MiNGƏÇEVİr bəLƏDİYYƏSİNİN 2014-CÜ İLDƏKİ FƏALİYYƏTİ barəDƏ hesabat



Yüklə 88,43 Kb.
tarix16.06.2018
ölçüsü88,43 Kb.
#53756


MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN

2014-CÜ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ HESABAT
GİRİŞ

Əsası Ulu Öndər Heydər Əliyev tərfindən qoyulan və hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları – bələdiyyələr ölkənin sosial-iqtisadi sahədə inkişafına öz töhfəsini verir.

Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.

Mingəçevir Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, həmçinin bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları rəhbər tutaraq fəaliyyətini qurur.

Bildiyiniz kimi, ötən il, 23 dekabr 2014-cü ildə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirildi və Sizin səsinizlə Mingəçevir bələdiyyəsinə 19 üzv seçildi.

2014-cü ildə bələdiyyənin fəaliyyəti barədə hesabata başlamazdan əvvəl, bizə bir daha etimad göstərdiyinizə görə Sizin timsalınızda bütün seçicilərə minnətdarlığımızı bildiririk.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi ötən il gördüyü işlər haqqında illik hesabatını ictimaiyyətə təqdim edir.

BƏLƏDİYYƏ İCLASLARI

2014-cü ildə bələdiyyə 16 ümumi iclas keçirmiş, 105 məsələ müzakirə edilmiş və müvafiq qərarlar çıxarılmışdır. Bunlardan 55 məsələ icarəyə və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə, 17 məsələ şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaiti ayrılması ilə, 13 məsələ sakinlərə maddi yardımlar verilməsi ilə, 20 məsələ təşkilati məsələlərlə bağlı olmuşdur.



ƏRİZƏ VƏ MÜRACİƏTLƏR

Ötən il bələdiyyəyə 788 ədəd ərizə və məktub daxil olmuşdur. Müraciətlərdən 120-si maddi yardım almaqla, 217-si fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə, 63-ü sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 31-i tikinti və təmir işləri ilə, 357-si müxtəlif mövzularla əlaqədar verilmişdir. Müraciət edən şəxslərdən 20-si şəhid ailəsi, 10-u Qarabağ müharibəsi əlili, 12-si müxtəlif dərəcəli əlillər, 2-si Qarabağ müharibəsi veteranı, 1-i ehtiyatda olan zabit olmuşdur.

Maddi yardımla müraciət edənlərin hamısının xahişi həll edilmşidir. Belə ki, 51 nəfər pul yardımı ilə, 11 nəfəri tikinti materialı yardımı ilə, yerdə qalanlar ərzaq yardımı ilə təmin olunmuşdur.

Fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə bağlı müraciət edənlərdən 96 nəfərə, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə bağlı müraciət edənlərdən 12 nəfərə bələdiyyə iclasının qərarları ilə torpaq sahəsi verilmişdir.

Hesabat dövründə 947 nəfər bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapmışdır.

İl ərzində bələdiyyəyə rəsmi orqanlardan 404 ədəd sənəd daxil olmuşdur ki, bunlardan 65-ni şəhər İcra Hakimiyyəti, 31-ni nazirliklər, 308-ni idarə və təşkilatlar göndərmişdir. Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır.



BƏLƏDİYYƏ BÜDCƏSİ

a) Gəlirlər

2014-cü ildə bələdiyyə büdcəsinin gəlirləri 456236,07 manat olmuşdur. Büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşmışdır: Bələdiyyə əmlakının satışından 161090,50 manat, icarəyə verilmiş torpaq sahələrinin icarə haqqından 93812,97 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən 29315,00 manat, fiziki şəxslərdən alınan torpaq vergisidən 6702,20 manat, fiziki şəxslərdən alınan əmlak vergisindən 5658,00 manat, müvəqqəti dayanacaqlar üçün ödənişdən 1900,00 manat, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdən 1077,40 manat, səyyari ticarət, ictimai-iaşə və digər xidmətlərə görə ödənişdən 1050,00 manat, küçə reklamlarının yerləşdirilməsindən 70,00 manat və bələdiyyənin digər fəaliyyətindən 15560,00 manat vəsait toplanmışdır. Belə ki, «Dəfn mərasimi xidmətləri» sahəsindən 10120,00 manat, «Peşəyönümlü Maraq Kursları» sahəsindən 2990,00 manat və «Məişət xidməti» sahəsindən 2450,00 manat vəsait daxil olmuşdur. Bunlardan əlavə, dövlət büdcəsindən Mingəçevir Bələdiyyəsinə 140000,00 manat dotasiya ayrılmışdır. Qeyd elək ki, vergi və ödənişlərin yığımında 2013-cü illə müqayisədə gözəçarpan dərəcədə irəliləyişlər vardır. Belə ki, fiziki şəxslərdən əmlak vergisi 2014-cü ilədək yığılmırdı və buna görə də bələdiyyə tənqidlərə məruz qalırdı. Komissiyaların, məhəllə komitələrinin səyləri nəticəsində ötən il 5658 manat əmlak vergisi toplanmışdır.

Bundan başqa, fiziki şəxslərdən torpaq vergisindən daxilolmalar 75 %, bələdiyyə əmlakının icarəsindən ödəniş 30 %, bələdiyyə əmlakının özəlləşməsindən ödəniş 3 dəfə, mehmanxana rüsumu 13 %, avtomobil dayanacaqlarından toplanan xidmət haqqı 4 %, bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər 34 % artmışdır. Ümumilikdə gəlirlər ötən ilə nisbətən 27 % artmışdır.

Yalnız yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin ödənişində 14 % azalma müşahidə olunmuşdur. Bununla bağlı bələdiyyə ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının sahibkarları ilə söhbətlər aparılmış, vergidən yayınanlar barədə məhkəmədə iddialar qaldırılmışdır. Ümid edirik ki, bu il həmin sahədəki problemləri həll edə biləcəyik.



b) Xərclər

Hesabat dövründə bələdiyyə büdcəsindən 406933,35 manat vəsait xərclənmişdir. Əmək haqqı və onunla bağlı ödəmələrə 125658,09 manat, DSMF-na 37124,01 manat, abadlaşdırma işlərinə 84606,96 manat, sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 36047,30 manat, maddi yardımlara 15729,90 manat, xidmət sahələrinin saxlanılmasına 13591,32 manat, yolların cari təmirinə 12800,00 manat, dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 2149,00 manat, nəqliyyat xidmətlərinə 4572,00 manat, inventar və avadanlıqların alınmasına 2639,00 manat, binaların cari təmirinə 1445,37 manat, əsas vəsaitlərin alınmasına 13000,00 manat, dəfn və mərasim xidmətlərinə 2100,00 manat, mətbuata abunə xərclərinə 5050,60 manat, mədəni-kütləvi tədbirlərin keçirilməsinə 3075,00 manat, qəbirstanlıqların saxlanılmasına 4713,10 manat və sair cari xərclərə (AŞBMA-ya üzvlük haqqı, mühafizə xidməti, audit yoxlaması, internet xərcləri, reyestrdən çıxarış və kadastr almaq üçün ödəmələr, torpaqların hərrac xərci, sənədlərin arxivə verilməsi, ekologiya idarəsinə ödəmələr, müqavilə, vəkil xidməti, elektron imzanın alınması və s.) 34000,97 manat vəsait sərf olunmuşdur. İllik əməyin ödəniş fondu ümumi xərlərin 40 %-ni təşkil etmişdir.



GÖRÜLMÜŞ İŞLƏR

a) Abadlıq-təmir işləri

İl ərzində bələdiyyə ərazisindəki park, bağ, xiyaban və fəvvarələrdə 84606,96 manat dəyərənidə abadlıq-təmir işləri aparılmışdır. O cümlədən, Sahil parkında görülmüş abadlıq işlərinə 78000,00 manat, S.Vurğun parkında təmir işlərinə 953,05 manat, fəvvarələrdə aparılmış cari təmir işlərinə 432,91 manat, fərdi mənzil tikintisi üçün ayrılmış ərazidə torpaq işlərinə 2449,00 manat, Gəncə şossesində abadlıq və torpaq işlərinə 2450,00 manat, bələdiyyə parkında, 10 №-li bağçada təmizlik-təmir işlərinə 322,00 manat vəsait xərclənmişdir. 10 №-li «Qərənfil» uşaq bağçasının həyətində dəyəri 2000,00 manat olan müxtəlif heyvan fiqurları quraşdırılmışdır.



b) Məhəllələrdə görülmüş işlər

Ötən il də məhəllə komitələri ilə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Məhəllə komitələrinin müraciətləri əsasında məhəllələrdə görülmüş işlərə 36047,30 manat vəsait xərclənmişdir.Belə ki, 17 ünvanda sosial-mədəni obyektlərin (xeyir-şər mağarlarının) təmirinə 19544,00 manat dəyərində tikinti materialları alınmış və komitələrin istifadəsinə verilmişdir. Bu məqsəd üçün 1158 ədəd şifer, 2196 metr şiferaltı taxta, 5168 ədəd mişar daşı, 410 metr boru, 2160 ədəd kərpic, 9 ton sement, 50 kub metr qum-çınqıl, 66 kq mismar, 38 ədəd dəmir lövhə, 126 metr armatur, 1 kub metr taxta, 104 metr künclük, 90 metr su şlanqı, 50 litr boya və sair tikinti materialları alınaraq məhəllə komitələrinə yardım edilmşdir.Bu dövrdə bələdiyyə iki məhəllədə (M.F.Axundov küçəsi, ev 7 və 20 Yanvar küçəsi, ev 6b) xeyir-şər mağarlarının tikintisinə başlamış və hazırda mağarlarda sakinlər tərəfindən tamamlama işləri aparılır. İki ünvanda (20 Yanvar küçəsi, ev 6b və 20 Yanvar küçəsi, ev 12) sosial obyektlərə 23 ədəd plastik qapı-pəncərə qoyulmuşdur. Üç məhəllədə (20 Yanvar küçəsi, ev 6b, F.Əzimov küçəsi, ev 1, 3; 20 Yanvar küçəsi, ev 21) söhbətgah (kölgəlik) quraşdırılmışdır. Bunun üçün 3926,60 manat vəsait xərclənmişdir. 23 ünvana 3296,70 manat dəyərində 110 ədəd oturacaq, 32 ünvana 9280,00 manat dəyərində 32 ədəd zibil qutuları qoyulmuşdur.

Şəhər və bağ massivinin ara yollarının cari təmiri sahəsində də müəyyən işlər görülmüşdür. «Şəfa» bağçılıq sahəsində, «Tərəvəzçilik sovxozu» adlanan ərazidə, Az.İES yaxınlığındakı fərdi evlərin qarşısında, 13 və 14 №-li məktəblərə gedən yollarda 12800,00 manat dəyərində çınqıl döşənmə işləri aparılmışdır.

c) Maddi yardımlar

Bələdiyyənin önəm verdiyi sahələrdən biri də imkansız və kimsəsiz ailələrə maddi yardımların verilməsidir. Hesabat dövründə Novruz, Ramazan və Yeni il bayramları ərəfəsində 620 nəfər imkansız ailəyə 7500 manat dəyərində hər biri 15 növ ərzaqdan ibarət bağlamalar paylanmışdır. Ərzaq bağlaması alanların siyahısını müəyyənləşdirməkdə məhəllə komitələri və qeyri-hökümət təşkilatları yaxından iştirak etmişlər.

Həmçinin il ərzində 51 nəfər imkansıza müxtəlif miqdarda pul yardımı, 11 nəfərə evinin təmiri üçün, tikinti materialları yardımı göstərilmişdir. Material yardımları evləri yanmış iki ailəyə, kimsəsiz üç şəxsə və iimkansız altı ailəyə verilmişdir. Ümumilikdə pul və material yardımlarına 8198,00 manat vəsait xərclənmişdir.

ç) Xidmət sahələri

Bələdiyyənin nəzdində «Dəfn mərasimi xidmətləri», «Peşəyönümlü Maraq Kursları» və «Məişət xidməti» sahələri fəaliyyət göstərir.

2014-cü ildə «Dəfn mərasimi xidmətləri» sahəsi tərəfindən 312 dəfn təşkil edilmişdir, 55 nəfər imkansız ailə dəfn üçün xidmət haqqından azad olunmuş, 31 nəfər kimsəsizin dəfn mərasimi bələdiyyə tərəfindən həyata keçirilmişdir. Kimsəsizlərin dəfninə 1850 manat, bir nəfərin qəbrinin başqa rayondan Sağ sahildəki qəbirstanlığa köçürülməsinə 250 manat vəsait sərf olunmuşdur.

«Peşəyönümlü Maraq Kursları»nda kompüter və ingilis dili öyrədilir. Ötən il kursları 41 nəfər bitirərək diplom almışdır.

Xidmət sahələrinin saxlanılmasına bələdiyyə 13591,32 manat vəsait xərcəmişdir. O cümlədən, «Dəfn mərasimi xidmətləri»nin saxlanılmasına 8262,40 manat, «Peşəyönümlü Maraq Kursları»nın saxlanılmasına 3484,42 manat, «Məişət xidmətləri»nin saxlanılmasına 1844,50 manat ayrılmışdır.

Ötən il bələdiyyə ərazisində yerləşən qəbirstanlıqlarnın saxlanılmasına 4713,10 manat vəsait sərf olunmuşudr. Belə ki, Az.İES ərazisində yeni qəbirstanlığın salınmasına 3029,00 manat, «Rus qəbirstanlığı»nda təmir-abadlıq işlərinə 416,10 manat, Sağ Sahildəki qəbirstanlığında qapı və hasarların qoyulmasına 1268,00 manat xərclənmişdir.



d) Tədbirlər

2014-cü ildə bələdiyyə bir sıra mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsinə yardımçı olmuşdur. 20 Yanvar-Hüzn günü, 8 Mart-Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May-Faşizm üzərində Qələbə günü, Qurtuluş günü, Silahlı Qüvvələr günü, Ramazan bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramlarında müxtəlif səpgili tədbirlər keçirilmişdir.

9 Mayda şəhərimizdə yaşayan İkinci dünya müharibəsi iştirakçılarına qiymətli hədiyyələr alınmış, onların şərəfinə ziyafət verilmişdir.

Bələdiyyənin maliyyə dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tamaşalar göstərilmişdir.

Milli Qurtuluş gününə həsr edilmiş futbol üzrə şəhər kuboku yarışları şəhər Gənclər və İdman idarəsi ilə birlikdə təşkil olunmuş və qaliblərə bələdiyyə tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.

Mingəçevir Valideynlər Assosiasiyasnıın təşkilatçılığı ilə şəhərimizdə keçirilmiş «Sənədli filmlər festivalı»nın əsas sponsorlarından biri Mingəçevir Bələdiyyəsi olmuşdur.

Qeyd olunan tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 3075,00 manat vəsait xərclənmişdir.

e) Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

Hesabat dövründə vətəndaşların müraciətləri əsasında bələdiyyə iclasının qərarları ilə fərdi mənzil tikintisi üçün 96 nəfərin mülkiyyətinə alqı-satqı yolu ilə 30182 kv.metr torpaq sahəsi ayrılmışdır.

Hərrac və ya müsabiqə yolu ilə sahibkarlıq fəaliyyəti üçün 8 nəfərin icarəsinə 296 kv.metr, 4 nəfərin mülkiyyətinə 9000 kv.metr torpaq sahəsi verilmişdir.

O cümlədən, fərdi mənzil tikintisi üçün imtiyazı kateqoriyaya daxil olan 9 nəfər şəhid ailəsinin hər birinə 400 kv.metr olmaqla 3600 kv.metr, 4 nəfər Qarabağ Müharibəsi Əlilinin hər birinə 400 kv.metr olmaqla 1600 kv.metr, 3 nəfər hərbiçinin hər birinə 400 kv.metr olmaqla 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. (Ümumilikdə 6400 kv.metr)

Əlavə olaraq bildiririk ki, 5 nəfər şəhid ailəsinin, 3 nəfər QMƏ-nin və 1 nəfər I qrup əlilinin hər birinə 400 kv.metr olmaqla 3600 kv.metr, fərdi mənzil tikintisi üçün, torpaq sahəsi ayrılması proseduruna başlanılmışdır.

Həmçinin qeyd edilən dövr ərzində 1 nəfər Qarabağ Müharibəsi Veteranına 400 kv.metr, 1 nəfər Paraolimpiya oyunları iştirakçısına 400 kv.metr və 2 nəfər I qrup gözdən əlilə hər birinə 400 kv.metr olmaqla 800 kv.metr torpaq sahəsi ayrılmışdır. (Ümumilikdə 1600 kv.metr)



YEKUN

Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olub. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi İnformasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münaisbətlər qurulub. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Mingəçevir Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin internet saytından (www.mingechevir-belediyye.az) dolğun məlumat ala bilər.

Xüsüsi olaraq vurğulamaq istərdik ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Mingəçevirdə də abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu proses son illər şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramovun rəhbərliyi ilə şəhərimizdə daha da sürətlə aparılır, şəhərin siması gündən-günə gözəlləşdir. Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-sahman işlərinə yönəldirik. Ümumiyyətlə, Mingəçevir Bələdiyyəsi şəhər İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurur. Gördüyümüz və görəcəyimiz bütün işlərdə şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramovun daimi diqqət və qayğısını, köməkliyini üzərimizdə hiss edirik. Məhz bu işlərə görədir ki, son vaxtlar yuxarı instansiyalarda (Ədliyyə Nazirliyi, Bələdiyyələrlə İş Mərkəzi, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası və başqa) Mingəçevir Bələdiyyəsinin adı öncüllər sırasında çəkilir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Bələdiyyə sədri Coşqun Abdullayev Bələdiyyələrin Mükafatlandırılması Komissiyasının qərarı ilə bələdiyyə işində xidmətlərinə görə «Qızıl bələdiyyə nişanı» ilə təltif olunmuşdur.

Sözsüz ki, bələdiyyə iş planında nəzərdə tutduğu işlərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə büdcəsini formalaşdıran ən iri mənbələr olan əmlak və mədən vergilərinin istənilən səviyyədə toplanmamasıdır. Dayanacaqlardan və mehmanxanalardan yığılan rüsumlar, reklamdan daxil olan ödənişlər nəzərdə tutulduğundan az olmuşdur.



Gələcəkdə vergi və ödənişlərin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq. Bir sıra yerli və məhəlli problemlərin həllinə kömək məqsədi ilə yerli və beynəlxalq təşkilatlardan qrant almaq üçün layihələr hazırlamaq fikrindəyik.

Mingəçevir Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Yüklə 88,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin