Минэячевир Бялядиййясинин



Yüklə 98,43 Kb.
tarix09.07.2018
ölçüsü98,43 Kb.
#56211

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


03 saylı PROTOKOLU.

Mingəçevir şəhəri. 05 fevral 2015-ci il



İştirak etməlidir: 19 nəfər

İştirak edir: 18 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 00 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər

İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: S.T.Hüseynov

GÜNDƏLİK:





  1. Bələdiyyənin daimi və başqa komissiyalarının yaradılması və tərkibinin formalaşdırılması barədə.

  2. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsinin yeni Nizamnaməsinin təsdiq olunması haqqında.

  3. «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsinin yaradılması haqqında.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 1 nəfər bələdiyyə üzvü X.N.İsmayılov üzürsüz səbəbdən iştira etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİLƏR:

E.CƏFƏROV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.


Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.

1 ) DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Gündəliyin 1-ci məsələsi ilə əlaqədar bildirmək istəyirəm ki, biz bu gün Azərbaycan Respublikasının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsinə uyğun olaraq Bələdiyyənin daimi və başqa komissiyalarını seçməliyik. Təklif edirəm ki, 5 daimi komissiya yaradaq. Təklif olunan daimi komissiyalar aşağıdakılardır:


  1. «Yerli büdcə məsələləri» daimi komissiyası

  2. «Yerli sosial məsələləri» daimi komissiyası

  3. «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyası

  4. «Yerli ekologiya məsələləri» daimi komissiyası

  5. «Hüquq məsələləri» daimi komissiyası

MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİLƏR:

Ə.ƏLİYEV – bələdiyyənin sədr müavini. Verilən təkliflə razı olduğunu bildirdi.

Bələdiyyə üzvlərindən N.Nəbiyev, Z.Qasımlı və M.Hacıyev də verilən təkliflə razı olduqlarını bildirdilər.

C.ABDULLAYEV - bələdiyyənin sədri. 5 (beş) daimi komissiya yaradılması təklifini səsə qoyuram. Xahiş edirəm münasibət bildirəsiniz.

Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası



1) QƏRARA ALIR:


Azərbaycan Respublikasınının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsini və bələdiyyə üzvlərinin təkliflərini əsas tutaraq Mingəçevir Bələdiyyəsinin aşağıdakı komissiyaları yaradılsın:

    1. Mingəçevir Bələdiyyəsinin tərkibində aşağıdakı tərkibdə daimi komissiyaları yaradılsın:

    1. «Yerli büdcə məsələləri» daimi komissiyası

    2. «Yerli sosial məsələləri» daimi komissiyası

    3. «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyası

    4. «Yerli ekologiya məsələləri» daimi komissiyası

    5. «Hüquq məsələləri» daimi komissiyası

Səsvermənin nəticələri:



18 – lehinə; 0 – əlehinə; 0 – bitərəf.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Biz artıq komissiyaları yaratdıq. İndi isə komissiyaların tərkibini müəyyənləşdirməliyik. Xahiş edirəm komissiyaların tərkibinə namizədlər irəli sürəsiniz. 1-ci olaraq «Yerli büdcə məsələləri» daimi komissiyasından başlayaq.
MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİLƏR:

N.NƏBİYEV – bələdiyyə üzvü. Mən Mircəmil Hacıyevin namizədliyini irəli sürürəm.

A.HÜSEYNOV – bələdiyyə üzvü. Mən Günəş Səmədovanın namizədliyini irəli sürürəm.

E.NAĞIYEV – bələdiyyənin sədri. Mən Fikrət Zeynalovun namizədliyini irəli sürürəm.


DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Başqa təkliflər yoxdursa, mən hər üç bələdiyyə üzvünün «Yerli büdcə məsələləri» daimi komissiyasının üzvlüyünə namizədliyini səsə qoyuram. Xahiş edirəm münasibət bildirin.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

QƏRARA ALIR:

Azərbaycan Respublikasınının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsini və bələdiyyə üzvlərinin təkliflərini əsas tutaraq

2.1. Mingəçevir Bələdiyyəsinin «Yerli büdcə məsələləri» daimi komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

1) Hacıyev Mircəmil Nurməmməd oğlu

2) Zeynalov Fikrət Qüdrət oğlu

3) Səmədova Günəş Rafiq qızı


Səsvermənin nəticələri:

18 - lehinə; 0 - əlehinə; 0 - bitərəf.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. «Yerli sosial məsələləri» daimi komissiyasının tərkibini müəyyənləşdirək. Xahiş edirəm komissiyanın tərkibinə namizədlər irəli sürəsiniz.
MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİLƏR:

G.HACIYEVA – bələdiyyə üzvü. Mən Zahid Qasımlının namizədliyini irəli sürürəm.

L.HÜSEYNZADƏ – bələdiyyə üzvü. Mən Nurcamal Əsgərovanın namizədliyini irəli sürürəm.

Ə.ƏLİYEV – bələdiyyənin sədr müavini. Mən Elməddin Nağıyevin namizədliyini irəli sürürəm.


DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Başqa təkliflər yoxdursa, mən hər üç bələdiyyə üzvünün «Yerli sosial məsələləri» daimi komissiyasının üzvlüyünə namizədliyini səsə qoyuram. Xahiş edirəm münasibət bildirin.

Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası



QƏRARA ALIR:

Azərbaycan Respublikasınının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsini və bələdiyyə üzvlərinin təkliflərini əsas tutaraq

2.1. Mingəçevir Bələdiyyəsinin «Yerli sosial məsələləri» daimi komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

1) Qasımlı Zahid Allahverən oğlu

2) Əsgərova Nurcamal Nurəddin qızı

3) Nağıyev Elməddin Namiq oğlu


Səsvermənin nəticələri:

18 - lehinə; 0 - əlehinə; 0 - bitərəf.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının tərkibini müəyyənləşdirək. Xahiş edirəm komissiyanın tərkibinə namizədlər irəli sürəsiniz.
MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİLƏR:

N.ƏSGƏROVA – bələdiyyə üzvü. Mən Nəbi Nəbiyevinn namizədliyini irəli sürürəm.

M.HACIYEV – bələdiyyənin sədri. Mən Vəfa Məsməliyevanın namizədliyini irəli sürürəm.

A.NAMAZOVA – bələdiyyə üzvü. Mən Elxan Cəfərovun namizədliyini irəli sürürəm.


DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Başqa təkliflər yoxdursa, mən hər üç bələdiyyə üzvünün «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının üzvlüyünə namizədliyini səsə qoyuram. Xahiş edirəm münasibət bildirin.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

QƏRARA ALIR:


Azərbaycan Respublikasınının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsini və bələdiyyə üzvlərinin təkliflərini əsas tutaraq:

2.1. Mingəçevir Bələdiyyəsinin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

1) Nəbiyev Nəbi Vəli oğlu

2) Məsməliyeva Vəfa Qivami qızı

3) Cəfərov Elxan Vidadi oğlu
Səsvermənin nəticələri:

18 - lehinə; 0 - əlehinə; 0 - bitərəf.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. «Yerli ekologiya məsələləri» daimi komissiyasının tərkibini müəyyənləşdirək. Xahiş edirəm komissiyanın tərkibinə namizədlər irəli sürəsiniz.
MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİLƏR:

Ş.CƏFƏROVA – bələdiyyə üzvü. Mən Sahib Hüseynovun namizədliyini irəli sürürəm.

Z.QASIMLI – bələdiyyə üzvü. Mən Gülnarə Hacıyevanın namizədliyini irəli sürürəm.

F.ZEYNALOV – bələdiyyə üzvü. Mən Ləman Hüseynzadənin namizədliyini irəli sürürəm.

F.HƏSƏNOV – bələdiyyə üzvü. Mən Aygül Namazovanın namizədliyini irəli sürürəm.

N.NƏBİYEV – bələdiyyə üzvü. Mən Xəqani İsmayılovun namizədliyini irəli sürürəm.


DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Başqa təklif yoxdursa, mən hər beş bələdiyyə üzvünün «Yerli ekologiya məsələləri» daimi komissiyasının üzvlüyünə namizədliyini səsə qoyuram. Xahiş edirəm münasibət bildirin.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

QƏRARA ALIR:


Azərbaycan Respublikasınının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsini və bələdiyyə üzvlərinin təkliflərini əsas tutaraq:

2.1. Mingəçevir Bələdiyyəsinin «Yerli ekologiya məsələləri» daimi komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

1) Hüseynov Sahib Teymur oğlu

2) Hüseynzadə Ləman Elbrus qızı

3) Namazova Aygül Tofiq qızı

4) Hacıyeva Gülnarə Real qızı

5) İsmayılov Xəqani Nizami oğlu
Səsvermənin nəticələri:

18 - lehinə; 0 - əlehinə; 0 - bitərəf.

DİNLƏNİLDİ:

C.YUSUBOV – bələdiyyənin sədri. «Hüquq məsələləri» daimi komissiyasının tərkibini müəyyənləşdirək. Xahiş edirəm komissiyanın tərkibinə namizədlər irəli sürəsiniz.
MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİLƏR:

S.HÜSEYNOV – bələdiyyə üzvü. Mən Fikrət Həsənovun namizədliyini irəli sürürəm.

M.HACIYEV – bələdiyyə üzvü. Mən Şəhla Cəfərovanın namizədliyini irəli sürürəm.

V.MƏSMƏLİYEVA – bələdiyyə üzvü. Mən Azər Hüseynovun namizədliyini irəli sürürəm.


DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Başqa təklif yoxdursa, mən hər üç bələdiyyə üzvünün «Hüquq məsələləri» daimi komissiyasının üzvlüyünə namizədliyini səsə qoyuram. Xahiş edirəm münasibət bildirin.

Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

QƏRARA ALIR:

Azərbaycan Respublikasınının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsini və bələdiyyə üzvlərinin təkliflərini əsas tutaraq:

2.1. Mingəçevir Bələdiyyəsinin «Hüquq məsələləri» daimi komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

1) Həsənov Fikrət İsmixan oğlu

2) Cəfərova Şəhla Allahvıerdi qızı

3) Hüseynov Azər Akif oğlu


Səsvermənin nəticələri:

18 - lehinə; 0 - əlehinə; 0 - bitərəf.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. Azərbaycan Respublikasının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsinə müvafiq olaraq hər bir komissiya öz sədrini seçməlidir. Sonra isə həmin komissiyanın protokolunu iclasda təsdiq etməliyik. Mən təklif edirəm ki, 1 saat müddətinə fasilə elan edək və həmin vaxtda hər bir komissiya öz iclasını keçirib protokolu təsdiq üçün ümumi yığıncağın müzakirəsinə versin. Başqa təklif yoxdursa, iclasımızı fasilədən sonra davam etdirək.
DİNLƏNİLDİ:
C.ABDULLAYEV – bələdiyyənin sədri. İclasımızı davam etdiririk. Biz komissiyaların protokollarını təsdiq etməliyik. Xahiş edirəm «Yerli büdcə məsələləri», «Yerli sosial məsələləri», «Yerli iqtisadi inkişaf məsələləri», «Yerli ekologiya məsələləri» və «Hüquq məsələləri» daimi komissiyalarının protokollarına münasibət bildirin.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

QƏRARA ALIR :


Azərbaycan Respublikasınının «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında» Əsasnaməsini və bələdiyyə üzvlərinin təkliflərini əsas tutaraq

3.1. Mingəçevir Bələdiyyəsinin «Yerli büdcə məsələləri» daimi komissiyasının 05.02.2015-ci il tarixində keçirilmiş iclasının, Mircəmil Nurməmməd oğlu Hacıyevin komissiyanın sədri seçilməsinə dair, 01 saylı protokolu təsdiq edilsin.

Qeyd: (komissiyanın 1 (bir) vərəqdən ibarət 01 saylı protokolu əlavə edilir.)


    1. Mingəçevir Bələdiyyəsinin «Yerli sosial məsələləri» daimi komissiyasının 05.02.2015-ci il tarixində keçirilmiş iclasının, Zahid Allahverən oğlu Qasımlının komissiyanın sədri seçilməsinə dair, 01 saylı protokolu təsdiq edilsin.

Qeyd: (komissiyanın 1 (bir) vərəqdən ibarət 01 saylı protokolu əlavə edilir.)

    1. Mingəçevir Bələdiyyəsinin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının 05.02.2015-ci il tarixində keçirilmiş iclasının, Nəbi Vəli oğlu Nəbiyevin komissiyanın sədri seçilməsinə dair, 01 saylı protokolu təsdiq edilsin.

Qeyd: (komissiyanın 1 (bir) vərəqdən ibarət 01 saylı protokolu əlavə edilir.)

6.1. Mingəçevir Bələdiyyəsinin «Yerli ekologiya məsələləri» daimi komissiyasının 05.02.2015-ci il tarixində keçirilmiş iclasının, Sahib Teymur oğlu Hüseynovun komissiyanın sədri seçilməsinə dair, 01 saylı protokolu təsdiq edilsin.

Qeyd: (komissiyanın 1 (bir) vərəqdən ibarət 01 saylı protokolu əlavə edilir.)


    1. Mingəçevir Bələdiyyəsinin «Hüquq məsələləri» daimi komissiyasının 05.02.2015-ci il tarixində keçirilmiş iclasının, Fikrət İsmixan oğlu Həsənovun komissiyanın sədri seçilməsinə dair, 01 saylı protokolu təsdiq edilsin.

Qeyd: (komissiyanın 1 (bir) vərəqdən ibarət 01 saylı protokolu əlavə edilir.)

  1. «Bələdiyyələrin daimi və başqa komissiyalar haqqında» Əsasnaməyə müvafiq olaraq təxirə salınmadan öz işini qurmaqla Bələdiyyənin fəaliyyət dairəsini genişləndirmək və seçicilərin arzu və təkliflərini həyata keçirmək üçün lazımi tədbirlərin həyata keçirməsi daimi komissiya sədrlərinə tapşırılsın.

2) DİNLƏNİLDİ:


C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar bildirmək istəyiəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə şöbəsinin, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun tələbləri nəzərə alınmaqla, bələdiyyələrin nizamnamələrinin müddəalarının müvafiq bələdiyyələr tərəfindən yenidən işlənərək qısa müddət ərzində Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə təqdim olunmalıdır. Xahiş edirəm bələdiyyə tərəfindən yenidən işlənmiş Nizamnaməyə münasibət bildirəsiniz.

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

F.HƏSƏNOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


2) QƏRARA ALIR:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə şöbəsinin, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun tələbləri nəzərə alınmaqla, bələdiyyələrin nizamnamələrinin müddəalarının müvafiq bələdiyyələr tərəfindən yenidən işlənərək qısa müddət ərzində Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə təqdim olunması barədə Mingəçevir Bələdiyyəsinə müraciətini və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsinin yeni Nizamnaməsi təsdiq edilsin.

  2. Bələdiyyənin «Hüquq məsələləri» daimi komissiyasına tapşırılsın ki, Mingəçevir Bələdiyyəsinin yeni Nizamnaməsini, Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə təqdim olunmasını təmin etsin.

  3. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

3) DİNLƏNİLDİ:

C.ABDULAYEV – bələdiyyənin sədri. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin tələblərini əsas tutaraq, gündəliyin 3-cü məsələsi ilə əlaqədar sizə mə'lumat vermək istəyirəm ki, vətəndaşlar, müxtəlif idarə və nazirliklər tərəfindən bələdiyyəyə daxil olan müraciət, ərizə, şikayət, sənədlərə baxılması və müvafiq şöbələrə, komissiyalara vaxtı-vaxtında çatdırılması üçün bələdiyyənin nəzdində «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsi yaradılması və həmin şöbənin müdiri vəzifəsinə, 2007-ci ildən bələdiyyədə kompüter mütəxəssisi vəzifəsində işləyən, 1979-cu ildə anadan olmuş, 2002-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakultəsini bitirmiş şəhər sakini Cavadov Ramin Qafur oğlunun namizədliyini irəli sürürəm. Xahiş edirəm bələdiyyə üzvləri münasibətlərini bildirsinlər.
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

S.HÜSEYNOV – bələdiyyə üzvü. Bələdiyyə sədri tərəfindən verilən namizədi mən də müdafiə edirəm. Bələdiyyə üzvlərindən xahiş edirəm verilən namizədi müdafiə etsinlər.


F.ZEYNALOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

3) QƏRARA ALIR:

Vətəndaşlar, müxtəlif idarə və nazirliklər tərəfindən bələdiyyəyə daxil olan müraciət, ərizə, şikayət, sənədlərə baxılması və müvafiq şöbələrə, komissiyalara vaxtı-vaxtında çatdırılması üçün bələdiyyənin nəzdində «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsi yaradılması və həmin şöbənin müdiri vəzifəsinə, 2007-ci ildən bələdiyyədə kompüter mütəxəssisi vəzifəsində işləyən, 1979-cu ildə anadan olmuş, 2002-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakultəsini bitirmiş şəhər sakini Cavadov Ramin Qafur oğlunun tə'yin olunmasına razılıq verilməsi barədə müraciətini, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin tələblərini və bələdiyyə üzvlərinin təkliflərini nəzərə alaraq



  1. Mingəçevir Bələdiyyəsinin nəzdində «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsi yaradılsın.

  2. Cavadov Ramin Qafur oğlu «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsinin müdiri vəzifəsinə tə'yin olunsun və əmək haqqısı 268 manat müəyyən edilsin və bələdiyyə saytının daim işlək olması, lazım gəldikcə korrektə olunması üçün şöbə müdirinin vəzifə maaşına hər ay 40 manat həcmində əlavə əmək haqqı verilsin.

  3. Bələdiyyənin kadrlar üzrə iş aparıcısı, kargüzar və kompüter üzrə operatoru ştatları «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsinə daxil edilsin.

  4. Qərarın 1-ci, 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, bələdiyyənin ştat cədvəlində dəyişiklik edilsin.

  5. Bu qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.


SƏDR: ______________________ C.Ə.ABDULLAYEV

KATİB: ______________________ S.T.HÜSEYNOV






Yüklə 98,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin