Минэячевир Бялядиййясинин



Yüklə 75,87 Kb.
tarix22.10.2017
ölçüsü75,87 Kb.
#10956

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


09 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 15 » may 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 17 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: S.T.Hüseynov


GÜNDƏLİK:


  1. 2015-ci ilin may ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.

  2. İcarə haqqı borcu olan torpaq icarədarları barədə.

  3. Zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi və qanunsuz tikililər barədə.

  4. «Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi ev 7a-nın qarşısında yerləşən xeyir-şər mağarına tikinti materialları alınması üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  5. Mingəçevir şəhər sakinləri, S.Vurğun küçəsi ev 3, mənzil 8-də yaşayan Məmmədova Seda Nəcəf qızına və 20 Yanvar küçəsi ev 3, mənzil 9-da yaşayan Məmmədova Rəhşəndə İlyas qızına maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  6. Tərəvəzçilik sovxozunun yaxınlığındakı ərazidən (35-ci yerlər) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 20 Yanvar küçəsi ev 3-C-də yaşayan şəhid ailəsi Babayeva İradə Məmmədtağı qızı fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m, Tərəvəzçilik sovxozu yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Kənar küçəsi ev 16-da yaşayan Əhmədov Eşqin Səməd oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.

  7. «Kür avarçəkmə» bazasının qarşısında sağ sahildə görüləcək abadlıq işlərinə, Sağ sahil və Az.İES qəsəbəsinin zibil və tullantıları üçün zibilxana yerinin hazırlanmasına bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən, N.Əsgərova üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


1) QƏRARA ALIR:

«Yerli büdcə məsələləri» daimi komissiyasının 2015-ci ilin may ayının birinci yarısını üçün xərclənmiş və büdcədən ayrılacaq vəsait barədə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin may ayının birinci yarısı üçün büdcə xərcləri ümumilikdə 14943,10 manat təsdiq olunsun və bələdiyyənin özünüsaxlama xərcləri üçün büdcədən 12694,56 ayrılsın.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

2) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


N.NƏBİYEV– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

2) QƏRARA ALIR:


«Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

1.1. C.Əliyev küçəsi ev 7, mənzil 3-də yaşayan Cəbrayılova Leyla Samir qızının 118,30 (yüz on səkkiz manat otuz qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

2.1. C.Əliyev küçəsi ev 20, mənzil 10-da yaşayan Rəsulov Oktay Məhəmməd oğlunun 246 (iki yüz qırx altı) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

3.1. 20 Yanvar küçəsi ev 7, mənzil 40-da yaşayan Həsənova Gülçiçək Məhəmməd qızının 273,20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

4.1. Naxçıvan küçəsi ev 52/3, mənzil 30-da yaşayan Ələkbərov Taleh Nicat oğlunun 118,20 (yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

5.1. Ş.İ.Xətai küçəsi ev 2 mənzil 38-da yaşayan Şərifov Akif Qədir oğlunun 168 (yüz altmış səkkiz) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

6.1. 7.1. Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvan küçəsi ev 11c, mənzil 45-də yaşayan Mikayılbəyli Seymur Aydın oğlunun 1176 (min bir yüz yetmiş altı) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

7.1. Koroğlu küçəsi ev 14, mənzil 1-də yaşayan Süleymanov Çingiz Şahlar oğlunun 1476 (min dörd yüz yetmiş altı) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

8.1. N.Vəzirov küçəsi ev 12, mənzil 18-də yaşayan Rzayeva Lətafət Rafiq qızının 395 (üç yüz doxsan beş) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

9.1. M.Müşfiq küçəsi ev 3, mənzil 4-də yaşayan Qarayev Arif Mirzə oğlunun 498,80 (dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

10.1. Puşkin küçəsi ev 29/2-də yaşayan Allahverdiyev Yamən Məlik oğlunun 3498 (üç min dörd yüz doxsan səkkiz) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

11.1. Nizami küçəsi ev 12, mənzil 23-də yaşayan Məmmədov Yaşar Rəhim oğlunun 1833 (min səkkiz yüz otuz üç) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

12.1. A.Məmmədov küçəsi ev 3a, mənzil 25-də yaşayan Kərimov Ceyhun Ramiz oğlunun 1498 (min dörd yüz doxsan səkkiz) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

13.1. M.Maqomayev pr. ev 4, mənzil 23-də yaşayan Rüstəmov Zaur Zabit oğlunun 517 (beş yüz on yeddi) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

14.1. M.Maqomayev küçəsi ev 50, mənzil 10-da yaşayan Tağıyev Elvin Akif oğlunun 163,20 (yüz altmış üç manat iyirmi qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

15.1. 1 saylı qaçqın şəhərciyində yaşayan Zamanov Rövşən Yunis oğlunun 290 (iki yüz doxsan) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

16.1. C.Əliyev küçəsi ev 14, mənzil 11-də yaşayan Rzayev Daşqın Mirkazım oğlunun 142,80 (yüz qırx iki manat səksən qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

17.1. M.F.Axundov küçəsi ev 14, mənzil 7-də yaşayan Sadıqova Səyyarə Telman qızının 97,40 (doxsan yeddi manat qırx qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

18.1. Naxçıvan küçəsi ev 40a, mənzil 9-da yaşayan Məmmədova Məhalət Əmir qızının 91,60 (doxsan bir manat altmış qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

19.1. C.Əliyev küçəsi ev 9-A. mənzil 13-də yaşayan Hüseynova Məkkə Məlik qızının 157,70 (yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

20.1. Tərəvəzçilik sovxozu sakini Kərimov Namiq Nofəl oğlunun 187,50 (yüz səksən yeddi manat əlli qəpik) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.

21.1. 20 Yanvar küçəsi ev 41, mənzil 24-də yaşayan Mahmudov Akif Yaqub oğlunun 192,00 (yüz doxsan iki) manat məbləğdə Mingəçevir Bələdiyyəsinə icarə borcu təsdiq olunsun.



  1. İcarə haqqı borcu ödənilməsi üçün qərarlar sahibkarlara göndərilsin.

  2. Sahibkarlar qərar aldıqları gündən 1 ay müddətində icarə haqqı borcunu ödəməsə, onlar haqqında inzibati qaydada tədbir görülməsi üçün qərarların Mingəçevir şəhər İcra bölməsinə göndərilməsi təmin edilsin.

  3. Qərarın 2-ci və 3-cü bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinin müdiri M.Ş.Babayevə və bələdiyyənin hüquq məsələləri üzrə məsləhətçisi Ə.M.Məmmədova tapşırılsın.

  4. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
3) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.


ÇIXIŞ ETDİ:
N.Nəbiyev - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA– bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

3) QƏRARA ALIR:


Mingəçevir Bələdiyyəsinin 15 aprel 2015-ci il tarixli, 30 nömrəli əmri ilə, Mingəçevir şəhərində fəaliyyət göstərən ticarət, iaşə və xidmət obyektlərinin, fərdi mənzil tikintisi üçün ayrılmış torpaqlar, kənd təsərrüfatına yararlı, az yararlı və yararsız torpaq sahələrinin dislokasiyasını və icarədarların, torpaq mülkiyyətçilərinin, icarə və vergi öhdəliklərini dəqiqləşdirmək, qeyri-qanuni sahibkar və fərdi mənzil tikililərini araşdırmaq məqsədi ilə yaradılmış komissiyanın 15.05.2015-ci il tarixli məlumatını, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqları və qanunsuz tikililiər haqqında arayışını və bu barədə bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Mingəçevir şəhərində səmərəli və təyinatı üzrə istifadə olunmayan, qeyri-qanuni zəbt olunmuş (sənədləşdirilməmiş) 73 ha torpaq sahəsi geri alınıb, bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilsin.

  2. Qanunsuz tikililər barədə tədbir görülməsi üçün aidiyyatı orqanlar qarşısında vəsatət qaldırılsın.

  3. Qərarın 1-ci və 2-ci bəndindən irəli gələn məsələlərin həlli «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.V.Nəbiyevə və bələdiyyənin hüquq məsələləri üzrə məsləhətçisi Ə.M.Məmmədova tapşırılsın.

  4. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.



4) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.


ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.HÜSEYNOV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:


«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. «Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi 7a saylı evin qarşısındakı xeyir-şər mağarının təmiri üçün tikinti materiallarının alınmasına bələdiyyə büdcəsindən 2220 (iki min iki yüz iyirmi) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.
ÇIXIŞ ETDİ:
Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Ş.CƏFƏROVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

5) QƏRARA ALIR:


«Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. Mingəçevir şəhər sakinləri, S.Vurğun küçəsi ev 3, mənzil 8-də yaşayan Məmmədova Seda Nəcəf qızına mərhum həyat yoldaşının yas mərasminin keçirilməsinə köməklik məqsədi ilə 200 (iki yüz) manat və 20 Yanvar küçəsi ev 3, mənzil 9-da yaşayan Məmmədova Rəhşəndə İlyas qızına müalicəsinə köməklik məqsədi ilə 95 (doxsan beş) manat bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

6) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və rəy 3 (üç) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.HACIYEVA-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

6) QƏRARA ALIR:

Tərəvəzçilik sovxozunun yaxınlığındakı (35-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 30.05.2014-cü il tarixli, 07/4 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 23.10.2014-cü il tarixli, A№514959 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 11.02.2015-ci il tarixli, RX Seriyalı 0566543№-li çıxarışını,Tərəvəzçilik sovxozu ərazisindən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 600 kv.m və ya 0,06 ha torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətə verilməsi ilə bağlı, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna bələdiyyənin 28.02.2014-cü il tarixli, 02/1 saylı qərarı ilə başlandığını və bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin plan və ölçülərini hazırlayaraq, Mingəçevir Bələdiyyəsinə təqdim etdiyi 27.12.2014-cü il tarixli, A№514994 saylı kadastr planını, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 11.04.2015-ci il tarixli, RX Seriyalı 0630833№-li çıxarışını və bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəylərini nəzərə alaraq

1.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, 20 Yanvar küçəsi ev 3-C-də yaşayan şəhər sakini şəhid ailəsi Babayeva İradə Məmmədtağı qızına Tərəvəzçilik sovxozunun yaxınlığındakı (35-ci yer), baş planda göstərilən yerdən, yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.


  1. Vətəndaş İ.M.Babayevanın nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmədən aldığı 400 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

2.1. Mingəçevir şəhərində 5 (beş) ildən yuxarı qeydiyyatda olmasını nəzərə alaraq, Kənar küçəsi ev 16-da yaşayan şəhər sakini Əhmədov Eşqin Səməd oğluna Tərəvəzçilik sovxozu ərazisindən, baş planda göstərilən yerdən yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m və ya 0,06 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilsin.

  1. Vətəndaş E.S.Əhmədova tapşırılsın ki, son torpaq müsabiqəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 1440,0 (bir min dörd yüz qırx) manat dəyərini 60 gündən gec olmayaraq Mingəçevir bələdiyyəsinin KapitalBankın Mingəçevir filialında olan hesabına ödəsin və ödəmə barədə qəbzin surətini bələdiyyə təqdim etsin.

  2. Vətəndaş E.S.Əhmədovun nəzərinə çatdırılsın ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə aldığı 600 kv.metr torpaq sahəsi beş il müddətində özgəninkiləşdirilə bilməz.

  3. Mingəçevir Bələdiyyəsi ilə vətəndaşlar arasında arasında torpağın alqı-satqısına dair müqavilələr bağlanması, ayrılmış torpaq sahələrinin sərhədlərinin naturada (yerində) müəyyən edilərək nişanlanması və aktla sifarişçiyə verilməsi bələdiyyənin «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasnıın sədri N.V.Nəbiyevə həvalə edilsin.

  4. Vətəndaşların nəzərinə çatdırılsın ki, həmin ərazidə çəkiləcək mühəndis-kommunikasiya xətləri və yolların çəkilişi onların şəxsi vəsaiti hesabına aparılacaq.

  5. Qərarın icrasına nəzarət Bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

17- lehinə; 0 – əlehinə; 0- bitərəf.

7) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.
ÇIXIŞ ETDİ:
N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.NAMAZOVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

7) QƏRARA ALIR:


«Yerli iqtisadi inkişaf məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq

  1. «Kür avarçəkmə» bazasının qarşısında Sağ sahildə uzunluğu 145 m olan dəmir hasarın çəkilməsinə bələdiyyə büdcəsindən 3303,30 (üç min üç yüz üç manat otuz qəpik), Sağ sahil və Az.İES qəsəbəsinin zibil və tullantıları üçün zibilxana yerinin hazırlanmasına bələdiyyə büdcəsindən 420 (dörd yüz iyirmi) manat, ümumilikdə 3723,30 (üç min yeddi yüz iyirmi üç manat otuz qəpik) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

17 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

прямая соединительная линия 1
SƏDR: ______________________ C.Ə.ABDULLAYEV

KATİB: ______________________ S.T.HÜSEYNOV




Yüklə 75,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin