Əhməd Cavadın (1892-1937) yaradıcılığında milli azadlıq və istiqlal uğrunda mübarizə motivləri. Əhməd Cavad-Cümhuriyyət şairi kimi. “Qoşma” və “İstiqlal uğrunda şeirlər” kitablarının çap olunması.
Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) yaradıcılığı. Yusif Vəzir Çəmənzəminlinin ilk hekayələrinin bədii xüsusiyyətləri.Yazıçının rəngarəng tiplər silsiləsi, bədii lövhələrin koloritliyi. Yusif Vəzirin “Gələcək şəhər” əsəri Azərbaycan nəsrində fantastik hekayə nümunəsi kimi. Yusif Vəzir Çəmənzəminlinin romanları. “Studentlər” romanınında Kiyevdə təhsil alan azərbaycanlı tələbələrin həyat və məişətləri, mədəni-maarif sahəsindəki düşüncələri, ətrafda cərəyan edən hadisələrə baxış və münasibətlərin qələmə alınması. ”Qızlar bulağı” romanı Azərbaycanın tarixinə dair axtarışların nəticəsində yaranan əsərlərdən biri kimi. “İki od arasında” romanı xronoloji baxımdan əhatə dairəsi geniş olan əsər kimi. Romanın tarixi faktlar, dövrün mühüm hadisələri əsasında qurulması. Romanın süjet xəttinin mərkəzində XVIII əsrdə yazıb-yaratmış görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin dayanması. Yusif Vəzir Çəmənzəminlinin elmi fəaliyyəti.