Ministry of Education of the Republic of Azerbaijan Baku Engineering University Faculty: "Architecture and Construction". Department: "Architecture and Design". Course Title: Engineering communication systems of buildings



Yüklə 267 Kb.
səhifə3/12
tarix10.10.2022
ölçüsü267 Kb.
#118188
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   12
LECTURE 1 About heating appliances.

TEXNİKİ TERMODİNAMİKA





      1. TERMODİNAMİKİ SİSTEM

Texniki termodinamikada əsas anlayışlardan biri olan termodinamiki sistem, öz aralarında və elcə də xarici mühitlə mexaniki və istilik təsirində olan maddələrdir. Sadə termodinamiki sistemə silindrdə olan qazın hərəkət edən porşenlə genişlənməsi və ya sıxılması misal ola bilər. Sistemə daxil olmayan maddə xarici mühit adlanır. Termodinamik sistem ətraf mühitdən nəzarət səthi (örtük) ilə ayrılır. Yuxarıda baxılan misalda silindrin divarı və porşen nəzarət səthi, ətraf hava isə xarici mühitdir. Termodinamiki sistemin mexaniki və istiliyin qarşılıqlı təsirləri nəzarət səthi vasitəsilə baş verir. Mexaniki əlaqədə termodinamiki sistem iş görə bilir. İstilik qarşılıqlı təsirləri isə termodinamiki sistemin ayrı-ayrı maddələri arasında və sistem ilə ətraf mühit arasında baş verir. Baxılan misalda qaza istilik silindrin divarından verilə bilər.




Termodinamik sistemlə ətraf mühit arasında maddə mübadiləsi olmadıqda qapalı, əks halda isə açıq sistem adlanır. Axınlı sistem açıq termodinamik sistemin xüsusi halıdır ki, bu halda sistemin bir hissəsinə maddə daxil olur, başqa bir hissəsindən isə xaric olur.
Termodinamik sistemin nəzarət səthi ilə ətraf mühit arasında maddə və istilik mübadiləsi olmadıqda buna izolyasiya edilmiş sistem deyilir. Ətraf mühitlə istilik izolyasiyasında olan sistemə adiabatik sistem deyilir.
Texniki termodinamikada istilik və işin qarşılıqlı çevrilmələri baş verən termodinamiki sistemlər öyrənilir.
Termodinamiki sistemin müxtəlif hissələri arasında makroskopik maddə və enerji mübadiləsi olmadıqda buna müvazinətdə olan sistem deyilir. Müvazinətdə olmayan termodinamik sistemin içərisində zamandan asılı olaraq hal parametrləri dəyişir. Sistemin müvazinətdə olması üçün onun, maddə və enerji mübadiləsinə səbəb olan parametrləri maddədə bərabər paylanmalıdır. Belə ki, müvazinətdə olan termodinamiki sistemin bütün nöqtələrində temperatur və təzyiq eyni olmalıdır. İzolyasiya edilmiş sistemlər bir müddət sonra müvazinətləşir.



Yüklə 267 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin