Mir Cəlalın (1908–1978) satirik və yumoristik məzmunlu hekayələri. Azərbaycan sovet romanının inkişafında M.Cəlalın rolu. “Dirilən adam” romanında yazıçının novatorluğu. Ədəbiyyatımızda Mirzə Ələkbər Sabirin ilk bədii obrazının yaranması. (“Yolumuz hayanadır”) “Bir gəncin manifesti” romanında köhnə dünyanın törətdiyi faciələrin bədii əksi. Mir Cəlalın satirik üslubda yazdığı “Açıq kitab” romanı. Mir Cəlalın elmi fəaliyyəti.
Mehdi Hüseynin yaradıcılığı (1909-1965)Mehdi Hüseyn-XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi. Mehdi Hüseynin ilk hekayələri. M. Hüseynin "Fəryad" povestində müharibə və onun törətdiyi faciələr haqqında bitkin bir təəssürat yaratması. Mehdi Hüseynin "Daşqın" romanı Azərbaycan sovet romanının ilk nümunələrindən biri kimi. Yazıçının "Tərlan" romanı və əsərdə kollektivləşdirmə uğrunda gedən mübarizənin təsvir olunması. "Kin" povestində inqilab ərəfəsində olan Azərbaycan kəndinin təsviri: əsərdə iki gəncin sevgisindən söz açması, feodal-patriarxal həyat tərzinin sarsıldığını göstərməsi. Mehdi Hüseynin Azərbaycan tarixi nəsrinin inkişafında mühüm rol oynaması. Yazıçının “Komissar” povesti və “Səhər” tarixi romanı. Mehdi Hüseynin tarixi mövzuda yazdığı pyesləri: “Nizami”, “Cavanşir” və “Şeyx Şamil”. Mehdi Hüseyn - tənqidçi kimi.