Минэячевир Бялядиййясинин



Yüklə 67,18 Kb.
tarix09.07.2018
ölçüsü67,18 Kb.
#56226

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


12 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 25 » avqust 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 17 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: A.T.Namazova


GÜNDƏLİK:


  1. Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (25-ci və 26-cı yerlər) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən, Naxçıvan küçəsi ev 40, mənzil 50-də yaşayan şəhər sakini İsmayılova Maya Cəmşid qızına fərdi mənzil tikintisi üçün 400 kv.m, Təbriz küçəsi ev 40, mənzil 50-də yaşayan şəhər sakini İsmayılova Fəridə Xası qızına fərdi mənzil tikintisi üçün alqı-saqı yolu ilə 400 kv.m, Tərəvəzçilik sovxozunun yaxınlığındakı (44-cü yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən, H.Z.Tağıyev küçəsi ev 29-da yaşayan şəhər sakini Məmmədov Namiq Ələsgər oğluna fərdi mənzil tikintisi üçün 400 kv.m torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.

  2. Yüksək bal toplayan bir qrup tələbənin mükafatlandırılması barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü G.Hacıyeva üzürlü səbəbdən, X.İsmayılov üzürsüz səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.


ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 4 (dörd) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


F.HƏSƏNOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

1) QƏRARA ALIR:


Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (25-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 05.05.2011-ci il tarixli, 22/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 25.07.2012-ci il tarixli, A№395099 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 14.06.2014-cü il tarixli, RX Seriyalı 0405139№-li çıxarışını, Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (26-cı yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 05.05.2011-ci il tarixli, 22/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 25.07.2012-ci il tarixli, A№395098 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 14.06.2014-cü il tarixli, RX Seriyalı 0405138№-li çıxarışını, Tərəvəzçilik sovxozunun yaxınlığındakı (44-cü yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 29.10.2014-cü il tarixli, 14/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 28.11.2014-cü il tarixli, A№509858 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 26.02.2015-ci il tarixli, RX Seriyalı 0591218№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq

1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Naxçıvan küçəsi ev 40, mənzil 50-də yaşayan şəhər sakini İsmayılova Maya Cəmşid qızına Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (25-ci yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

2. Vətəndaş M.C.İsmayılovaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1600,00 (bir min altı yüz) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

3. Vətəndaş M.C.İsmayılovanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

2.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Təbriz küçəsi küçəsi ev 40, mənzil 50-də yaşayan şəhər sakini İsmayılova Fəridə Xası qızına Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (26-cı yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.



  1. Vətəndaş F.X.İsmayılovaya tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1600,00 (bir min altı yüz) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş F.X.İsmayılovanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

3.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, H.Z.Tağıyev küçəsi ev 29-da yaşayan şəhər sakini Məmmədov Namiq Ələsgər oğluna Tərəvəzçilik sovxozunun yaxınlığındakı (44-cü yer), baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş N.Ə.Məmmədova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 960,00 (doqquz yüz altmış) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş N.Ə.Məmmədovun nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

  1. Mingəçevir Bələdiyyəsi ilə vətəndaşlar arasında torpağın alqı-satqısına dair müqavilə bağlanması, ayrılmış torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.

  2. Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onun şəxsi vəsaiti hesabına aparılacaq.

  3. Qərarın icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

2) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
V.MƏSMƏLİYEVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

2) QƏRARA ALIR:

«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Şagirdlərin təhsilə maraqlarının artırılması məqsədi ilə 500-dən yuxarı bal toplayan 15 məzunun mükafatlandırılması üçün bələdiyyə büdcəsindən 800 (səkkiz yüz) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

SƏDR: ______________________ C.Ə.ABDULLAYEV


KATİB: ______________________ A.T.NAMAZOVA




Yüklə 67,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin