Mingəçevir şəhərinin 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr



Yüklə 36,99 Kb.
tarix06.06.2018
ölçüsü36,99 Kb.
#52827


Mingəçevir şəhərinin 2018-ci ilin birinci rübündə sosial-iqtisadi

inkişafının yekunları və qarşıda duran vəzifələr

Hörmətli Şura üzvləri !

Hörmətli müşavirə iştirakçıları !

Bildiyiniz kimi, bu il aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda ölkə rəhbəri birinci rübün yekunlarına müsbət qiymət verərək əldə olunan nailiyyətləri rəqəmlərlə ifadə etmişdir. Qeyd olunmuşdur ki, ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 2 faiz, o cümlədən qeyri-neft sənayesi 10 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı rüb ərzində 4,2 faiz artmışdır.

Dövlət başçısı xüsusi vurğulamışdır ki, rübün yekununa görə ölkə üzrə inflyasiya 4 faiz olduğu halda, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstəliyərək 10 faiz olmuşdur. Ümumilikdə ölkə Prezidenti qeyd etmişdir ki, son illər iqtisadi və sosial sahələrdə müşahidə olunan inkişaf meyilləri bu ilin birinci rübündə də davam etmişdir.

Təhlil göstərir ki, bütövlükdə ölkədə olduğu kimi şəhərimizdə də dinamik inkişaf davam edir. Yeni istehsal sahələri yaradılır, dayanmış müəssisələr əsaslı yenidən qurulur, sosial obyektlərdə təmir və bərpa işləri aparılır.

Bu ilin birinci rübündə şəhərimiz üçün ən əlamətdar hadisə fevral ayının 27-də ölkə Prezidenti cənab İlham Əliyevin Mingəçevirə səfəri olmuşdur.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra, “Mingəçevir SES silsiləsi”MMC-də stansiyada yeni inşa olunmuş idarəetmə mərkəzinin açılışında olmuş, “Azərsu” ASC-nin Mingəçevir şəhər sutəmizləyici qurğusunun açılışını etmiş, “Azərişıq”ASC-nin Avtomatik idarəetmə və Nəzarət Mərkəzinə baxış keçirmişdir. Daha sonra cənab Prezident 2016-ci ilin sentyabr ayının 21-də təməlini qoyduğu Mingəçevir Sənaye Parkının açılışını etmiş və Mingəçevir şəhərində “Asan xidmət” mərkəzinin açılışında iştirak etmişdir.

Cənab İlham Əliyev şəhərimizə səfəri zamanı verdiyi göstəriş və tapşırıqlar Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhərin bütün qurumları tərəfindən fəaliyyət proqramı kimi qəbul edilmişdir.

Mingəçevir şəhəri üzrə hesabat dövrünün təhlili göstərir ki, yanvar-mart aylarında şəhərin sənaye müəssisələrində 82,2 milyon manatlıq məhsul istehsal olunmuş, əsas kapitala 11,9 milyon manat investisiya yönəldilmiş, 5,9 milyon manatlıq tikinti quraşdırma işləri görülmüş, nəqliyyat və rabitə sahələrində 600 min manatlıq xidmət göstərilmiş, əhaliyə 93,7 milyon manatlıq istehlak malları satılmışdır.

Ötən üç ayda regionların inkişafı ilə bağlı Dövlət Proqramının şəhərimizə aid bəndləri uğurla icra olunub. Belə ki, şəhərdə aparılan abadlıq və quruculuq işləri davam edir. Hesabat dövründə 17 min kvadrat metr asfalt örtüyü salınmış, 1225 kv.metr sahəyə dekorativ beton tamet döşənmiş, 8 binada fasad hissələrin təmiri davam edir.

Hesabat dövründə şəhərdə istehsal olunmuş sənaye məhsulunun 95 faizi elektrik enerjisi istehsal edən iki müəssisənin payına düşür. Şəhərin ən iri sənaye müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında birinci rübdə 1 milyard 927 milyon kilovatsaat elektrik enerjisi istehsal olunmuşdur. Təsdiq olunmuş cədvələ əsasən cari ildə stansiyanın 3 və 5-ci enerji bloklarında əsaslı, 4 və 7-ci enerji bloklarında orta təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

“Su Elektrik Stansiyası silsiləsi”MMC, “Azneftemaş”, “Akkord Mingəçevir Maşınqayırma zavodu”, “Mingəçevir İzolit”ASC-lər birinci rübdə mövcud imkanları daxilində fəaliyyətlərini təmin etmişlər.

Hesabat dövründə şəhər əhalisinin sosial məsələləri daim İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Birinci rübün yekunu üzrə şəhərimizdə qeydiyyatda olan təqaüdçülərin sayı 18055 nəfər olmuş və onlara ödəniləsi vəsaitlər vaxtında və tam həcmdə ödənilmişdir.

Rüb ərzində Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 1050 ailəyə sosial yardım ödənilmiş, sosial müavinat alan vətəndaşların sayı 6200 nəfər olmuşdur.

Cari ilin yanvar-mart aylarında şəhər Məşğulluq Mərkəzi tərəfindən 574 nəfər sakin işlə təmin olunmuşdur. Onlardan 109 nəfəri qaçqın və köçkün, 201 nəfəri qadınlar olmuşdur.

2018-ci ilin I rübündə şəhərin kommunal xidmət təşkilatları şəhərdə aparılan abadlıq və quruculuq işlərində yaxından iştirak etməklə yanaşı, öhdələrinə düşən vəzifələri uğurla icra etmişlər.

Rüb ərzində “Mərkəzi Aran”RETSİ-nin şəhər Elektrik şəbəkəsi tərəfindən 17 ədəd yarımstansiyaya texniki baxış keçirilmiş, 6/04 kv-luq 4 ədəd transformatorda cari təmir işləri aparılmış və sair zəruri texniki xidmət işləri görülmüşdür. 30-cu hava xəttinin 5 və 7 saylı hava xətlərində 66 ədəd traves, 396 ədəd izolyator quraşdırılmışdır. Əhalinin istehlak etdiyi elektrik enerjisinin haqqı tam ödənilmişdir.

Sukanal İdarəsi tərəfindən rüb ərzində su şəbəkəsində baş vermiş 750 sayda qəza aradan qaldırılaraq şəhərin müxtəlif küçə və yaşayış massivlərində su xəttinin 1420 p/m hissəsi təmir edilmişdir. Sıradan çıxmış 2 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, 10 ədəd siyirtmə təmir edilmişdir.

“Kameraşəbəkə”SNS yerləşdiyi Su təmizləyici qurğu ərazisindən sökülərək ləğv edilmişdir. Onun əvəzinə mərkəzi su anbarının D=1000 mm-lik çıxış xətti üzərində 2 ədəd 5,5 kvt-lıq pilləli nasos aqreqatı quraşdırılmış və istehlakçılar fasiləsiz olaraq keyfiyyətli su ilə təmin edilmişlər.

Kanalizasiya şəbəkəsində baş verən 1350 sayda qəza aradan qaldırılmış, 25 ədəd nəzarət baxış quyusu təmir olunmuş, 160 ədəd nəzarət baxış quyusu lildən, məişət tullantılarından və ağac köklərindən təmizlənmişdir. Su-kanalizasiya xidmətlərinə görə ödəniş əhali üzrə 40%, ümumi istehlakçılar üzrə 90,8% təşkil etmişdir.

Qaz İstismar Xidməti tərəfindən hesabat dövründə müxtəlif diametrli 285 p.m. qaz xətti çəkilmiş, köhnə 13 ədəd QTŞ (qaztənzimləyici şkaf) yeni ŞQTM(şkaf qaztənzimləyici məntəqə) lərlə əvəz edilmişdir. 78 ədəd qaz sayğacı yenilənmiş, yeni qazlaşdırılmış ünvanlarda 106 ədəd qaz sayğacı quraşdırılmış, 104 qəza xidmətinə daxil olmuş 642 çağırışa əsasən abonentlərə xidmət göstərilmişdir. Hesabat dövründə güzəştsiz əhali sektorunun ödənişi 68,4% təmin edilmişdir.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən rüb ərzində şəhərin müxtəlif küçə və parklarında 1378 ədəd müxtəlif növ ağac tingi, 630 ədəd lüqustr kolu, 1130 ədəd gül əkilmişdir, 430 p.m. plastik borudan su xətti çəkilmiş, 40 ədəd su sıxacı qoyulmuş, mövcud su xətləri təmir edilmişdir. Rüb ərzində 330 baş sahibsiz it mövcud qaydalara əsasən zərərsizləşdirilmişdir.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin sel sularından mühafizə kanalının 1250 m-lik hissəsi, çimərlik yolu kənarındakı sel-su kanalının 920 m-lik hissəsi təmizlənmiş və 215 m3 lil və palçıq kütləsi kənarlaşdırılmışdır. Şəhər üzrə 11 ədəd yeni baxış quyusu və 18 ədəd yeni şəbəkəli quyu qapaqları, yol kənarındakı kollektora 8 ədəd qapaq quraşdırılmışdır.Kür çayı üzərindəki avtomobil körpüsünün məhəccərləri, Dövlət bayrağı meydanında bayraq dirəyi rənglənmişdir.

“İşıqlanma” İdarəsi tərəfindən 568 km uzunluqda işıqlanma sisteminə və 8068 ədəd işıq nöqtəsinə xidmət edilməklə yanaşı hesabat dövründə 148 ədəd yeni işıq nöqtəsi qurularaq istismara verilmiş, müasir 3 ədəd işıq dayağı quraşdırılmış, “Asan Həyat” kompleksinin ətrafında bəzək ağacları, kolların və zeytun ağaclarının dekorativ işıqlandırılması işləri yerinə yetirilmiş, işıqlanma şəbəkəsinin kabelləri dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir.

İstilik Sistemlərinin İstismar Sahəsi tərəfindən 6 qazanxana vasitəsilə təhsil, səhiyyə və digər sosial obyektlərə və yaşayış binalarına qrafikə uyğun istilik enerjisi verilmiş, o cümlədən məcburi köçkün şəhərciyində 1098 mənzilin və digər sosial obyektlərin istiliklə və isti su ilə təchizatı təmin edilmişdir.

Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi tərəfindən 2018-ci ilin I rübü ərzində 30 şifer, 43 yumşaq dam örtüklü binaların 2217 kv.metr sahəsi cari təmir edilmişdir. 153 binanın tüstü və havaçəkən boruları təmizlənmiş, 35 binanın yağışötürücü borusu cari təmir edilmişdir.

Hesabat dövründə məhəllələrdə 40 ədəd müxtəlif növ ağac və 50 ədəd gül kolu əkilmişdir. Vətəndaşların müraciətləri əsasında məhəllələrdə təhlükə törədən, vegetasiya dövrünü başa vurmuş ağaclar budanmışdır.

Cari ilin I rübü ərzində Mənzil Kommunal Təsərrüfatı Kombinatının xidməti ərazisində 6 yaşayış evinin yumşaq 190 kv.metr dam örtüyü cari təmir edilmiş, əhalinin isti su ilə təchizatının yaxşılaşdırılması üçün 134 p/m uzunluğunda yararsız boru yeni xətt ilə dəyişdirilmişdir.

İnzibati ərazidə 700 ədədə yaxın çinar, akasiya, şam ağacları və 200 ədədə yaxın gül kolu əkilmişdir. C.Əliyev küçəsinə əkilmiş ağacların sulanması üçün 167 p/m poletilen boru ilə suvarma xətti çəkilmişdir.

Məhəllələrdə 18 ədəd oturacaq təmir olunmuşdur. 20 ədəd binanın tüstü və havaçəkən bacaları təmizlənmiş, 38 ədəd binanın yağışötürücü borusu cari təmir edilmişdir.

8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları hesabat dövründə aparılan yoxlama və araşdırmalar zamanı 14 akt və 9 protokol tərtib etmişlər.

2018-ci ilin I rübü ərzində “Təbiəti Mühafizə Ehtiyat Fondu”na 5924 manat vəsait köçürülmüşdür.

Hal-hazırda Mingəçevir şəhərində ermənilərin torpaqlarımıza etdiyi təcavüz nəticəsində öz torpaqlarından didərgin düşmüş 5420 məcburi köçkün ailəsi, 20355 nəfər məcburi köçkün məskunlaşmışdır. Sosial-məişət problemlərinin həlli istiqamətində şəhər rəhbərliyi məcburi köçkünlərin məskunlaşdıqları tikililərin dam örtüklərinin təmirində, su ilə təchizatında , kanalizasiya xətlərinin təmirində yaranmış problemlərin həllində imkan daxilində köməkliklər göstərir. Vaxtaşırı məcburi köçkün rayonların Mingəçevir şəhərindəki səlahiyyətləri nümayəndələri ilə görüşlər keçirilir, onlarla birgə məcburi köçkünlərin sosial məişət problemlərinin həlli yolları müzakirə edilir və müvafiq tədbirlər görülür.

Şəhər İcra Hakimiyyətinin müraciətləri əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən I rüb ərzində 5№li DBM zavodunun inzibati ərazisində, Təbriz küçəsində yerləşən Limonad sexinin və Təbiəti Mühafizə İdarəsinin binasında və “Mingəçevir-Mexanikləşdirmə”ATSC-nin Hidroqovşaq sahəsində yerləşən binada məcburi köçkünlər məskunlaşmış tikililərin dam örtükləri əsaslı təmir edilmişdir.

2018-ci ilin birinci rübündə digər sahələrlə yanaşı şəhər İcra Hakimiyyəti təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işini də daim diqqət mərkəzində saxlamış, yaranan problemlərin həllində lazimi köməklik göstərmişdir.

Ötən müddət ərzində “20 Yanvar” hüzn günü, 26 fevral “Xocalı soyqırımı” günü, 31 mart “Azərbaycanlıların soyqırımı” günü ilə bağlı şəhər ictimaiyyətinin iştirakı ilə geniş tədbirlər həyata keçirilmiş və “Novruz bayramı” şənliyi təşkil edilmişdir.

Şəhər Mərkəzi Xəstəxanasında 2017-ci ilin yanvar ayının 1-dən ölkə rəhbərinin 29 noyabr 2016-cı il tarixli 1127 saylı fərmanına uyğun olaraq icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin icrasına başlanılmış və bu il də pilot layihə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 10-dan may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi haqqında şəhər İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli 18 saylı sərəncamı ilə komissiya yaradılmış, şəhər üzrə əhalinin tibbi müayinədən keçirilməsi üçün qrafik müəyyənləşdirilmiş, 3 tibbi məntəqədə qrafikə uyğun tibbi müayinə keçirilir. Bu günə qədər 65400 nəfərdən artıq əhali tibbi müayinədən keçmiş, onlardan 46291 nəfər sağlam hesab edilmiş, 18645 nəfər ambulator, 382 nəfər stasionar müalicəyə cəlb edilmiş, 82 nəfər ixtisaslaşmış tibb müəssisələrinə müayinə və müalicə üçün göndərilmişdir.

Cari ilin mart ayında şəhərin ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Ölkəmizi tanıyaq” devizi altında Lənkəran-Astara-Masallı rayonlarına səfər etmişlər.

Ötən müddət ərzində Gənclər və İdman İdarəsində gənclər arasında idmanın geniş yayılması, yarışların keçirilməsi sahəsində bir sıra işlər görülmüş, nailiyyətlər əldə olunmuşdur.

2018-ci ilin birinci rübü ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 10 rəsmi qəbul, 11 səyyari görüş keçirilmişdir. Rəsmi qəbulda 85 vətəndaş qəbul olunmuşdur. Səyyari görüşlərdə 1256 nəfər iştirak etmiş, 89 sakindən 93 müraciət dinlənilmişdir. Qəbulda və görüşlərdə olan müraciətlər əsasən dam örtüklərinin təmiri, məhəllədaxili abadlıq işləri, su və kanalizasiya sisteminin təmiri, istilik sisteminin bərpası, yolların təmiri, işlə təmin olunma və sair məsələlərlə bağlı olmuşdur. Səyyari görüşlərdə olunan müraciətlərin 59-u icra edilmiş, digər 34 məsələ ilə bağlı müvafiq izahatlar verilmişdir.

Rüb ərzində şəhər İcra Hakimiyyətinə rəhbər orqanlardan, idarə və müəssisələrdən, vətəndaşlardan 289 ərizə, müraciət və təklif daxil olmuşdur. O cümlədən, vətəndaşların müraciətləri əsasında rəhbər orqanlardan 176 müraciət daxil olmuşdur. Eyni zamanda vətəndaşlar tərəfindən birbaşa şəhər İcra Hakimiyyətinə 113 müraciət daxil olmuşdur. Təkrar ərizə və şikayətlərin sayı 6 olmuş, şikayətlərin sayı 3-ə çatmışdır. Vətəndaşların müraciətlərinin 46-sı təmin edilmiş, 1-i qismən təmin edilmiş, 3-ü baxılmaq üçün aidiyyəti təşkilata göndərmiş, 4-ü əsassız hesab edilmiş, 213-nə müvafiq izahat verilmiş, 22-si icradadır.

Hesabat dövrünün yekunları göstərir ki, şəhərimizdə aparılan abadlıq, quruculuq və təmir-tikinti işləri, kommunal və məişət problemlərinin ardıcıl həlli, sahibkarlığın genişlənməsi və digər sahələrdə görülən tədbirlər uğurla davam etdirilir.

Nazirlər Kabinetinin iclasında ölkədə cari ilin ilk 3 ayında işlərə yekun vuran ölkə başçısı mövcud problemləri qeyd etmiş və onların həlli ilə bağlı tapşırıqlar vermişdir. Sahibkarlığın inkişafı, kənd təsərrüfatının müxtəlif istiqamətləri, turizmin genişləndirilməsi və digər sahələr prioritet istiqamətlər kimi xüsusi qeyd edilmişdir.

Dövlət başçısının yekun nitqində qeyd etdiyi tövsiyə və tapşırıqlar, şəhərimizdə olarkən verdiyi göstərişlər Mingəçevir şəhər İcra Hakimiyyəti, şəhərin idarə, müəssisə və təşkilatları tərəfindən ilin uğurla yekunlaşması üçün fəaliyyət proqramı kimi qəbul edilməlidir.



Diqqətinizə görə sağ olun!


Yüklə 36,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin