Heca vəzni. Azərbaycan şeirinin vəznləri: heca, əruz, sərbəst şeir. Azərbaycan şeir ölçülərinin tələb və xüsusiyyətləri. Şeir vəznlərinin paralel inkişafı və onların bir-birinə təsiri. Heca vəznin Azərbaycan şifahi xalq ədəbiyyatında, aşıq yaradıcılığında geniş yayılması. Müasir şeirdə heca vəznin inkişafı. Heca vəznin ölçü müxtəlifliyi.
Əruz vəzni.Əruz vəznin yaranması və inkişaf tarixi. Əruzun Azərbaycan klassik poeziyasının aparıcı vəzni olması. Əruz vəznin ölçü və təfilələri. Əruzun bəhrlərə və dairələrə bölünməsi. Azərbaycan ədəbiyyatşünaslığında əruzun elmi şəkildə araşdırılması. Əruz vəzninin Azərbaycan poeziyasında ən işlək bəhrləri.
Sərbəst şeir.Sərbəst şeirin yaranması və inkişafı. Sərbəst şeirdə misraların və qafiyələrin sərbəstliyi. Sərbəst şeirdə ahəngin aparıcı olması. Müasir dövrdə sərbəst şerin geniş yayılması.