Минэячевир Бялядиййясинин



Yüklə 174,37 Kb.
səhifə3/3
tarix14.07.2018
ölçüsü174,37 Kb.
#56483
1   2   3

2) QƏRARA ALIR:

«Yerli sosial məsələlər» və «Yerli büdcə məsələləri» daimi komissiyasının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir şəhər filialının sədri E.İbrahimliyə şəhidlərin xatirəsinə həsr olunmuş nərd yarışının qaliblərinin mükafatlandırılması üçün 50 manat maddi yardım, bələdiyyə üzvləri ilə «əfqan»ların görüş tədbirinin keçirilməsinə 33 manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

3) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.NAĞIYEV - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

3) QƏRARA ALIR:

«Yerli sosial məsələlər» və «Yerli büdcə məsələləri» daimi komissiyasının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Mingəçevir şəhər sakinləri – H.Aslanov küçəsi ev 4, mənzil 41-də yaşayan bələdiyyə qulluqçusu, şəhid qızı Muxtarzadə Göyçək Hüseyn qızına cərrahiyə əməliyyatı olunduğu üçün 100 manat, M.Füzuli küçəsi ev 19/85, mənzil 21-də yaşayan tənha qoca Məmmədova Dünya Əsgər qızına dərman alması üçün 20 manat, A.S.Puşkin küçəsi ev 20, mənzil 63-də yaşayan Şabanova Qəşəngi Fəhrad qızına xəstə oğlunun müalicəsinə kömək üçün 20 manat, Ş.İ.Xətai küçəsi ev 19, mənzil 48-də yaşayan Bəkirova Ellada Bəkir qızına müalicəsinə kömək üçün 30 manat, M.P.Vaqif küçəsi ev 10, mənzil 32-də yaşayan Rzayeva Nəzifə Hüseyn qızına övladının müalicəsinə kömək üçün 20 manat, A.Şaiq küçəsi ev 13, mənzil 10-da yaşayan Məmmədova Kəmalə Yamən qızına körpə uşaqlarına ərzaq alması üçün 50 manat, cəmi 240 manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

4) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə Şöbəsinin Mingəçevir Bələdiyyəsinin iclas qərarına İnzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə bələdiyyəyə daxil olmuş 02 fevral 2016-cı il tarixli, 12-02-inM №-li məktubunda bildirilir ki, Mingəçevir Bələdiyyəsinin 15.01.2016-cı il tarixli, 01 nömrəli iclas protokolunda göstərilən 3 bələdiyyə aktına (qərarına) inzibakti nəzarət qaydasındja baxılmışdır. Müəyyən edilmişdir ki, 1-2-ci məsələlər üzrə bələdiyyə tərəfindən 2015-ci il ərzində görülmüş işlər haqqında hesabatın və yeni ştat cədvəlinin, 3-cü məsələ üzrə 2015-ci ilin dekabr və 2016-cı ilin yanvar aylarında xərclənmiş maliyyə vəsaitinin təsdiqinə dair qərarlar qəbul edilmişdir. Bununla yanaşı, illik hesabatın bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında müzakirəsi təmin edilərək, bu barədə 18.01.2016-cı il tarixli 01 nömrəli iclas protokolu əlavə olunmuşdur. Lakin bələdiyyə tərəifndən hesabat seçicilərin müzakirəsinə «Bələdiyyələrin statusu haqqında» Qanunun 52-2.3-cü maddəsində nəzərdə tutulmuş müddətdən gec çıxarılmışdır. Bildirilir ki, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 52-2.3-cü maddəsinə əsasən bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bulleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Göstərilənlərə və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hazırkı məktubun bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla qanunverciliyin göstərilən tələblərinin nəzərə alınmağı və qəbul edilmiş qərarın surətinin 15 gündən gec olmayaraq Bərdə regional ədliyyə şöbəsinə təqdim edilməsi tövsiyyə olunur. Xahiş edirəm ki, münasibətinizi bildirəsiniz.

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

Z.QASIMLI–bələdiyyə üzvü. Təklif edirəm ki, məktubda göstərilən tələblər nəzərə alınsın.

F.ZEYNALOV–bələdiyyə üzvü. Məktubda göstərilən tələblər nəzərə alınmaqla, Z.Qasımlının təklifi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 02.02.2016-cı il tarixli, 12-02-inM №-li məktubunda göstərilən tövsiyəsi və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 02.02.2016-cı il tarixli, 12-02-inM №-li tövsiyə məktubunda qanunvericiliyin göstərilən tələbləri nəzərə alınsın, habelə qəbul edilmiş qərarın surəti 15 gündən gec olmayaraq Bərdə regional ədliyyə şöbəsinə təqdim olunsun.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:


C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir « Yerli iqitsadi inkiaşaf məsələləri » daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. . O, «Yerli iqitsadi inkiaşaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.HƏSƏNOV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

5) QƏRARA ALIR:

«Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-III QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 22-cı bəndinin tələblərinə müvafiq olaraq və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəyini nəzərə alaraq




  1. Mingəçevir Bələdiyyəsinin alqı-satqı predmeti olan Səməd Vurğun küçəsi 5B ünvanında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan I zonada yerləşən ərazidən 314 kv.metr və ya 0,0314 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün mülkiyyətə verilməsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın.

  2. Mingəçevir Bələdiyyəsinin alqı-satqı predmeti olan 314 kv.metr və ya 0,0314 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün mülkiyyətə verilməsi məqsədilə hərrac və ya müsabiqə keçirilsin, hərrac və ya müsabiqədə satış qiyməti 314 kv.metr və ya 0,0314 ha torpaq sahəsi üçün (I zona) 2355 (iki min əlli beş) manat müəyyən edilsin və hərracın və ya müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Mingəçevir şəhər Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlansın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:
18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

SƏDR: ______________________ C.Ə.ABDULLAYEV


KATİB: ______________________ G.R.HACIYEVA




Yüklə 174,37 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin