XIII-XIV əsrlər anadilli Azərbaycan ədəbiyyatında “Yusif və Züleyxa”
XIII-XIV əsrlərdə ədəbiyyatın inkişafı. Bu dövrdə anadilli Azərbaycan ədəbiyyatında “Yusif və Züleyxa” mövzusu. Mövzunun tarixi və işlənmə arealı. Qul Əli, həyatı və şəxsiyyəti, müəllifin “qisseyi-Yusif” əsəri, vəzni, qafiyə xüsusiyyətləri, dil-üslub keyfiyyətləri. Əsərin digər eyniadlı əsərlərlə müqayisəli təhlili. Bu əsərlərin “Quran” təfsirləri və xalq ədəbiyyatı, folklor materialları ilə əlaqəsi.
Şeyx Mahmud Şəbüstəri yaradıcılığının orta əsrlər Azərbaycan ədəbiyyatında yeri.
Mahmud Şəbüstəri, həyatı, yaşadığı mühit, yaradıcılıq fəaliyyəti. “Miratül-mühəqqiqin” (Həqiqət axtaranların güzgüsü), “Gülşəni-raz” (Sirr bağçası), “Səadətnamə” əsərləri. “Gülşəni-raz”ın yazılma səbəbi, məzmun və ideya xətti. Əsər sufi-irfani ideyaların (insan, varlıq, idrak, təfəkkür, əxlaq və s. məsələlər) və onlara aid olan əsas anlayışların və rəmzlərin izahı kimi. Kamil insan nəzəriyyəsi. Əsərin dünya səviyyəsində tanınması və tərcümə edilməsi, ona yazılan şərhlər və nəzirələr.
Dostları ilə paylaş: |