Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,09 Mb.
səhifə12/13
tarix07.07.2018
ölçüsü1,09 Mb.
#55924
1   ...   5   6   7   8   9   10   11   12   13

Zaqatala BTS-ə 170 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 145,5 hektarı əkinə yararlıdır. 2016-cı ildə 120,3 hektar taxıl sahəsindən 234,0 ton ümumi taxıl məhsulu, ondan 147,0 ton toxum istehsal olunmuşdur. 20,0 hektar qarğıdalı sahəsindən isə 14,0 ton qarğıdalı toxumu istehsal olunmuşdur.

Şəki DM-ə 150,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 104,0 hektarı əkinə yararlıdır. 2016-cı ildə 163,2 ton ümumi taxıl məhsulu, ondan 106,0 ton toxum istehsal olunmuşdur.

Abşeron YTT-na təhkim olunmuş 172 ha torpaq sahəsinin 71 hektarı əkinə yararlıdır. 39,0 ha taxıl sahəsindən 94,2 ton taxıl məhsulu istehsal olunmuşdur ki, ondan 57,5 ton toxum alınmışdır. Orta məhsuldarlıq 24,2 s/ha olmuşdur.

Kürdəmir Təcrübə Sınaq Stansiyasına təhkim olunmuş 150,0 hektar torpaq sahəsi, kənd təsərrüfatına yararlıdır.

2016-cı ildə bu torpaqların 40,0 hektarında taxıl əkilərək 61,3 ton ümumi məhsul istehsal olunmuşdur. 77,0 hektar yonca sahəsindən 4,2 ton yonca toxumu istehsal olunmuşdur. Yonca toxumu istehsalı keçən illə müqayisədə 1,7 ton çox olmuşdur.



Ağstafa Yardımçı Təcrübə Təsərrüfatına təhkim olunmuş 63,0 hektar torpaq sahəsinin 47,0 hektarı əkinə yararlıdır. 2016-cı ildə təsərrüfatda 27,0 hektar yonca sahəsindən 137,4 ton quru ot, 1,6 ton yonca toxumu, 2,0 hektardan 0,84 ton xaşa toxumu, 20,0 hektar taxıl sahəsindən isə 16,4 ton taxıl istehsal olunmuşdur.

Şəki DM-ə 125,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 55,0 hektarı əkinə yararlıdır. 2016-cı ildə Dayaq Məntəqəsinin 30,0 hektar taxıl sahəsindən 62,9 ton taxıl məhsulu alınmışdır. Təsərrüfat yemçiliklə məşğul olmamışdır.

Gədəbəy Dayaq Məntəqəsinə 20,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun 14,0 hektarı əkinə yararlıdır. Təcrübələrlə bərabər, 3,8 ton taxıl istehsal olunmuşdur. Məhsuldarlıq 15,2 sentner olmuşdur, ötən illə müqayisədə bu 4,4 s/ha azdır.

Abşeron (Güzdək) Yardımçı Təcrübə Təsərrüfatına 365,0 ha torpaq sahəsi təhkim olunmuşdur. Bunun 38,2 hektarı əkinə yararlıdır. 3,0 ha yonca sahəsindən 10,0 ton quru ot tədarük olunmuşdur (məhsuldarlıq 33,3 s/ha), 24,0 ha taxıl sahəsindən 10,0 ton məhsul istehsal olunmuşdur ki, məhsuldarlıq 4,2 s/ha təşkil edir, bu da digər təsərrüfatlarla müqayisədə çox aşağı göstəricidir.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu. İnstitutun tabeliyində 3 bölgə təcrübə stansiyası, 1 dayaq məntəqəsi və 1 yardımçı təcrübə təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlara cəmi 437,4 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 389,4 hektarı kənd təsərrüfatına yararlıdır. 2016-cı ildə kənd təsərrüfatına yararlı torpaq sahəsinin 23,5 hektarında bostan-tərəvəz əkilərək 123,1 ton ümumi tərəvəz məhsulu, ondan isə 1,6 ton toxum, 15,2 hektarında kartof əkilərək 188,4 ton ümumi məhsul, 123,0 ton kartof toxumu, 212,8 hektarında taxıl əkilərək 438,3 ton ümumi taxıl məhsulu istehsal olunmuşdur.

Qusarçay BTS-in 150,0 hektar əkinə yararlı torpaq sahəsinin 105,0 hektarı payızlıq taxıl, 10,0 hektarı toxumluq tərəvəz bitkiləri altında olmuşdur.

2016-cı ildə təsərrüfatda 273,0 ton taxıl, 5,0 ton ümumi tərəvəz məhsulu, ondan 1,0 ton tərəvəz toxumları istehsal olunmuşdur. Təsərrüfatda tərəvəzçiliyi inkişaf etdirmək üçün geniş imkanlar vardır. Hesabat ilində lobyanın ilkin toxumçuluğu özünü doğrultmuşdur.



Lənkəran BTS-ə 65 hektar əkinə yararlı torpaq sahəsi təhkim olunmuşdur. 2016-cı ildə 96,1 ton ümumi tərəvəz məhsulu, həmçinin 430 kq tərəvəz toxumu istehsal olunmuşdur.

Tovuz BTS-ə 60,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 42,0 hektarı əkinə yararlıdır. 2016-cı ildə 9,0 hektar kartof sahəsindən 131,5 ton ümumi kartof məhsulu, ondan isə seçmə üsulu ilə 67,8 ton yüksək reproduksiyalı toxum istehsal olunmuşdur.

Şəmkir DM-nə daimi təhkim olunmuş 30,0 hektar torpaq sahəsinin 6,2 hektarında 2016-cı ildə kartof əkilərək 56,9 ton kartof, 18,8 hektarında taxıl əkilərək 33,8 ton taxıl istehsal olunmuşdur.

Abşeron YTT-nın daimi istifadəsinə 98,0 hektar torpaq sahəsi təhkim olunmuşdur. 2016-cı ildə 4,9 hektar tərəvəz əkini sahəsindən 0,196 ton tərəvəz toxumları istehsal olunmuşdur.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu. İnstitutun tabeliyində 1 elmi-təcrübə bazası, 3 dayaq məntəqəsi, 1 çay filialı, 1 təcrübə stansiyası və 1 yardımçı təcrübə təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlara 657,15 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 635,85 hektarı kənd təsərrüfatına yararlı olmaqla 277,64 hektarı çoxillik əkmələr altındadır. 2016-cı ilin məhsulu üçün 197,0 hektar taxıl əkini altında istifadə olunmuş, 346,3 ton taxıl istehsal edilmişdir. Bununla yanaşı, hesabat ilində 389,2 ton tumlu, 46,34 ton çəyirdəkli, 196,7 ton subtropik meyvə, 0,83 ton çay yarpağı və 12000 ədəd ting istehsal olunmuşdur.

Zərdabi adına Quba Elmi-Təcrübə Bazasına 150,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da hamısı kənd təsərrüfatına yararlıdır. Bu sahənin 74,5 hektarı bağ sahələridir. 2016-cı ildə təsərrüfatda orta məhsuldarlıq: tumlu – 67,8 s/ha, çəyirdəkli – 41,4 s/ha.

Quba Yardımçı Təcrübə Təsərrüfatına 205,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 191,0 hektarı kənd təsərrüfatına yararlıdır. Bu torpaqların 43,5 hektarı çoxillik əkmələr altındadır. Məhsuldar bağların 21,8 hektarı tumlu, 0,8 hektarı çəyirdəkli, 2,9 hektarı qərzəkli meyvə bağlarıdır.

Göyçay Dayaq Məntəqəsinin yardımçı təcrübə təsərrüfatına 97,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 80,0 hektarı kənd təsərrüfatına yararlıdır. 2016-cı ildə orta məhsuldarlıq çox aşağı olmuşdur. 64,9 hektar bağ sahəsi vardır.

Zaqatala Dayaq Məntəqəsinə 62,75 hektar torpaq sahəsi təhkim olunmuşdur. Onun 57,0 hektarı kənd təsərrüfatına yararlıdır. Həmin torpaqların 31,1 hektarı bağ altındadır. Ondan 18,02 hektarı bar verən bağlardır. Burada da meyvə istehsalı tapşırıqlarına tam əməl olunmamışdır. Qərzəkli meyvənin orta məhsuldarlığı 1,1 s/ha təşkil etmişdir ki, bu da çox aşağı göstəricidir. 1000 ədəd ting istehsal edilmişdir.

Qəbələ Dayaq Məntəqəsinə təhkim olunmuş 50,0 hektar torpaq sahəsinin hamısı kənd təsərrüfatına yararlıdır. Təsərrüfatda olan 32,25 hektar çoxillik əkmələrdən 20,25 hektarı bar verən bağlardır. 6400 ting istehsal edilmişdir.

Lənkəran Çay Filialında 73,4 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 69,1 hektarı kənd təsərrüfatına yararlıdır.

Filialda 2016-cı ildə məhsul istehsalı proqnozlarına əməl olunmamışdır. 4000 ting istehsal edilmişdir.



Abşeron Təcrübə Stansiyasının yardımçı təcrübə təsərrüfatına 19,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun hamısı kənd təsərrüfatına yararlıdır. 2016-cı ildə təsərrüfatda çoxillik əkmələr 8,8 ha olmuşdur. Bu təsərrüfatda meyvə bağlarının məhsullarının artırılmasında təxirəsalınmaz tədbirilər görülməlidir. 1600 ting istehsal edilmişdir.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu. İnstitutun tabeliyində 1 təcrübə stansiyası, 1 yardımçı təcrübə təsərrüfatı, 1 dayaq məntəqəsi və 3 DKTİM fəaliyyət göstərir.

Şamaxı TS-na 18,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 9,0 hektarı əkinə yararlıdır. Yararlı sahənin 3,5 hektarında üzüm bağı salınmışdır. 2016-cı ildə 2,0 hektar məhsuldar üzüm bağından 2,0 ton üzüm toplanmışdır. 7000 ting istehsal edilmişdir.

Abşeron Yardımçı Təcrübə Təsərrüfatına 22,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 19,0 hektarında üzümün genofond bağı salınmışdır. 2016-cı ildə həmin sahədən 18,2 ton üzüm toplanmışdır. 16185 ədəd ting istehsal edilmişldir.

Cəlilabad üzüm tingliyi üzrə DKTİM-ə 150,0 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi təhkim olunmuşdur. 2016-cı ildə təsərrüfatda 115,0 hektarda taxıl əkilərək 231,2 ton ümumi məhsul istehsal olunmuşdur. Üzüm bağının sahəsi 3,5 hektardır. 8839 ədəd ting istehsal edilmişdir.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu. İnstitutun tabeliyində 2 təcrübə stansiyası, 1 eksperimental baza və 2 dayaq məntəqəsi vardır. Bu təsərrüfatlara 436,5 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 415,0 hektarı kənd təsərrüfatına yararlıdır. 2016-cı ildə bu torpaq sahəsinin 33,0 hektarında pambıq, 139,0 hektarlında taxıl, 130,8 hektarında yonca əkilmişdir. Bu sahələrdən 78,3 ton pambıq, 229,1 ton taxıl və 773,3 ton quru yonca otu istehsal olunmuşdur.

Mil (Beyləqan) Təcrübə Stansiyasına 235,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, onun da 180 hektarı əkinə yararlıdır. 2016-cı ildə 13,0 hektar pambıq sahəsindən 30,5 ton ümumi məhsul, 13,3 ton toxum, 73,0 hektar taxıl sahəsindən 229,1 ton ümumi taxıl məhsulu, 95,0 ton toxum, 94,8 hektar yonca sahəsindən 701,3 ton quru yonca otu istehsal olunmuşdur.

Şirvan (Ucar) Təcrübə Stansiyasına təhkim olunmuş 177,0 hektardan 162,0 hektar kənd təsərrüfatına və 140,0 hektar əkinə yararlı torpaq sahəsidir. 2016-cı ildə 20,0 hektar pambıq sahəsindən 47,8 ton xam pambıq, 36,0 hektar yonca sahəsindən 72,0 ton quru ot istehsal olunmuşdur. Pambıq toxumu istehsalı 6,0 ton olmuşdur.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu. Ümumi təhkim olunan sahə 6767,0 hektardır. İnstitutun Göygöl Yardımçı Təcrübə Təsərrüfatına 2114,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da hamısı kənd təsərrüfatına yararlıdır. Bundan 263,0 hektarı əkinə yararlıdır.

İnstitutun 1 Arıçılıq Mərkəzi, 2 atçılıq təsərrüfatı, 1 dayaq məntəqəsi var.

Təsərrüfatda 2016-cı ildə əvvəlki ildə olduğu kimi taxılın məhsuldarlığı aşağı olmuşdur. Yem bitkilərinin istehsalı istiqamətində tədbirlər görülməlidir.

Kənd təsərrüfatında, elmi-texniki proqramların aparılan islahatlara uyğunlaşdırılması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarının icrası çərçivəsində 2000-2002-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrləri ilə yaradılmış 8 regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə 1601,0 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 1145,0 hektarı əkinə yararlıdır. 2016-cı ildə həmin torpaqların 756,0 hektarında taxıl, 67,0 hektarında pambıq, 159,0 hektarında yonca əkilmişdir ki, bunlardan 1497,8 ton ümumi taxıl məhsulu və 527,5 ton taxıl toxumu, 134,4 ton xam pambıq və 39,2 ton toxumluq çiyid və 920,4 ton quru yonca otu və 3,0 ton yonca toxumu istehsal olunmuşdur.



Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinə 929,0 hektar torpaq sahəsi təhkim olunmuşdur ki, bunun da 900,0 hektarı əkinə yararlıdır. 2016-cı ildə təsərrüfatda 557,0 hektar taxıl əkin sahəsindən 1723,7 ton ümumi taxıl məhsulu, ondan da 937,0 ton yüksək reproduksiyalı taxıl toxumları istehsal olunmuşdur. Taxılın orta məhsuldarlığı 30,9 s/ha təşkil etmişdir. 144,0 hektar tərəvəz sahəsindən 1535,0 ton tərəvəz məhsulu toplanmışdır. 11 hektar yonca sahəsindən 91 ton quru ot istehsal edilmişdir.
AZƏRBAYCAN AQRAR ELMİ”

JURNALI
2016-cı ildə “Azərbaycan Aqrar Elmi” jurnalının 5 nömrəsi çap olunmuşdur. Jurnalda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sistemində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyi İnstitutları əməkdaşlarının 950 elmi məqaləsi dərc edilmişdir.
RESPUBLİKA ELMİ KƏND TƏSƏRRÜFATI KİTABXANASI
Bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında

və cəmiyyətimizin intellektual-mənəvi potensialının artmasında, aqrar siyasətin və kənd təsərrüfatı elminin təbliğində, elm və texnikanın inkişafında REKTK mühüm rol oynayır.

REKTK-sı 1921-ci ildə Xalq Torpaq Komissarlığı tərəfindən yaradılmışdır.

1923-cü il aprelin 12-də XTK-nın 47/213 saylı əmri ilə rəsmiləşdirilmiş mərkəzi Kənd Təsərrüfatı Kitabxanası kimi fəaliyyətə başlamışdır.

1967-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin Respublika Kənd Təsərrüfatı Nazirliyi nəzdində Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası kimi öz fəaliyyətini davam etdirir. Bu gün REKTK Respublika Prezidentinin Fərman və Sərəncamlarını təbliğ edən, respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi-tədqiqat və layihə institutlarının, elm və texnika, kənd təsərrüfatı sahəsində tədqiqat aparan ayrı-ayrı mütəxəssislərə, tələbələrə, aspirantlara və magistratura pilləsində təhsil alanlara məlumat-biblioqrafiya va kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.

REKTK-sı ənənəvi kitab təbliği və kitabxana biblioqrafiya xidmətlərindən əlavə xarici ölkələrin jurnallarını, dövrü və ardı davam edən nəşrləri, avtoreferatları, plakatları və digər sənədləri özündə əks etdirən, metodiki fəaliyyətlə məşğul olan böyük bir müəssisədir.

Hazırda kitabxananın ümumi fondu 375196, filiallarla birlikdə 1106080 -ə yaxındır. Kitabxanada fəaliyyət göstərən soraq-məlumat aparatı, kataloq və kartotekalar sistemi vasitəsilə kitabxana fondları haqqında operativ məlumat verilir. Müxtəlif ensiklopediyalar, lüğətlər, ünvan-sorğu kitabları daim oxucuların istifadəsindədir.

İl ərzində 13070, filiallarla birlikdə 14020 -dən artıq oxucu kitabxananın xidmətindən istifadə edir.

REKTK-sı qabaqcıl kitabxana təcrübəsinin öyrənilməsi və yayılması metodik sənədlərin hazırlanması, kitabxana kadrlarının ixtisas səviyyəsinin yüksəldilməsi, seminar, praktikum və məsləhətlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

REKTK-sı kitabxanalararası mübadilə yolu ilə MDB-nin k/t kitabxanalarının 47-si ilə kitab mübadiləsi aparır. Eyni zamanda Beynəlxalq kitab mübadiləsi yolu ilə Polşa, Koreya, Fransa, Almaniya, Türkiyə və b. ölkələrin kitabxanaları ilə sıx əlaqə saxlayır.

REKTK M.Ə.Rəsulzadə adına BDU-nun kitabxanaçılıq fakultəsi tələbələrinin tədris-istehsalat bazası hesab olunur.

REKTK işçiləri mütəmadi olaraq Nazirliyin tabeliyində olan elmi-tədqiqat müəssisələrində və RAEİMM-lərdə lazımi informasiya və elmi metodiki köməklik göstərmək məqsədilə ezamiyyələrdə olurlar. Respublika daxilində və respublikadan kənarda mövcud olan lazımi informasiyaları və biblioqafik vəsaitlərin göndərilməsini təşkil edirlər.

Hal-Hazırda Respublika Elmi Kənd Təssərrüfatı Kitabxanasında 4 şöbə fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:

Ş ö b ə l ə r: 1. Məlumat-biblioqrafiya, kitabiləşmə və kataloqlaşdırma şöbəsi; 2. Elektron resurslar şöbəsi; 3. Kitab fondunun mühafizəsi şöbəsi; 4. Depozitar şöbəsi.


KƏND TƏSƏRRÜFATI KİTABXANASI HAQQINDA MƏLUMAT



İşin adı

2016-cı il

Fondun həcmi

Ümumi fondun həcmi (filiallarla birlikdə)

REKTK-nın ümumi fondunun həcmi

Əsas fondun həcmi

Mübadilə fondunun həcmi (filiallarla birlikdə)

O cümlədən, REKTK

REKTK-nın depozitar mühafizə fondunun həcmi

1106080


375196

350084


1030

813


24299

Sahəvi aspektlər üzrə fondun tərkibi (filiallarla birlikdə)

O cümlədən REKTK



93200

69047


Kənd təsərrüfatı üzrə (filiallarla birlikdə)

O cümlədən REKTK



671981

235525


Elmlər üzrə qarışıq ədəbiyyat (filiallarla birlikdə)

O cümlədən REKTK



197200

26431


Qeyri ədəbiyyat (REKTK)

19081

Abonomentlə xidmət üzrə

İllik qeydiyyat uçotuna görə oxucuların sayı (filiallarla birlikdə)

O cümlədən REKTK

14020
13070



İstifadəçilərin ümumi sayı (filiallarla birlikdə)

O cümlədən REKTK



145100

50500


Verilmiş ədəbiyyatın miqdarı

O cümlədən REKTK

Biblioqrafik məlumatlar


850200

499400


214100

2016-cı ildə REKTK-ya daxil olan

Yeni ədəbiyyatlar

Dövrü nəşrlər

Kitablar

1322

1000


322



AZƏRBAYCAN DÖVLƏT KƏND TƏSƏRRÜFATI MUZEYİ

2016-cı hesabat ili ərzində muzeydə aşağıdakı işlər görülmüşdür:



  • Respublikamızda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar muzeyin tədbirlər planı hazırlanmışdır.

  • 20 yanvar və Xocalı faciələrilə bağlı tədbir keçirilmiş, anım mərasimi təşkil olunmuşdur.

  • Muzey tərəfindən işlənilən Azərbaycan Kənd Təsərrüfatı Ensiklopediyasının II cildi hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.

  • Milli və dövlət bayramları, xüsusi günlər münasibətilə tədbirlər təşkil edilmişdir.

  • Muzeyin tərtibatına dəyişikliklər edilmiş, ekspozisiya zalı yeni eksponatlarla zəginləşdirilmişdir.

  • Kənd təsərrüfatı üzrə tanınmış alim İ.Vəlizadənin 120 və iki dəfə Sosialist Əməyi Qəhramanı B.Bağırovanın 110 illik yubileyləri həm muzeydə, həm də onun filialında (əmək qəhrəmanı S.Qazıyevanın Beyləqan rayonunda yerləşən xatirə muzeyi) müxtəlif tədbirlərlə qeyd edilmişdir.

  • Respublikada və xaricdə təşkil olunan elmi-kütləvi, mədəni tədbirlərdə muzey də yaxından iştirak edir. Bu il YUNESKO-nun tərkibindəki Beynəlxalq Muzeylər Şurasının (İCOM) İtaliyanın Milan şəhərində keçirilən 24-cü Baş Assambleyasının konfransında muzeyi direktor N.Qurbanov təmsil etmişdir. 3-9 iyul tarixində keçirilən konfransın mövzusu “Muzeylər və mədəni landşaft” idi. Tədbirdə muzeyə aid buklet və digər reklam materialları nümayiş olunmuşdur.

  • Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının yubileyləri ilə bağlı onların fəaliyyətindən bəhs edən sərgilər təşkil edilmişdir.

  • Muzeyin reklamı ilə əlaqədar kütləvi informasiya vasitələri– televiziya kanalları, qəzet və jurnallarla əlaqələr yaradılmış və muzeyin fəaliyyəti, burada həyata keçirilən tədbirlər, yeniliklər haqqında ətraflı məlumatlar verilmişdir. ATV, “Lider” TV (yanvar) “Xəzər” TV (fevral) kanallarında muzeydən bəhs edən verilişlər nümayiş olunmuşdur.

  • Muzey turizmini inkişaf etdirmək və Bakı şəhərində, respublikamızın digər bölgələrində keçirilən beynəlxalq tədbirlər, festival və yarışlarla (Formula-1) əlaqədar ölkəmizə gəlmiş turistləri muzeyə cəlb etmək məqsədilə reklam tədbirləri həyata keçirilmişdir.

  • Muzeyin əməkdaşları Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının iclas və tədbirlərində iştirak etmişlər.

  • Zədələnmiş eksponatların bərpası məqsədilə Azərbaycan Respublikası Elmi-Bərpa Mərkəzi ilə əlaqə yaradılmışdır.

  • Muzeyin fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması, ekskursiya xidməti işinin yaxşılaşdırılması və ekspozisiyadakı yeniliklərlə əlaqədar olaraq fərdi və tematik ekskursiya planları yenidən işlənmişdir.

  • Gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak etmək, tariximizi onlara tanıtmaq, əməyi sevdirmək məqsədilə təhsil müəssisələri ilə əlaqələr daha da genişləndirilmişdir. “Multikulturalizm ili” ilə əlaqədar məktəblilərlə tez-tez görüşlər keçirilmiş və xalqımızın mədəni irsi təbliğ olunmuşdur.

  • Kənd təsərrüfatına aid yeni ədəbiyyatlarla tanış olmaq məqsədilə Azərbaycan Respublikası Elmi Kənd Təsərrüfatı Kitabxanası ilə əlaqə yaradılmışdır.

  • Muzey Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin kənd təsərrüfatının inkişafı ilə əlaqədar bölgələrdə təşkil etdiyi seminar və konfranslarda iştirak etmişdir.

  • Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar muzey Binəqədi rayon İH ilə birlikdə geniş sərgi hazırlamışdır.

  • Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun 26-27 oktyabr tarixində “Azərbaycanda torpaq islahatları-20: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi konfransın təşkilinə muzey də kömək göstərmişdir.

  • 1 noyabr – kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə tədbir hazırlanmışdır.

  • Təcrübə mübadiləsi məqsədilə muzeyin əməkdaşları respublikamızın qabaqcıl muzeylərində olmuşlar.

  • Muzeyşünaslığa aid yeni təlimatlar, dövlət qanunları ilə tanış olmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Muzeylər üzrə Metodiki Mərkəzi ilə əlaqə yaradılmışdır.

  • Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 115 illik yubileyilə əlaqədar təşkil olunan geniş tədbirdə muzey də yaxından iştirak etmişdir.

  • Muzeyə yeni eksponatlar toplamaq, bölgələrdəki muzeylərlə təcrübə mübadiləsi aparmaq, onlara metodiki kömək göstərmək və s. məqsədlərlə muzeyin əməkdaşları rayonlarda ezamiyyətdə olmuşlar.


BEYNƏLXALQ ƏLAQƏLƏR
İnformasiya təminatını günün tələblərinə uyğunlaşdırmaq üçün yerli və beynəlxalq elm mərkəzləri, müvafiq tədqiqat və tədris müəssisələri ilə geniş elmi əməkdaşlıq əlaqələri yaradılır.

Ölkənin iqtisadi təhlükəsizliyini, o cümlədən onun tərkib hissəsi kimi ərzaq təhlükəsizliyinin təmin olunması kənd təsərrüfatının inkişafı sayəsində mümkündür. Bu gün Beynəlxalq aləmə inteqrasiya, elmdə əldə olunan yeniliklərlə bəhrələnmək və ilk növbədə uyğun beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi əlaqələrin yaradılmasını və inkişaf etdirilməsini tələb edir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi fəaliyyətə başladığı ilk vaxtlardan beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük önəm vermiş və bu istiqamətdə bir sıra uğurlara nail olmuşdur.

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və onun struktur bölmələrinin CGİAR Konsorsiumuna daxil olan 9 beynəlxalq mərkəzlə (CİMMYT, CİP, İCARDA, İCRİSAT, İFPRİ, İLRİ, “Bioversity international”, IWMI və s.), bir sıra ölkələrin müvafiq elmi müəssisə və təşkilatları ilə əməkdaşlıq əlaqələri 2016-cı ildə də davam etdirilmişdir. Bu əlaqələr əsasən elmi təcrübə mübadiləsi, kadr hazırlığı, seleksiya materiallarının mübadiləsi, kənd təsərrüfatında toxumçuluğun, tingçiliyin və damazlıq işinin regional inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, yeni texnologiyaların tətbiqi, texnika və aqreqatların sınağı və bir çox digər məsələləri əhatə etmişdir.

Hesabat ilində Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi sistemində 15-dən çox əməkdaş, 15-dən çox ölkədə (İran, Ukrayna, Çin, Türkiyə, Özbəkistan, Fransa, İtaliya, Rusiya Federasiyası, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Moldova və s.) təşkil olunan müxtəlif konfrans, sərgi, seminar, təlim kursu və s. tədbirlərdə iştirak etmişlər.


  • Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin şöbə müdiri 29 fevral-2 mart 2016-cı ildə Y.Quliyev Qırğızıstanda FAO-nun xətti ilə tədbirdə iştirak etmişdir.

  • Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin şöbə müdiri Y.Quliyev 29-30 mart 2016-cı ildə Malaziyada Kənd Təsərrüfatının Dayanıqlı Mexanikləşdirilmə Mərkəzinin xətti ilə, 29-31 mayda isə İranın Rəşt şəhərində ezamiyyədə olmuşdur.

  • Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru R.Balayev 13-14 sentyabr 2016-cı ildə Moskva şəhərində ezamiyyətdə olmuşdur.

  • Ə.Həsənzadə 23 oktyabrdan 03 noyabr 2016-cı il tarixinə kimi İran İslam Respublikasında təlim kursunda olmuşdur.

  • Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Dayanıqlı İnkişaf - Strateji İdarəetməyə dair keçirilən tədbirdə ESCAP-da 15-17 noyabrda C.Qasımlı iştirak etmişdir.

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun rəhbərliyi başda olmaqla elmi əməkdaşları elmi problemlərin müzakirəsinə və elmi-tədqiqat işlərinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş konfranslara, müşavirələrə, konqreslərə, simpoziumlara, qurultay və seminarlara qatılır və təqdimatlarla çıxışlar edirlər. Elmi nailiyyətlər, yeniliklər və qabaqcıl təcrübələr mətbuatda və digər kütləvi informasiya vasitələrində işıqlandırılır. Elmi tədqiqatların nəticələri, elmi əsərlər, monoqrafiyalar, jurnallar, toplular, məcmuələr, tövsiyələr, kataloqlar kənd təsərrüfatı məhsul istehsalçılarına çatdırılır.

Əməkdaşların informasiya materialları ilə təmin olunmasında beynəlxalq mərkəzlərdən (İCARDA, İPGRİ, CİMMYT, İCRİSAT) mütəmadi olaraq jurnallar: “General Genetic Resources in EUROPE” (Italy), “The National Agricultural Research system in the West Asia and North Africa Region” /İCARDA/ Suria, “Seeds of İnnovation” /CİMMYT/ Mexico, “Семена Инновации“ /CİMMYT/ Мехико, “Adding value for development” (CİMMYT), “Seed INFO”, ’’Caravan” (İCARDA), “Adding Value for Development” (CİMMYT) Mexico ilə mütəmadi olaraq əlaqələr yaradılmışdır. İnstitutun elmi fəaliyyətini, əməkdaşlarının apardıqları tədqiqatları işıqlandırmaq məqsədi ilə fotoşəkillər çəkilir, elmi nəşrlər üçün materiallar hazırlanır.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının elmi işçisi Könül Aslanova 10-20 aprel 2016-cı il tarixində FAO, TAGEM və ICARDA-nın Türkiyənin İzmir şəhərində, regional pas tədqiqat mərkəzində təşkil etdiyi “Pas xəstəliklərinin qiymətləndirilməsi və davamlılığın idarə olunması” (“Training Workshop on Wheat Rust Surveillance, Resistance and management”) kursunda yaxından iştrak etmişdir. Kursda bir çox təşkilatların nümayəndələri, tədqiqat institutlarının alimləri, professorları (Dr. Nazari. K., Dr.Mesut Keser, Dr.Dave Hodson, Dr.Hafız Muminjanov, Dr.Fazil Dusunceli, Dr.Mogens Hovmoller, Dr.Beyhan Akin və.s) bir araya gəlib, mühazirələr söylədilər. Eyni zamanda xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının elmi işçisi K.Aslanovanın “Azərbaycanda sarı, qonur və gövdə pasının yayılması və vurduğu zərər” mövzusunda çıxışı iiştirakçılar tərəfindən maraqla dinlənilmiş, geniş müzakirə edilərək təhlil olunmuşdur.

01-02 iyun tarixində Əkinçilik ET İnstitutun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi Bəhlul Abbasov Türkiyə Respublikasının Muş şəhərində “Tütün çalışmaları”na həsr edilmiş Beynəlxalq Seminarda iştirak etmişdir. Tədbir Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin, Muş Alparslan Universitetinin, Muş Bələdiyyəsi və digər qurumların təşkilatçılığı ilə keçirilmişdir. Tədbirin 1-ci günü Əkinçilik ET İnstitutunun əməkdaşı Bəhlul Abbasovun “Azərbaycanda tütün bitkisinin becərilməsi”nə dair təqdimatı olmuşdur.

15-22 avqust tarixlərində institutun elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Qulu oğlu Hümmətov Rusiya Federasiyasının Belqorod vilayəti hökümətinin dəstəyi ilə V.V.Dokuçayev adına torpaqşünaslar Cəmiyyəti, Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti, V.Y. Qorin adına Belqorod Dövlət Aqrar Universiteti, Belqorod ET Kənd Təsərrüfatı institutu və «Belqorod» Aqrokimyəvi Xidmətlər Mərkəzinin “Torpaqşünaslıq – ölkənin ərzaq və ekoloji təhlükəsizliyi” devizi altında təşkil etdikləri V.V. Dokuçayev adına torpaqşünaslar Cəmiyyətinin VII qurultayı və Ümumrusiya elmi konfransında iştirak etmişdir.

Nizami Hümmətovun “Azərbaycanın dəmyə və suvarma şəraitində şabalıdı torpaqların fiziki keyfiyyətinin qiymətləndirilməsi" mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və geniş müzakirəyə səbəb olmuşdur. Müəllifin məruzəsində müxtəlif istehsalat şəraitlərində torpaqların aqrofiziki transformasiyası, ekoloji-aqrofiziki qiymətləndirilməsi, torpaq-aqrofiziki tədqiqatlarının ərzaq və ekoloji təhlükəsizliklə əlaqəsi və əkinçiliyin müasir ekoloji-aqro fiziki aspektlərinə dair məsələlər öz əksini tapmışdır.

Əkinçilik ET İnstitutu “Bitki seleksiyası” şöbəsinin müdiri Əsəd Musayev 7-9 sentyabr 2016-cı il tarixlərində Krasnodar şəhərində Ümumrusiya Elmi-Tədqiqat Çəltikçilik İnstitutunun 85 illik yubileyi ilə əlaqədar keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Toxumçuluq üzrə Dövlətlərarası Koordinasiya Şurasının Yubiley toplantısında iştirak etmişdir.

Aqrar elm sahəsində qazanılılmış mütərəqqi təcrübə və metodların mübadiləsi çərçivəsində 2005-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan), Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru) və son illər ərzində Belarus Genetika və Sitologiya İnstitutu ilə sıx əməkdaşlıq edir.

Dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Hollandiya, Avstraliya, Rusiya, Çin, Fransa, Türkiyə, İran, Hindistan, Yaponiya, Peru, Tayvan, İsrail, Almaniya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və s.) yerləşən universitetlərin, elmi mərkəzlərinin, şirkətlərin və s. təşkilatların nümayəndələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşlar.

Eyni zamanda institutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Çin, Yaponiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) keçirilən beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi sahəsində əməkdaşlıq aparırlar.

2016-cı ildə Dağıstan ET Kənd Təsərrüfatı İnstitutu, Belarus ET Bağçılıq İnstitutu və Belarus Kənd Təsərrüfatı Akademiyası ilə bağlanılmış müqavilələrə əsasən meyvəçilik və gənc elmi kadrların hazırlanması sahəsində elmi əməkdaşlıq müvəffəqiyyətlə davam etdirilmişdir.

16 aprel 2016-cı il tarixdə İspaniyanın “Vivoros Veron” Kompaniyasının əməkdaşları Çuş Veron və Maria Melgarez institutumuzda olmuş, tinglik üzrə institutda aparılan elmi-tədqiqat işləri, eləcə də tinglik sahəsi ilə tanış olmuşlar. İnstitutla tingçilik üzrə əməkdaşlıq etməyə tam razı olduqlarını bildirmiş və 18 may 2016-cı il tarixli rəsmi məktubu ilə institutun direktoru cənab İlham Qurbanovu İspaniyaya dəvət etmişlər.

26 aprel 2016-cı il tarixdə İngiltərənin “Meiosis” kompaniyasının əməkdaşları Ceremi Darbi və Tatyana Korennaya Meyvəçilik və Çayçılıq İnstitutunda olmuş, institutuda yerinə yetirilən elmi-tədqiqat işləri (xüsusilə giləmeyvə bitkiləri üzrə) ilə yaxından tanış olmuş və bu sahədə institutla əməkdaşlıq etmək arzusunda olduqlarını bildirmişlər.

24 may 2016- cı il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikası, Dağıstan ET Kənd Təsərrüfatı İnstitutunun direktoru Nadir Qeybetullayeviç Zaqirov və institutun əməkdaşı Eldikar Aqabalayeviç Aqabalayev instituta gəlmiş, 2015-ci ildə bağlanılmış qarşılıqlı elmi əməkdaşlıq müqaviləsi çərçivəsində 2016-cı ildə yerinə yetirələcək müddəalar müəyyənləşdirilərək razılaşdırılmışdır.

20 avqust 2016-cı il tarixdən etibarən institutun direktoru cənab İlham Qurbanov “Vivoros Veron” Kompaniyasının dəvəti ilə 8 gün müddətinə İspaniyanın Kalatayud şəhərində ezamiyyətdə olmuş, həmin müddət ərzində İspaniyada müasir üsulla ting yetişdirilməsi texnologiyası ilə yaxından tanış olmuş, şirkətlə tingçilik üzrə birgə layihələrin həyata keçirilməsinə razılıq əldə edilmişdir.

Giləmeyvə bitkiləri: - çiyələk, moruq və böyürtkən bitki sortlarının Azərbaycanda sınağı üzrə Böyük Britaniyanın MEİOSİS MMC ilə 02.02.2016-cı il tarixdə müqavilə imzalanmış və 26 oktyabr 2016-cı il tarixli 201016 saylı hesab-fakturaya əsasən 20 sortun respublikamıza göndərilməsi nəzərdə tutulmuşdur.

Cari ilin oktyabr ayında (9-13 oktyabr tarixlərində) institutun direktoru cənab İlham Qurbanov, kənd təsərrüfatı nazirinin müavini cənab İlham Quliyevin rəhbərliyi altında yaradılmış nümayəndə heyətinin tərkibində qardaş Türkiyə Respublikasında (Girəsund şəhəri) 4 gün müddətində ezamiyyətdə olmuşdur.

2016-cı ilin noyabr ayının 3-4-də İspaniyanın “Vivoros Veron” Kompaniyasının əməkdaşları Çus Veron və Maria Melqarez institutda olmuş, tingçilik üzrə elmi əməkdaşlıq edəcəklərini bir daha təsdiqləmişlər və elmi əməkdaşlığa dair müqavilə bağlamağa razılıq əldə edilmişdir.

“Arıçılıq” Mərkəzi hal-hazırda Türkiyənin Hacettepe Universiteti və Macahel Arıçılıq Mərkəzi ilə əməkdaşlıq edir.

Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Moldova, Belarus, Litva və Türkiyə Respublikalarının institutları və aidiyyatı qurumları ilə elmi əməkdaşlıq edir. İnstitutun bir çox əməkdaşları kənd təsərrüfatı ilə bağlı ölkəmizin və xarici ölkələrin müxtəlif qurumlarının respublikamızda keçirdikləri müvafiq tədbir və təlimlərdə fəal iştirak etmişlər.

Üzümçülük və Şərabçılıq ET İnstitutunun direktoru T.Pənahov 17-18 fevral tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən “Chisinau Wines & Spirits Contest 2016” XXIV Beynəlxalq Şərab və Spirtli içkilər Müsabiqəsində hakim-dequstator qismində iştirak etmişdir. Həmin müsabiqədə ÜŞETİ-nun istehsalı olan “Mədrəsə” şərabı təqdim edilmişdir.

İnstitutun direktoru T.Pənahov 26-28 may tarixində OİV-nin sponsorluğu və İtaliyanın “Citta del Vino” Milli Assosiasyasının İtaliyanın Aquila şəhərində təşkil etdiyi “Selezione del Sindaco 2016” XV-ci Beynəlxalq Şərab müsabiqəsində hakim-dequstator qismində iştirak etmişdir.

5 oktyabr tarixində institutda məhşur şərabçı alim Miloş Mixlovski (Çexiya) ilə görüş keçirilmişdir. Görüşdə həmçinin Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən, səfirlik nümayəndələri, sahibkarlar və elm adamları iştirak etmişdir. Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Almaniyanın Hannover şəhərində dərc edilmiş “Technology of Azerbaijani Wine-making Products” (müəllif T.M.Pənahov) kitabının təqdimatı keçirilmiş, cənab Mixlovski müəllifə Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilməsi haqda diplom və döş nişanını təqdim etmişdir.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə üzüm toxumundan yağ alınması üzrə işlər aparılır, hal hazırda yağın praktiki olaraq alınmasına hazırlaq işləri gedir.




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin