyyə büdcəsindən 45310 (qırx beş min üç yüz on) manat maliyyə vəsaiti ayrılsın.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
11) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 11-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
11) QƏRARA ALIR:
«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq
-
Bir neçə məhəllə komitəsinin müraciəti ilə bağlı, aşağıda adları çəkilən ərazilərdəki xeyir-şər mağarlarının təmiri üçün tikinti materiallarının alınmasına bələdiyyə büdcəsindən ümumilikdə 13035 (on üç min otuz beş) manat maliyyə vəsaiti ayrılsın.
«Ucalıq» m/k
|
(Ş.İ.Xətai küçəsi ev 7a)
|
-
|
1013,4 manat
|
«Göydələn» m/k
|
(N.Rəfibəyli küçəsi ev 11)
|
-
|
1136,7 manat
|
«Yüksəliş» m/k
|
(H.Əliyev küçəsi 72a)
|
-
|
284,0 manat
|
«Buta» m/k
|
(N.Nərimanov küçəsi ev 49)
|
-
|
1345,0 manat
|
«Axundzadə» m/k
|
(M.F.Axundzadə küçəsi ev 9)
|
-
|
1859,5 manat
|
«Azərkitab» m/k
|
(H.Əliyev pr. 68/18)1
|
-
|
1141,0 manat
|
«Təbriz» m/k
|
(Təbriz küçəsi ev 7)
|
-
|
1110,0 manat
|
«Yenilik» m/k
|
(R.Rza küçəsi ev 25)
|
-
|
4241,4 manat
|
«Azərbaycan» m/k
|
(A.Məmmədov küçəsi ev 7a)
|
-
|
904,0 manat
|
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
12) DİNLƏNİLDİ:
C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 12-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.NAĞIYEV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası
12) QƏRARA ALIR:
«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq
-
Mingəçevir sakinləri, Qarabağ Müharibəsi əlili Həmidov İlham Oqtay oğluna müalicəsi üçün 60 (altmış) manat, Abdurəhmanov Rəşad Eldar oğluna müalicəsi üçün 80 (səksən) manat, Ramazanova Azadə Nəsimi qızına qızının təhsil haqqına köməklik üçün 100 (yüz) manat, tənha yaşayan Seleznyova Olqa İvanovnaya dərman alması üçün 30 (otuz) manat, Məmmədəliyeva Mehriban Fərman qızına anasının məzarının yanındakı təhlükə törədən ağacların kəsilməsi üçün 50 (əlli) manat və üçəm uşaq atası Bəxtiyarov Şövqi Cümşüd oğluna uşaqlara paltar alması üçün 60 (altmış) manat, ümumilikdə 380 (üç yüz səksən) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.
-
Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.
-
Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.
Səsvermənin nəticəsi:
17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
SƏDR: ______________________ C.Ə.ABDULLAYEV
KATİB: ______________________ E.N.NAĞIYEV
Dostları ilə paylaş: |