Postmodernizm ədəbi estetik cərəyan kimi.Postmodernizmin XX yüzilliyin 80-ci illərində Amerika və Avropanın bəzi inkişaf etmiş ölkələrində müstəqil ümumestetik fenomen kimi qəbul olunması. Postmodernizmin modernizmin həm davamı, həm də inkarını göstərən bədii cərəyan kimi meydana çıxması. Postmodernizm və dekonstruksiya.
Ədəbiyyatşünasılqda tədqiqat metodları
XX əsrdə təşəkkül tapmış ədəbiyyatşünaslıq cərəyanları və məktəblərinin XIX əsrdə Qərbi Avropada yaranmış ədəbiyyatşünaslıqla bağlı olması.
Bioqrafik metodun ilk ədəbiyyatşünaslıq metodlarından biri olması. Fransız romantizminin nümayəndəsi Sent-Bövün bioqrafik metodun əsasını qoyması.Bioqrafik metodun bədii yaradıcılığın subyektinə söykənməsi.
Mifoloji metodun ədəbiyyatın müqayisəli, folklorla vəhdətdə öyrənilməsinə maraq oyatması. Mifoloji nəzəriyyənin nümayəndələri.
Mədəni-tarixi metodun mifoloji nəzəriyyə ilə eyni dövrdə yaranması. Metodun tərəfdarlarının sənəti həyatın, xalqın tarixinin müəyyən üsullarla ifadə vaistəsi kimi təqdim etməsi. Mədəni-tarixi metodun nümayəndələri.
Müqayisəli-tarixi metod, yaxud komporativizmin xüsusiyyətlərini alman sanskritoloqu T.Benfeyin müəyənləşdirməsi.Metodun tərəfdarlarının iqtibas və təsir, süjetin keçiciliyi anlayışlarının əsas hesab etmələri.Metodun nümayəndələri.
Psixoanalitik metodun XX əsrdə avstriyalı mütəfəkkir Z.Freydin təlimi əsasında formlaşması. M eyl və şüursuzluq təliminin bu metodda aparıcı yer tutması.
Formal metodun məzmuna etinasız qalması bədii yaradıcılıqda cəmiyyətin, həyatın inkişaf qanunauyğunluqlarının, sosial mühitin, sənətkarın dünyagörüşünün rolunu inkar etmələri.Formal metodun nümayəndələri.
Dostları ilə paylaş: |