Ministry of agriculture of azerbaijan republic


ELMİ NAİLİYYƏTLƏRİN TƏBLİĞİ VƏ TƏTBİQİ



Yüklə 1,09 Mb.
səhifə8/13
tarix07.07.2018
ölçüsü1,09 Mb.
#55924
1   ...   5   6   7   8   9   10   11   12   13

ELMİ NAİLİYYƏTLƏRİN TƏBLİĞİ VƏ TƏTBİQİ
Azərbaycan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi-tədqiqat müəssisələri tərəfindən 2016-cı ildə 13 kitab, 10 monoqrafiya, 498 məqalə, tezis, buklet və plakatlar dərc edilmiş, televiziya və radio vasitəsi ilə çoxsaylı çıxışlar olunmuş, müvafiq məsləhətlər verilmişdir. Nazirliyin və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbər işçilərinin, alimlərin, mütəxəssislərin, müxtəlif istehsal qurumlarının iştirakı ilə elmi-praktiki seminarlar, müşavirələr, tarla günləri, təlim kursları və s. keçirilmişdir.

04.03.2016-cı il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Gənc Alimlər şurası “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda konfrans keçirmişdir.

11.03.2016-cı il tarixində Beyləqanda “Taxıl əkinlərində yaz qulluq işlərinin vaxtında aparılması məhsuldarlığı şərtləndirən başlıca amillərdəndir” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.

22.04.2016-cı il tarixində Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tədbirlər planına uyğun olaraq Şəkidə “Yeni taxıl sortlarının dəmyə şəraitində nümayişi, yüksək məhsuldarlığı və keyfiyyəti şərtləndirən texnologiyaların əsasları” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.

27.05.2016-cı il tarixində Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Tərtər RAEİMM və Əkinçilik ET İnstitutu tərəfindən “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərilmə texnologiyası” mövzusunda birgə elmi-praktiki seminar keçirilmişdir. İnstitutun əməkdaşları-N.Hümmətovun “Dağlıq Şirvanın dəmyə şəraitində arpa bitkisi altında açıq-şabalıdı torpağın struktur-aqreqat tərkibinin qidalanması” və Ş.Əhmədovun “Suvarma üsullarının və gübrə normalarının kövşənlikdə becərilən soyanın məhsuldarlığına təsiri” mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və geniş müzakirə olunmuşdur.

07.06.2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik ET İnstitutu Qobustan BTS-də “Dəmyə bölgələr üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili” mövzusunda elmi-praktiki seminar keçirmişdir.

07.07.2016-cı ildə tarixində Əkinçilik ET İnstitutunun QBTS-də “Dəmyə bölgələrində yeni taxıl sortlarının nümayişi və toxumçuluğun elmi əsaslarla təşkili”nə həsr olunmuş elmi-praktiki müşavirə keçirilmişdir.

27 iyul 2016-cı il tarixində KTN AEİMM-nin Əkinçilik ET İnstitutu tərəfindən “Qarğıdalı və yonca sortlarından yüksək keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyasının tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirildi.

Tərəvəzçilik ET İnstitutunun elmi katibi R.Nəbiyev 28 yanvar 2016-cı il tarixdə 48 gün müddətində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Yaponiyada Tskuva Beynəlxalq Mərkəzində təşkil olunmuş “Yerli fermerlərin iştirakı ilə inteqrasiya olunmuş kənd yerlərinin inkişafı” mövzusunda Beynəlxalq Təlim Kursunda iştirak etmişdir.

21 iyul 2016-cı ildə Xaçmazda “Tərəvəz və bostan bitkilərindən yüksək məhsul alınması texnologiyası” mövzusunda keçirilmiş elmi-praktik seminarda Ə.Eyvazov və Ə.Əsgərov iştirak etmişdir.

28 iyul 2016-cı ildə İnstitutda fermer günü keçirilmişdir.

4 avqust 2016-cı il tarixdə Şəmkir şəhərində “Kartof bitkisinin məhsuldarlığının artırılması yolları” mövzusunda elmi-praktik seminar keçirilmişdir.

25-27 oktyabr 2016-cı il tarixində Daşkənddə “Mərkəzi Asiya və Cənubi Qafqazda tərəvəzçiliyin inkişafı və araşdırılması” üzrə şəbəkənin Rəhbər Komitənin 9-cu iclasında X.Məmmədova iştirak etmişdir.

21 oktyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində “Qabaqcıl kənd təsərrüfatı təcrübəsi”nə dair keçirilən təlimdə institutun əməkdaşı Ş.Maxsudov iştirak etmişdir.

Azərbaycan Meyvəçilik və Çayçılıq ET İnstitutu 2016-cı ildə Azərbaycan Respublikası Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2 ixtiraya – “Meyvə marinadının hazırlanması üsulu” və “Meyvə qarışığının hazırlanması üsulu”na patent alınmışdır.

10 fevral 2016-cı il tarixdə KTN, AEİMM və Meyvəçilik və Çayçılıq ET İnstitutunun birgə təşkilatçılığı ilə institutda “Meyvəçilikdə intensiv becərmə texnologiyalarının tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

11-12 may 2016-cı il tarixində Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi və İnstitutun birgə təşkilatçılığı ilə “Bitkilərə aqrotexniki qulluq və gübrələrdən istifadə” mövzusunda təlim kursu keçirilmişdir.

2016-cı ildə baramaçılıq laboratoriyasının işçisi A.Mirzəyeva tərəfindən Hesa2/1 x Xəyal adlı ipəkqurdu hibridi Sınaq üçün Bitki Sortlranın Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti üzrərayonlaşmağa təqdim olunmuşdur.

2016-cı ildə “Ana arıların daşınması və ailəyə verilməsi” və “Azərbaycan balı” mövzusunda bukletlər hazırlanmışdır.

Arıçılığın inkişafına dair 2016-cı ildə Respublika TV-nin müxtəlif kanallarında ayrı-ayrı variantlarda “Arıçılıq” Mərkəzinin əməkdaşları çıxışlar etmiş və təbliğat aparmışlar.

“Arıçılıq” Mərkəzi hazırda Türkiyənin Hacettepe Universiteti və Macahel arıçılığı ilə birgə əməkdaşlıq həyata keçirir.

11 avqust 2016-ci il tarixdə BM və TB ETİ-nin “Çuğundur və Soyanın” əkin sahəsində birinci, 06 sentyabr 2016-cı il tarixdə Beyləqan rayonu, institutun Mil Təcrübə Stansiyasında ikinci elmi-praktiki seminar, 20 sentyabr 2016-cı ildə Tərtər RAEİMM-də üçüncü elmi-praktiki seminar, dördüncü 23 sentyabr 2016-cı il tarixdə və 10 oktyabrda isə Şəmkir rayonunda beşinci elmi-praktiki seminar keçirildi.

ARAZ” ELM İSTEHSALAT BİRLİYİ
Naxçıvan Muxtar Respublikası öz təbii iqlim şəraitinə və coğrafi mövqeyinə görə Azərbaycan Respublikasının digər bölgələrindən fərqlənir.

Muxtar Respublikanın iqlimi kontinental iqlim tipinə məxsusdur. Qışı sərt soyuq, yayı quru isti olan bu bölgədə özünəməxsus yarım kontinentallıq və bəzi hallarda isə subtropiklik mövcuddur. Belə ki, Muxtar Respublikada qeyd olunan iqlim ünsürlərinə uyğun torpaq tipləri mövcuddur. Torpaqların təbii coğrafi şaqulliq prinsipi əsasında yaranması prosesi Naxçıvan Muxtar Respublikasında da mövcuddur. Yəni cənubdan şimala doğru qalxdıqca torpaqların şaquli zonallıq yayılma qanununa uyğun tipləri dəyişilməkdədir. Belə ki, cənubda boz torpaqlar tipindən başlayaraq qara torpaq zonasına qədər bütün təbii proseslər mövcuddur.

Aparılan uzun illərin araşdırmalarına əsaslanaraq demək olar ki, Naxçıvan Muxtar Respublikasında mövcud əkinə yararlı torpaq ehtiyyatlarından səmərəli istifadə edildikdə əhalini taxıl, bostan, tərəvəz, meyvə və.s. məhsullarla təmin etmək və idxaldan asılılığı aradan qaldırmaq, ixrac potensialını artırmaq mümkündür.

Akademik H.Ə.Əliyev adına “Araz” Elm İstehsalat Birliyində 2016 -2020-ci tədqiqat illəri üçün tərtib və təsdiq olunmuş, bir problem üzrə elmi tədqiqat mövzu planı əsasında təcrübələr qoyulmuş və il ərzində 7 (yeddi) elmi tədqiqat mövzusu üzrə tədqiqatlar aparılmışdır.

Birliyin elmi və texniki əməkdaşları 2016-cı il ərzində, müxtəlif dövrlərdə 10 (on) tarla seminar müşavirələri keçirmiş, elmin son nəticələri əsasında yeni becərmə texnologiyasının tətbiqini fermer təsərrüfatlarına, torpaq mülkiyyətçilərinə əyani olaraq göstərmiş, hazırladıqları yazılı informasiya vərəqələrini, bukletləri iştirakçılara paylamışlar. Ən əsası isə keçirilən tarla seminar müşavirələr, əhalini maarifləndirmə məqsədi ilə yerli televiziyada yayımlanmış, radioda və ”Şərq qapısı” qəzetində məqalələr maarifləndirmə məqsədi ilə nəşr etdirilmişdir.

Bununla bərabər elmi əməkdaşlar Muxtar Respublikanın rayonlarına səfərlər edərək torpaq mülkiyyətçilərinə marifləndirici məsləhətlər vermişlər.

“Bərk və yumşaq buğda hibridlərinin Muxtar Respublika şəraitində abiotik amillərə qarşı davamlılığının öyrənilməsi, qiymətləndirilməsi və müqayisəli xarakteristikası” P.Fətullayev və M.İbrahimova tərəfindən öyrənilmişdir.

Birinci mərhələdə müxtəlif kombinasiyalı bərk və yumşaq buğda hibridlərinin muxtar respublika şəraitində biotik amillərə qarşı davamlılığının öyrənilməsi, qiymətləndirilməsi və müqayisəli xarakteristikası icra olunmuş və aşağıdakı nəticələr alınmışdır.

Yuxarıda qeyd olunan tədqiqat materialları əsasən Əkinçilik Elmi-Tədqiqat İnstitutundan və FAO, İCARDA, CIMMYT-də, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutundan gətirilən bərk və yumşaq buğda sort nümunələrindən və eləcə də birliyin əməkdaşlarının əldə etdikləri təbii hibrid nəticəsində seçdikləri buğda nümunələrindən ibarət olmuşdur.

Bütün işlər mövzu planına və metodik plana əsasən icra olunmuşdur. Qeyd olunduğu kimi tədqiqat işi 2016-2020-ci illəri əhatə edir. Ötən dövr ərzində 50 buğda sort nümunələri üzərində tədqiqat işi aparılmış, 2016-cı tədqiqat ilində 50 buğda sort nümunəsi üzərində tədqiqat işi davam etdirilmiş və aşağıdakı nəticələr alınmışdır.

Hesabat ilində 50 bərk və yumuşaq buğda sort nümunələrinin və hibridlərinin əkini aparılmışdır. Ən yaxşı nəticə verənlər aşağıda qeyd olunur. Qobustan x Uğur / Əkinçi - 84 - 62,2 s/ha, Qobustan x Murov s/ha, Tərtər x Giorgio 12571 67,7 s/ha, Bəyaz 51,0 s/ha, Əlincə-84 57,3 s/ha, Tərtər x Kəhrəba 55,0 s/ha, Pirşahin 50,0 s/ha, Diaman x Azəri s/ha. Tədqiqatın ən əsas məqsədi isə coğrafi mənşəyinə, həyat formasına və növ müxtəlifliyinə görə fərqlənən bərk və yumşaq buğda hibridlərinin Naxçıvan Muxtar Respublikası ərazisində həm ayrı-ayrı, həm də kompleks təsərrüfat qiymətli əlamətlərinin, eləcə də bioloji xüsusiyyətlərinin öyrənilməsi, qiymətləndirilməsi, onların müqayisəli xarakteristikası, seleksiya prosesində yeni sortların yaradılmasında, qiymətli valideyn formaları kimi əhəmiyyətli şəkildə tədqiqindən və istifadə edilməsindən, seçilmiş daha perspektivli, ekoloji baxımdan davamlı sortları fermer təsərrüfatlarında tətbiq etməklə, torpaq mülkiyyətçilərinin taxıl istehsalının artırılması, keyfiyyətinin yaxşılaşdırılması kimi mühüm bir sahəyə olan münasibətlərinin təkmilləşdirilməsindən ibarətdir.

“Naxçıvan Muxtar Respublikası şəraitində sınaqdan keçirilmiş perspektivli taxıl sortlarının optimal səpin müddətləri və normalarının öyrənilməsi” B.Bayramovun rəhbərliyi altında R.Hacıyev tərəfindən aparılmışdır.

Naxçıvan Muxtar Respublikası şəraitində payızlıq arpa və buğda sortlarının ən optimal əkin müddətlərinin və səpin normalarının tədqiqi gələcəkdə məhsuldarlığın, məhsulun keyfiyyət göstəricilərinin artırılması məqsədi daşıyır. Müasir əkinçilik sistemində payızlıq arpa və buğda sortlarının əkini üçün mütləq mənada əkiləcək arpa və buğda sortlarının sort xüsusiyyətlərinin araşdırılması və tədqiqi xüsusi əhəmiyyət kəsb edir.

Cari tədqiqat ilində mövzu planına uyğun olaraq yuxarıda qeyd olunan ən yaxşı sortlar seçilmişdir. Seçilmiş sortlarm məhsuldarlıq göstəriciləri aşağıdakı kimi olmuşdur:

– Buğda sortları Əsgəran 74,2 s/ha, Mətin 77,4 s/ha, Baba -75 68 s/ha, Xəzri 67,4 s/ha, Mahmud -80 70,2 s/ha, Ləyaqətli 70,4 s/ha, Fatimə 62,2 s/ha, Start 68,8 s/ha, Şəfəq-2 61,4 s/ha, arpa sortlarından Cəmil 60 s/ha, Günəş 49 s/ha olmuşdur.

“Naxçıvan Muxtar Respublikası şəraitində tərəvəz noxudunun aqrobioloji xüsusiyyətlərinin və qida sisteminin öyrənilməsi” L.Sadıxovanın rəhbərliyi altında F.Yasinova tərəfindən aparılır.

Mövzunun aparılmasında məqsəd Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitinin və zonada yayılmış boz torpaqlar tipində tərəvəz noxudu sortlarının sınağının keçirilməsi və ekoloji mühitə uyğunlaşması eləcə də qida potensialının tədqiqi, müxtəlif əkin müddətlərinin öyrənilməsi olmuşdur. Belə ki, paxlalı bitkilərin əkin dövriyyəsinə qatılması, ərzaq tələbatının ödənilməsində mühüm rol oynayır.

Tədqiqat ilinin birinci mərhələsində 9 tərəvəz noxudu sortu zonada sınaqdan keçirilmişdir. Təcrübələr metodik plana uyğun olaraq qoyulmuşdur. Mövzunun icrasının birinci mərhələsində tərəvəz noxudu sortlarının sınağı və əkin müddətləri öyrənilmişdir.

Əkinlər 3 (üç) sort üzrə: 1-5 mart, 5-10 mart, 10-15 mart, 15-20 mart, 20-25 mart tarixlərində aparılmış və aşağıdakı nəticələr əldə edilmişdir:

– I variantda 1-5 mart 2016-cı il tarixli əkin müddətində tərəvəz noxudu sortları Fidan 52,6 s/ha, Rannıy-301 47,3 s/ha, 221 /1 54,8 s/ha;



  • II variantda Fidan 66,5 s/ha, Raunnıy-301 58,2 s/ha, 221/1 69,4 s/ha;

  • III variantda Fidan 63,1 s/ha, Rannıy-301 52,8 s/ha, 221/1 – 65,0 s/ha;

  • IV variantda Fidan 57,4 s/ha, Rannıy-301 49,3 s/ha, 221/1 - 61,2 s/ha

Axırıncı variantda isə tərəvəz noxudu sortları Fidan 54,9 s/ha, Rannıy-301 45,6 s/ha, 221/1 - 57,5 s/ha məhsuldarlıq göstəricilərinə malik olmuşlar.

Tərəvəz noxudunun əkini zonada tətbiq olunan aqrotexniki becərmələr əsasında aparılmış və tədqiqat işləri icra olunmuşdur. Nəticələrə əsaslanaraq qeyd olunmalıdır ki, tərəvəz noxudu sortları Naxçıvan Muxtar Respublikası şəraitində əsasən torpaq rütubətinin normal və torpaqda temperatur 5-80 olduqda əkilərsə yaxşı nəticə almaq olar.

“Naxçıvan Muxtar Respublikası şəraitində Balbas cinsli qoyunların bioloji- təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi” İ.Məmmədovun rəhbərliyi ilə Ə.İbrahimov tərəfindən aparılmışdır.

Aparılan tədqiqat işində əsas məqsəd “Balbas” cinsli qoyunların cins tərkibinin yaxşılaşdırılması istiqamətində müsbət nəticələr əldə etmək olmuşdur.

Tədqiqat ilindəBalbas” cinsli qoyunların Arazboyu düzənlik zonasında yonca otu ilə yemləndirilməsinin nəticələri aşağıdakı kimi olmuşdur.

Nəzarət qrupunda 100 baş ana qoyundan 98 baş quzu, təcrübə qrupunda isə 100 baş ana qoyundan 104 baş quzu alınmışdır.

100 baş ana qoyunların diri çəkisi nəzarət qrupunda 53 kq, təcrübə qrupunda isə bu göstərici 52 kq olmuşdur.

Qoçların diri çəkisi nəzarət qrupunda orta hesabla 67 kq, təcrübə qrupunda isə 75 kq təşkil etmişdir.

Tədqiqat ilində nəzarət qrupunda yeni doğulmuş quzuların diri çəkisi 3,1 kq, təcrübə qrupunda isə doğulduqda diri çəkisi 3,4 kq olmuşdur.

“Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkisi genefondunun toplanması, qorunması, süfrə üzüm sortlarının məhsuldarlığına və məhsulun keyfiyyət göstəricilərinə mikro gübrələrin təsirinin öyrənilməsi” V.Quliyevin rəhbərliyi altında Ə.Rəhimova tərəfindən aparılmışdır.

Mövzunun icrası birliyin inzibati binasının həyətyanı sahəsindəki 0,2 ha kolleksiya üzüm bağında həyata keçirilir. 2016-cı hesabat ilində aşağıdakı nəticələr alınmışdır.

Tədqiqatın birinci ili mərhələ planına uyğun olaraq Muxtar Respublikanın rayonlarına və kəndlərinə ekspedisiyalara gedərək, yerli və gətirilmə üzüm sortlarının aşkarlanması işi icra olunmuşdur.

Babək rayon Nehrəm, Zeynəddin, Kültəpə, Culfa rayonu Bənəniyar, Kırna, Saltax, Xanağa, Şərur rayonu Aralıq, Dərvişlər, Çərçiboğan, Sədərək rayonu Sədərək və Qarağac kəndlərinə, Şahbuz rayonu Sələsüz, Şahbuzkənd, Qarabala, Kəngərli rayonu Şaxtaxtı, Böyükdüz, Çalxanqala kəndlərində orta hesabla 55 üzüm sortu aşkarlanmışdır.

Əsasən aşkarlanmış 10 süfrə üzüm sortu üzərində tədqiqat işləri aparılmışdır.

Nəzarət (gübrəsiz ), N120 P120 K90 (fon) + 2 kq Cu, fon + 4 kq Cu, fon + 2 kq Zn, fon + 4 kq Zn, fon + 2 kq Mn, fon + 4 kq Mn. Qeyd olunan mikro gübrələrin N120, P120 K90 ( fon) + 4 kq Zn, (hek) variantında süfrə üzüm sortlarının məhsuldarlığı ən yüksək olmuşdur.

Qara kişmişi 110,4 s/ha, Qırmızı kişmişi 140,4 s/ha, Sarı kişmişi 144,4 s/ha, Mərməri kişmişi 120,6 s/ha, Qızıl üzüm 101,3 s/ha, İnəyəmcəyi 94,6 s/ha, Ağ Xəlili 100,3 s/ha, Qara Xəlili 96,3 s/ha, Əsgəri kişmişi 90,4 s/ha, Mələyi 104,8 s/ha olmuşdur. Qeyd olunmalıdır ki, üzüm bitkisinə makro gübrələr fonunda mikro gübrələrin tətbiqi, fotosintez prosesinin intensivləşməsinə və bitkilərin xəstəliklərə qarşı müqavimətlərinin artmasına, eləcə də gilələrin iri olmasına, şəkər faizinin yüksəlməsinə təsir etmişdir. Bu ən çox Sink tərkibli mikro gübrə tətbiqi zamanı müşahidə olunmuşdur.

“Naxçıvan Muxtar Respublikası Şərur rayonu şəraitində kartof bitkisinin əkin müddətlərinin və qida tələbatının öyrənilməsi” C.Quliyevin rəhbərliyi ilə F.Həsənov tərəfindən aparılmışdır.

Kartof bitkisi iqlim amillərinə olduqca tələbkar bitki olduğundan Muxtar Respublikanın Şərur rayonu şəraitində müxtəlif əkin müddətlərinin tcrübənin birinci mərhələsində öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

“Naxçıvan Muxtar Respublikasında Yerli və gətirilmə qərzəkli, çəyirdəkli meyvə sortlarının toplanılması, öyrənilməsi, ən yaxşılarının seçilib artırılması, tingçiliyinin təşkili və istehsalata tövsiyəsi” F.Xudaverdiyevin rəhbərliyi altında aparılmışdır.

Aparılan araşdırmalar nəcisində əməkdaşlar 372 yerli və gətirilmə meyvə sortlarını toplayaraq genefond kimi qoruyurlar.

Birliyin Ordubad dayaq məntəqəsində 3,0 ha kolleksiya meyvə bağı mövcuddur. Burada meyvə kolleksiya materiallarının toplanaraq qorunması, artırılması və tədqiq olunması işləri aparılır.

Qeyd olunmalıdır ki, tədqiqat ilində aşağıdakı meyvə sortları aşkarlanmış və məhsuldarlıqları aşağıdakı kimi olmuşdur.

Sarı zoğal 15 kq, armudu zoğal 10 kq, Nüs – Nüs zoğalı 16 kq, Üstüpü zoğalı 15 kq, Avayız zoğalı 18 kq, Teymuri zoğal 15 kq, Növrəst zoğalı 16 kq, Ordubad zoğalı 8 kq.

Alça sortları - Payız mələsi 10 kq, Gilası alça 10 kq, yay mələsi 15 kq, Əkbəri alça 15 kq, sarı alça 15 kq, təbərzə 17 kq, Qara alça 7 kq.

Göycə sortları - Şıxmahmud göycəsi 14 kq, Ordubad göycəsi 18 kq, Əlixan göycəsi 20 kq, Çuxur göycəsi 25 kq, Zeynəddin göycəsi 16 kq məhsul vermişdir. Məhsuldarlıq bir ting üçün hesablanmışdır.

Gavalı sortları - Sarı alı 20 kq, Növrəst 22 kq, Qara alı 24 kq, Ordubad gavalısı 28 kq, Nüs – Nüs gavalısı 22 kq məhsuldarlıq göstəricisinə malik olmuşdur. Tədqiqat işi Ordubad dayaq məntəqəsində icra olunur. Tədqiqat zamanı aşkarlanmış meyvə soprtları cavan tinglərdən ibarət olmuşdur. Bununla bərabər məntəqədə yerli və gətirilmə meyvə sortlarının genefondunun toplanması davam edir. Hesabat ilində toplanmış və genefonda daxil olmuş meyvə sortlarının fotoalbomunun hazırlanması davam etdirilmişdir.


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN 2016-ci İLDƏKİ

ELMİ FƏALİYYƏTİ HAQQINDA

QISA XÜLASƏ

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin bir başa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir.

Ali və orta ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından professional hazırlıq səviyyəsi hələ aşağıdır. Bu ixtisaslar kənd yerlərində cəlbedici olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, mütəxəssislərin sosial-məişət problemlərinin həllinə ehtiyac duyulur.

Müasir mərhələdə aqrar elm bir sıra səmərəli araşdırmaları təmin etmişdir və etməkdədir. Bu tədqiqatların nəticələrinin aqrar-sənaye istehsalında reallaşdırılması onu keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verir.

Elmi araşdırmaların istehsalda tətbiqinə istiqamətlənmiş fundamental və tətbiqi elmə dövlət dəstəyi aqrar sahədə elmi-texniki və innovasiya siyasətinin əsas prioriteti olmalıdır. Aqrar elmin son məqsədi kənd təsərrüfatının səmərəsini artırmaqdır. Aqrar elmə yeni tələblərin əsas cəhəti ondan ibarətdir ki, bu elm kənd təsərrüfatı əmtəə istehsalçılarını tamamlanmış tədqiqatlarla təmin etməklə yanaşı, onların nəticələrini tövsiyə etməklə kifayətlənməyib, onların tətbiqinə zəmanət verməklə bu sahədə müəllif məsuliyyəti artırmalıdır.

Son bir neçə ildir ki, bu qocaman elm və təhsil ocağı öz keçmişini özünə qaytarmaqla bərabər respublika ali məktəbləri arasında olduğu kimi bir çox xarici dövlətlərin ali məktəbləri sırasında da özünə layiqli yer tutmağa nail olmuşdur.

Tədrisdə və elmi-tədqiqat işlərində əldə olunmuş nailiyyətlərin nəticəsidir ki, keçmiş illərdə yaranan durğunluq aradan qaldırılmış, hər sahədə müvəffəqiyyətə nail olunmuş, bu sahə üzrə hazırlanan mütəxəssislərin fəaliyyət dairəsi daha da genişlənməyə başlamışdır.



  • Hesabat dövründə 4 monoqrafiya, 27 dərslik, 38 dərs vəsaiti, 61 metodik göstəriş, 288 fənn proqram, 1124 məqalə ( 1021-i respublikada, 103-ü xaricdə), 3-ü impakt jurnalında nəşr olunmuş, 1 qarğıdalı sortu, 9 müəlliflik şəhadətnaməsi, 4 patent alınmış, 8 plakat, 2 xəritə hazırlanmışdır.

  • 2016-cı ildə seleksiyanın “Qızıl fondu” hesab edilən başlanğıc material pitomnikində 312 nümunə seçilmişdir, həmin nümunələr kolleksiya, hibrid və seleksiya pitomniklərində səpilmiş, onlar üzərində fenoloji müşahidələr, sünbül və dərz analizləri aparılmışdır.

2016-cı ildə respublikada biomüxtəlifliyin qorunması ilə ekoloji təmiz, yerli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı hesabına ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün, torpaqların münbitliyinin yaxşılaşdırılması, meliorasiyası və suvarma texnologiyalarının öyrənilməsi, kənd təsərrüfatı bitkilərinin genefondunun toplanması, toxum və ting istehsalı, əkinçilikdə müasir becərmə texnologiyalarının işlənməsi, yeni heyvan cinslərinin yaradılması, damazlıq işlərinin təşkili, bitkiçilik və heyvandarlıq məhsullarının daşınması və saxlanması, kənd təsərrüfatının bütün sahələrində istifadə olunan texnikanın səmərəliliyinin artırılması, fermer təsərrüfatlarının idarə olunması və kənd təsərrüfatı məhsullarının iqtisadi təhlili, torpaq, enerji, resursqoruyucu innovativ texnologiyaların, elektrik avadanlıqlarının, və maşınlar kompleksinin əsaslandırılması istiqamətində elmi-tədqiqat işlərini davam etdirirlər.

  • 2016-cı ildə ADAU əməkdaşları tərəfindən əldə olunmuş “Məhsuldar” qarğıdalı sortu Dövlət reyestrinə daxil edilmişdir.

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşları tərəfindən meyvə-giləmeyvədən şirə və şərab istehsalı tədqiq edilmiş, meyvənin əzilmə və sıxılmasını təmin edən preslərin iş rejimi araşdırılaraq daha səmərəli sıxılmanı təmin edən işçi rejim müəyyən olunmuşdur.

Meyvə, giləmeyvə və subtropik bitki ehtiyatlarının genefondunun yaradılması və becərmə texnologiyasının işlənməsi mövzusu professor Z.M.Həsənovun rəhbərliyi altında yerinə yetirilmişdir.

Bağçılıq kafedrasında üzümçülük sahəsində də genofondun yaradılması istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikasından gətirilmiş 35 üzüm sortları da genofonda daxil edilmişdir.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində müasir avadanlıqlarla təchiz olunmuş quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə tədris mərkəzi, qapalı və açıq balıq yetişdirmə mərkəzi və arıçılıq mərkəzi yaradılmışdır.

Aqrar sahədə istehsalın modernləşdirilməsinin zəruriliyi, bu sahədə investisiyaların rolu və onların artırılmasının vacibliyi iqtisadi-statistik tədqiqatlar əsasında müəyyənləşdirilmiş və investisiyaların istehsalın səmərəli modernləşdirilməsi üçün istifadə edilməsinin zəruriliyi əsaslandırılmışdır.

Elektroenergetika sahəsində elektrik təchizatı və müəssisədaxili şəbəkələrdə elektrik enerjisi itkilərinin aradan qaldırılması layihəsi və kiçik, orta su sərfinə malik dağ çaylarının üzərində su elektrik stansiyalarının tikilməsi üçün texniki layihə işlənib hazırlanmışdır.

Tədqiqatı qurmaq üçün hər biri 200 başdan ibarət Qarabağ və Bozax qoyunları seçilmiş və bu qoyunların bir qismi – Qarabağ cinsi ana qoyun və Bozax cinsli qoyunlar, hissar qoçundan alınaraq dondurulmuş və əməkdaşlar tərəfindən duruldularaq, təcrübə qoyunlarında süni mayalandırılma aparılmışdır.

Təcrübənin aktuallığı və yeniliyi ondadır ki, hissar qoyunları çox yüksək ət məhsuldarlığına malik olmaqla və öz müsbət əlamətlərini nəslinə asan keçirmə xassəsinə malikdir. Alınmış yeni mələzlər valideyn formalarına nisbətən daha məhsuldardırlar.

Tətbiqi xarakterli işlər kimi, Samux rayonunun Qarayeri (fermer Mamed Ələkbərov), Goranboy rayonunun Xoylu kəndi ( fermer Azad İbrahimov), Göy-göl rayonu ( fermer Suliddin Mahmudov), Zaqatala rayonunun Bəhmənli, Əliabad, Yuxarı Tala, Muğanlı və Aşağı Tala kənd bələdiyyələri, Samux, Göy-göl, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Goranboy rayonlarının fermer və torpaq mülkiyyətçilərinin torpaqlarında taxıl sahələrinin aprobasiyası və analizi, Şəmkir rayonunun “Süleyman” kəndli-fermer təsərrüfatında damazlıq seleksiya və süni mayalanma işləri, “Şəmkir quşçuluq MMC” təşkilatında quş əti və yumurta istehsalı üsulunun yaxşılaşdırılması tədbirləri davam etdirilir. Əksər kafedralar qabaqcıl fermer təsərrüfatları ilə müqavilə bağlayıb sifarişli əsaslarla elmi-tədqiqat işi davam etdirilmişdir.

Aqronomluq fakültəsində torpaqların kimyəvi xassələrini analiz etmək üçün müasir avadanlıqlarla təmin olunmuş laboratoriya yaradılmış, torpaqların münbitliyinin artırılması və bərpası üçün tövsiyələr işlənib hazırlanmışdır;

Elektroenergetika sahəsində elektrik təchizatı və müəssisədaxili şəbəkələrdə elektrik enerjisi itkilərinin aradan qaldırılması layihəsi və kiçik, orta su sərfinə malik dağ çaylarının üzərində su elektrik stansiyalarının tikilməsi üçün texniki layihə işlənib hazırlanmışdır. Layihə əsasında Rusiya Elmi-Tədqiqat Rezin Sənayesi İnstitutunun zavodunda orijinal günəş kollektoru hazırlanaraq sınaqdan çıxarılmışdır.

Hesabat ilində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Torpaqşünaslıq və Aqrokimya sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi planlaşdırılmışdır və artıq tərəflər arasında təcrübə mübadiləsi davam etdirilir..

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, ADAU-da tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistirlərdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması, “Genetika”, “Biotexnologiya”, “Virusologiya”, “Seleksiya və toxumçuluq”, “Tərəvəzçilik” və “Meyvəçilik” elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması ilə kadr hazırlığının həyata keçirilməsi, habelə baza kafedrasının yaradılması nəzərdə tutulmuş və bu istiqamətdə müştərək işlər yerinə yetirilir.

2016-cı ilin birinci yarımilində 15 nəfər fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmiş, 9 nəfərin fəlsəfə doktorluğu dissertasiyalarının müzakirəsinin keçirilməsi üçün Ali Attestasiya Komissiyası tərəfindən müvafiq icazə verilmişdir. Hazırda universitetdə 226 nəfər doktorant təhsil alır.

Hesabat dövründə aşağıda qeyd olunan konfrans, seminar və müşavirələr keçirilmişdir:

22 aprel 2016-cı il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Heydər Əliyevin ideyaları işığında” mövzusunda bakalavr və magistrların xarici dillərdə (ingilis, alman, fransız və rus) ümumşəhər elmi-praktik konfrans keçirilmişdir. Müxtəlif bölmələrdə 150-dən artıq məruzə dinlənilmişdir.

04-05 may 2016-cı il tarixlərində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə” həsr olunmuş 2015-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktik konfrans keçirilmişdir.

Konfransda 145 məruzə dinlənilmişdir.

08 iyul 2016-cı il tarixində tanınmış torpaqşünas alim akademik Məmmədtağı İbrahim oğlu Cəfərovun anadan olmasının 80-ci ildönümünə həsr olunmuş “Azərbaycanda torpağın münbitliyinin artırılması yolları” mövzusunda Respublika elmi-praktik konfransı keçirilmişdir.

03-04 oktyabr 2016-cı il tarixlərində Aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilmişdir. Konfransda 17 xarici ölkədən (FAO-nun Azərbaycandakı nümayəndəsi Melek Çakmak, Türkiyə, Almaniya, Gürcüstan, Tayland, Çex Respublikası, Polşa, Banqladeş, Bolqarıstan, Rusiya, Ukrayna, Rumıniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova,Yunanıstan) 52 nəfər nümayəndə iştirak etmişdir.

Konfransda Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın nəzdində olan elmi-tədqiqat institutlarının rəhbərləri və aparıcı alimləri iştirak etmişlər.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin