Ənvər Məmmədxanlının (1913-1990) yaradıcılığı. Ənvər Məmmədxanlının orijinallığı ilə seçilən hekayə yaradıcılığı. ”Buz heykəl”, “O mahnılarda qayıtdı” hekayələrindəki təhkiyənin strukturu. Yazıçının Güney Azərbaycanın həyatından bəhs edən hekayələri: ”Boyunbağı”, “Karvan dayandı”, “Baş xiyabanda”, “Qızıl qönçələr”. Ənvər Məmmədxanlı - dramaturq kimi. “Şərqin səhəri” pyesində hadisələrin Bakıda və Həştərxanda cərəyan etməsi. Pyesin inqilabi hərəkatın həm bədii, həm də təbii əksi baxımından maraq doğurması. “Od içində” pyesində Güney Azərbaycanda milli-azadlıq hərəkatı dağıldıqdan sonra cərəyan edən hadisələrin təsvir olunması. “Şirvan gözəli” komediyasında satirik məzmun. Ənvər Məmmədxanlının tarixi əsərləri: “Babək” romanı və “Xürrəmilərin ağ şahini” pyesi.