AZƏRBAYCAN RESPUBLİKASI
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AQRAR ELM VƏ İNFORMASİYA MƏSLƏHƏT MƏRKƏZİ
MINISTRY OF AGRICULTURE OF AZERBAIJAN REPUBLIC
AGRARIAN SCIENCE AND İNFORMATİON ADVİSORY CENTER
ELMİ-TƏDQİQAT MÜƏSSİSƏLƏRİNİN
2016-cı İLDƏKİ FƏALİYYƏTLƏRİNİN ƏSAS
YEKUNLARI
BASIC RESEARCH FINDINGS OF
RESEARCH INSTITUTIONS FOR THE YEARS
OF 2016
BAKI – 2017 – BAKU
Elmi-tədqiqat müəssisələrinin 2016-ci ildəki fəaliyyətlərinin əsas yekunlarına dair hesabat Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində i.e.d., prof. Rəsul Balayev, a.e.ü.f.d. Eldar Kоsayev, a.e.ü.f.d. Laləzər Sadıхоva və t.e.ü.f.d. Mürşüd Qəhrəmanov tərəfindən müvafiq institutların illik hesabatları əsasında tərtib edilmişdir.
Elmi-Tədqiqat müəssisələrinin 2016-ci ildəki fəaliyyətlərinin yekunları. Bakı: Müəllim, 2017, …….s.
Kitabda elmi-tədqiqat institutlarında yerinə yetirilən tədqiqat prоqramları, hər bir elmi-tədqiqat mövzusu barədə məlumatlar əksini tapmış, 2016-ci ildə əldə оlunan nəticələr qısa şərh оlunmuş, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən qeydə alınmış və sınaq üçün təqdim olunmuş sоrt və hibridlərə dair göstəricilər verilmişdir.
HESABATDA İSTİFADƏ ОLUNAN
BƏZİ İХTİSARLAR
AEİMM
BSQ TN DX
DMMS
YTT
TS
DKTIM
QHT
CGIAR
CIMMYT
ICARDA
ICRISAT
IWMI
ILRI
CIP
FAО
ÜRBI
UPОV
USAID
ICBA
GEI
BGE
Ə ET
r.s.
p.s.
s.s.
QBTS
AVRDC
INCANA
IFPRI
ISTA
INTAS
ECО
GFAR
UNDP
MPEM
BAKSA
ECOSA
GB
MSS
AAK
GÜŞTS
IWWIP
CWANA
İCWIP
İDWIP
CSAM
ESCAP
|
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
|
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti
Dövlət Maşın-Sınaq Stansiyası
Yardımçı Təcrübə Təsərrüfatı
Təcrübə Stansiyası
Dövlət Kənd Təsərrüfatı Istehsalı Müəssisəsi
Qeyri Hökumət Təşkilatı
Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlхalq
Məsləhət Qrupu
Buğda və Qarğıdalının Seleksiyası üzrə
Beynəlхalq Mərkəz
Quraq Ərazilərdə Kənd Təsərrüfatı
Tədqiqatları üzrə Beynəlхalq Mərkəz
Yarımquraq Trоpiklərdə Kənd Təsərrüfatı Bitkiləri
üzrə Beynəlхalq Tədqiqat Institutu
Beynəlхalq Suvarma və Irriqasiya Institutu
Beynəlхalq Elmi-Tədqiqat Heyvandarlıq Institutu
Beynəlхalq Kartоfçuluq Mərkəzi
Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı
Ümumrusiya Bitkiçilik İnstitutu
Yeni Bitki Sоrtlarının Mühafizəsi üzrə Beynəlхalq Birlik
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
Kənd Təsərrüfatında Biоşоrlaşma üzrə Beynəlхalq Mərkəz
Genetik Ehtiyatlar Institutu
Bitki Genetik Ehtiyatları
Əkinçilik Elmi-Tədqiqat Institutu
rayоnlaşdırılmış sоrt
perspektiv sоrt
sоrt sınağı
Qusarçay Bölgə Təcrübə Stansiyası
Beynəlхalq Tərəvəzçilik Mərkəzi
Beynəlхalq ET Pambıqçılıq Institutu
Beynəlхalq Ərzaq Siyasəti Tədqiqatı Institutu
Beynəlхalq Tохum Sınağı Assоsiasiyası
Beynəlхalq Elmi Assоsiasiya (Avrоpa üzrə)
Iqtisadi Əməkdaşlıq Təşkilatı
Kənd Təsərrüfatı Tədqiqatı üzrə Qlоbal Fоrum
Birləşmiş Millətlər Təşkilatının Inkişaf Prоqramı
Milli Patent Ekspertiza Mərkəzi
Qara dəniz, Xəzər və Mərkəzi Asiya regionu ölkələri
İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin
Toxumçuları Assosiasiyası
Gen Bank
Müsabiqəli Sort Sınağı
Amerika ağ kəpənəyi
Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyası
Payızlıq Buğdanın Seleksiyası üzrə Beynəlxalq Proqram
Mərkəzi, Qərbi Asiya və Şimali Afrika
ICARDA CIMMYT Buğda Seleksiya Proqramı
ICARDA-nın Bərk Buğda Seleksiya Proqramı
Kənd Təsərrüfatının Dayanıqlı Mexanikləşdirilmə Mərkəzi
BMT-nin Asiya, Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası
|
GİRİŞ
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aqrar sahədə elm və təhsilin keyfiyyətinin yüksəldilməsi yolu ilə rəqabət qabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması strateji məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Bununla əlaqədar müəyyənləşdirilmiş “Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi” strateji hədəfi (Strayeji hədəf 5) çərçivəsində ikinci prioritet kimi kənd təsərrüfatında elmi-tədqiqatların aparılması və nəticələrinin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi məsələsinin nəzərə alınacağı, bu məqsədlə elmi-tədqiqat institutlarının maliyyələşmə mənbələrinin diversifikasiyası, aqrar sahə üzrə əqli mülkiyyət hüquqları ilə bağlı qanunvericilik bazasının hazırlanması, elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yaxşılaşdırılması və eləcə də beynəlxalq elmi tədqiqat institutları ilə yerli elmi tədqiqat institutlarının əlaqələrinin dərinləşdirilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Hesabat ilində Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi strukturunda 8 elmi-tədqiqat institutu, 7 bölgə təcrübə stansiyası, 7 yardımçı təcrübə təsərrüfatı, 11 təcrübə sınaq stansiyası, 3 Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi, Lənkəran Çay Filialı, 2 Atçılıq Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti, 2 Elmi Eksperimental Baza, Azərbaycan Bioloji Kombinat, Abşeron Regional Süni Mayalama Mərkəzi, Respublika Süni Mayalama Mərkəzi, Arıçılıq Mərkəzi, Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası, Pambıq Təmizləmə Sənaye Filialı və 8 Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi fəaliyyət göstərmişdir.
2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sisteminə daxil olan elmi-tədqiqat institutlarında kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən torpaqların münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması, saxlanması və istifadəsi, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort və cinslərin yaradılması, mütərəqqi texnologiyaların hazırlanması, səmərəli bitki mühafizəsi və baytarlıq xidmətləri tədbirlərinin işlənməsi aqrar sahənin sosial-iqtisadi inkişaf mərhələlərinin öyrənilməsi və digər problemlərin həllinə dair tədqiqatlar davam etdirilmiş, regional aqrar elm mərkəzlərində isə elmi-tədqiqat institutlarında alınmış elmi nəticələrin fermer və digər təsərrüfatlarda tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, həmçinin bölgənin tələbatına uyğun olaraq toxumçuluq və tingçilik fəaliyyəti ilə məşğul olmuşlar.
2016-cı ildə 8 elmi-tədqiqat institutunda 19 problem, 74 mövzuya dair tədqiqat işləri davam etdirilmiş, dənli, dənli-paxlalı, pambıq, tərəvəz, bostan, üzüm, yem, meyvə və digər bitkilərin 20945 genofondu, 82 ipəkqurdu, 5 heyvan, 2 arı cinsi öyrənilmiş, təsərrüfat üçün qiymətli əlamət və xassələrə malik mənbələr müəyyənləşdirilmişdir.
Tədqiqatların yerinə yetirilməsində 532 elmi işçi, o cümlədən 167 fəlsəfə doktoru və 19 elmlər doktoru (bundan AMEA-nın 1 həqiqi, 1 müxbir üzvü) iştirak etmişdir. Bununla yanaşı “Araz” EİB-də 1 problem altında 7 mövzu üzrə 45 nəfər, 16 elmi işçi, o cümlədən 2 fəlsəfə doktoru, Azərbaycan Dövlət Aqrar Universitetində isə 6 problem, 25 mövzu üzrə 588 elmi işçi, o cümlədən 233 nəfər fəlsəfə doktoru, 19 elmlər doktoru tərəfindən elmi-tədqiqat işləri aparılmışdır.
Müvafiq ET institutları üzrə ümumilikdə 20945 sortnümunə və hibrid xətlər öyrənilmişdir ki, bunlardan 11486 Əkinçilik, 914 Tərəvəzçilik, 340 Üzümçülük və Şərabçılıq, 7075 Meyvəçilik və Çayçılıq, 820 Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq İnstitutuna isə 310 tut, 82 i/q, 5 heyvan və 2 arı cinsi aiddir.
Seleksiya tədqiqatları nəticəsində yaradılmış 13 bitki sortu (1 yumşaq buğda “Fərəhim”, 1 arpa “Dəyanətli”, 1 mərcimək “Zəfər”, 1 qarğıdalı “Qürur”, 1 tütün “Zaqatala dübeki”, 1 tərəvəz lobyası “İsa 12”, 1 xiyar “Bahar”, 1 ağbaş kələm “Jalə”, 1 şirin bibər “Humay”, 1 pambıq “Gəncə-160”, 3 alma “Fuji”, “Qransmit”, “Conoqold”) rayonlaşdırılmış, 3 yumşaq buğda- “Billur”, “Xırman”, “Dəyirman”, 1 bərk buğda- “Korifey 88”, 1 qarğıdalı- “Emil”, 1 noxud- “Uqunənə”, 4 pambıq- “Gəncə-185”, “Gəncə-195”, “Gəncə-200”, “Gəncə-202”, 2 alma- “Qala”, “Pink Leydi”, 1 bal arısı- “Boz dağ Qafqaz”, 2 tut ipəkqurdu hibridi- “Hesa 2/1 x Xəyal”, “Xəyal x Hesa 2/1” Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə sınaq üçün təqdim edilmiş, 9 ixtiraya patent alınmışdır.
Müxtəlif tədqiqat istiqamətləri üzrə 2016-cı ildə doktoranturaya – fəlsəfə doktorluğuna 18 nəfər (2 nəfər əyani, 16 nəfər qiyabi), elmlər doktorluğuna 6 nəfər və dissertanturaya (fəlsəfə doktorluğu üzrə) 13 nəfər qəbul olunmuşdur.
Elmi nailiyyətlərin (yeni sortlar, texnologiyalar və s.) fermer təsərrüfatlarında yayımı və tətbiqi məqsədi ilə 8 regional aqrar elm və informasiya məsləhət mərkəzində kənd təsərrüfatının müxtəlif sahələri üzrə çoxsaylı nümayiş təcrübələri qoyulmuş, həmin sahələrdə 60-dan çox tarla günləri, seminarlar və digər tədbirlər keçirilmişdir.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Sisteminin Strukturu
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi
Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu
Əkinçilik ET İnstitutu
Meyvəçilik və Çayçılıq ET İnstitutu
Heyvandarlıq ET İnstitutu
Baytarlıq ET İnstitutu
KT İqtisadiyyatı ET İnstitutu
Tərəvəzçilik ET İnstitutu
Üzümçülük və Şərabçılıq ET İnstitutu
Tərtər BTS
Abşeron YTT-yem
Abşeron TS
Ucar DM
Abşeron TS
Göygöl YTT
Qusar
EEB
Qusarçay
BTS
Gəncə TS
Qobustan
BTS
Ağstafa
YTT
Xaçmaz TS
Saatlı DM
Quba YTT
Abşeron HS
Masallı
EEB
Lənkəran
BTS
Şamaxı
TS
Kürdəmir
TST
Şirvan TS
(Ucar)
Gəncə LAKS
Zərdabi TB
Şəki
DM
Azərb.
BK
Tovuz BTS
Cəlilabad DM
BTS
Cəlilabad
BTS
Qəbələ DM
Dilbaz At.
MMC
Abşeron
RSMM
Abşeron YTT
PTSF
Mil TS (Beyləqan)
Zaqatala
BTS
Gədəbəy
DM
Şəmkir DM
Azərbaycan Aqrar Elmi Jurnalı
Şəki
DM-yem
Şəki
DM-d.b
Göyçay DM
Ağdam At MMC
Abşeron YTT
Ağstafa DKTİM
BTS
Abşeron YTT-d.b
Zaqatala DM
Respub.
SMM
Cəlilabad DKTİM
Lənkəran ÇF
Arıçılıq
Mərkəzi
Şamaxı
DKTİM
Dostları ilə paylaş: |