MİR CƏLAL
(1908-1978)
HƏYATI, YARADICILIĞI
Mir Cəlal (Cəlal Əli oğlu Paşayev) 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Lakin sonralar Gəncə şəhərinə gəlmiş, ibtidai təhsilini burada almış, uşaqlıq və ilk gənclik illərini burada keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, qurtaranda Gədəbəy yeddiillik məktəbinə müəllim göndərilmişdir. 1929- 1930-cu illərdə l saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, "Kommunist" və "Gənc işçi" qəzetlərində işləmişdir. 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi götürülmüş, 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir.
1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" tədqiqatına görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərinə görə fİlologiya elmləri doktoru adına layiq görülmüşdür. Yazıçılıq, 6 alimlik, müəllimlik sənətini yanaşı - əlaqəli davam etdirərək uzun müddət respublika Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1961-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində kafedra müdiri və müəllim işləmişdir. O, Füzuli irsinin sovet dövründə ilk gözəl tədqiqatçılarından biri, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssisi, müasir ədəbi proseslə ciddi maraqlanan nüfuzlu alim, respublikanın əməkdar elm xadimi, milli kadrların hazırlanması, gənc nəslin yetişməsi və təlim-tərbiyəsi sahəsində böyük əməyi olan istedadlı pedaqoq idi. Xalqına qeyrət və vicdanla xidmətlər göstərmiş Mir Cəlal 1978-ci il sentyabrın 28-də vəfat etmişdir.
Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev istedadı və yaradıcılıq əzmi ilə Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yol aça bilmişdir.
Bütün bunlarla bərabər, Mir Cəlal Paşayev daha çox görkəmli yazıçı kimi şöhrət qazanmışdır. O, XX əsr Azərbaycan bədii nəsrinin böyük yaradıcılarından biridir. Hekayə, povest və roman janrlarında yazdığı qiymətli əsərləri ilə Mir Cəlal özünəməxsus ənənəsi olan Azərbaycan nəsrində mühüm yer tuta bilmiş, yüksək ədəbi mövqe qazanmışdır.
Məlum olduğu kimi, bütövlükdə sovet nəsrinin yaradıcıları əsasən yeni epoxanm geniş siyasi-ideoloji mənzərəsini əks etdirən epik əsərlərə üstünlük verməli olmuşlar. Buna görə də onların əsərlərində ictimai motivlər və ideoloji meyillər geniş yer tutmuşdur. Mir Cəlal isə insanın, xüsusən müasirlərinin daxili mənəvi aləminin bədii ədəbiyyatda təqdimini ön mövqceyə çəkmişdir. İnsan mənəviyyatının ibrətamiz daxili zənginliklərinin açılıb göstərilməsi istiqamətindəki davumlı yaradıcılıq axtarışları nəticəsində meydana çıxan nəsr əsərləri ilə ədib yeni dövr Azərbaycan ədəbiyyatında əhəmiyyətli mövqe qazanmışdır. Buna görə də, Mir Cəlalın bədii əsərlərində ideologiya deyil, insanlıq idealları daha qabarıq ifadə olunmuşdur.
Azərbaycan ədəbiyyatında kiçik hekayənin əsas yaradıcıları sırasında Mir Cəlalın böyük yeri vardır. Bu cəhətdən «Molla Nəsrəddin» məktəbinin ədəbi ənənələrinə xüsusi ehtiramla yanaşan Mir Cəlal Azərbaycan hekayəsini yaşadığı dövrün mövzuları və mətləbləri ilə zənginləşdirmişdir. O, formaca klassik və məzmunca yeni reallıqları ifadə edən Azərbaycan hekayəsinin mükəmməl nü- munələrini yaratmışdır. Sadəlik, təbiilik, həyatilik, tərbiyəvilik Mir Cəlalm hekayə yaradıcılığının əsasını təşkil edir. Onun əsərlərində sadə insanların obrazları real həyatdakı insanları mənəvi-psixoloji cəhətdən ümumiləşmiş şəkildə oxucuya çatdırılır. Bu mənada hekayələr kitablarının müxtəlif illərdə «Həyat hekayələri» (1945), «Sadə hekayələr» (1955) adları ilə nəşr edilməsi təsadüfi olmayıb, Mir Cəlalın fərdi üslubunun özünəməxsusluqlarını əyani şəkildə əks etdirir.
Yazıçı hekayələrdəki adi mətləblərin yüksək bə dii şəkildə təsviri ilə oxucuda dərin hislər, saf duyğular, əxlaqi-mənəvi keyfiyyətlər aşılayır. Mənəviyyat dərsləri kimii səslənən hekayələr yazması Mir Cəlalın həm də bütün ömrü boyu müəllimlik fəaliyyəti ilə məşğul olmasından da irəli gəlirdi.
Mir Cəlalın romanları da Azərbaycan nəsrində fərqli hadisədir.Hekayələrində olduğu kimi, romanlarında da o, zamanın diqtə etdiyi ideoloji mətləbləri deyil, müşahidə etdiyi həyat həqiqətlərini və real insan obrazları əks etdirməyə üstünlük vermişdir. Onun romanlarında canlı həyati proseslərin axarında təsvir edilən insanın fəaliyyətinə və mənəviyyatına orijinal yazıçı baxışları ifadə olunmuşdur. Mir Cəlal hekayəçilikdə nümayiş etdirdiyi yüksək sənətkarlığı romanlarında daha da inkişaf etdirmişdir. Çətin və mürəkkəb ictimai-ideoloji proseslərin içərisindən o, daha çox olan ibrətamiz hadisələri və yadda qalan sadə insanları seçmiş, geniş bədii ümumiləşdirmə apararaq XX əsrin ortaları Azərbaycan ədəbiyyatının yeni səhifələrini açmışdır.
Mir Cəlal «Dirilən adam» romanı ilə (1934) Azərbaycan ədəbiyyatına mü- kəmməl tale romanı yaradan yazıçı kimi daxil olmuşdur. Əsərdəki Qədir obrazı sərt ictimai mühitin girdabından çıxıb həyatda özünü təsdiq etmək üçün mübarizə aparan, lakin cəmiyyətdə dayaq tapa bilməyən insanların keşməkeşli taleyini əks etdirir.
«Yaşıdlarım» (1946) avtobioqrafik romanında maarifçi mühitin fərqli meyillərinə əks etdirən yazıçı əslində milli ziyalılığın közərən işıqlarını diqqət mərkəzinə çəkmişdir. Mir Cəlalm «Bir gəncin manifesti» romanı (1938) isə ədəbi tənqiddə haqlı olaraq, Azərbaycan ədəbiyyatının yeni dövrünün manifesti kimi təqdim edilmişdir. Ədibin realizmi «Bir gəncin manifesti» romanında bütün gücü və geniş imkanları ilə qabarıq surətdə nəzərə çarpır. Bu romanda yazıçı təkcə əsərin qəhrəmanı Baharın haqlarını müdafiə etmək, çağırışlarım əks etdirməklə kifayətlənmir, bütövlükdə insanlığın manifestini canlandırır.
Mir Cəlal tarixi-siyasi mövzuda yazılmış bu əsərdə həyat həqiqətlərini və sadə insanları böyük məharətlə təsvir edib ümumiləşdirmişdir. Müəlllifin əsərdə hadisələrin təbii məntiqi ilə əsaslandırdığı «Itə ataram, yada satmaram» fikri milli mövqeyi, xalq mənafeyini hər şeydən üstün tumaq ideyasını əks etdirir.
«Yolumuz hayanadır» (1957) romanında isə tarixiliklə müasirlik bir yerdə, üzvi əlaqədə qələmə alınmışdır. Əsərdə Azərbaycan satirik şeirinin banisi olan Mirzə Ələkbər Sabirin keşməkeşli həyatı və ədəbi mübarizəsinin fonunda sənətkar və zaman münasi- bətlərinin məsuliyyəti və gərginlikləri ön mövqeyə çəkilmişdir. Mir Cəlal zamanına görə müasir mövzularda dilə gətirilməsi çətin olan vətəndaşlıq qayəsi haqqındakı baxışlarını tarixi mövzuda yazılmış bir roman vasitəsilə ifadə etmişdir. Məsələnin bu cəhəti əslində böyük ədəbiyyatın getməli olduğu yolun Mir Cəlalın yaradıcılığındakı əks-sədasıdır. «Yolumuz hayanadır» romanı ilə Mir Cəlal tarixilik, vətəndaşlıq və müasirlik baxımından böyük ədəbiyyatın əbədi yolu ilə getmək istiqamətində qərarlı yazıçı iradəsini nümayiş etdirir. «Yolumuz hayanadır» romanı həm də Mir Cəlalın ürəkdən bağlı olduğu «Molla Nəsrəddin» ədəbi məktəbinə, bu məktəbin görkəmli nümayəndələrinə böyük ehtiramının bədii ifadəsi kimi də əhəmiyyətlidir.
Ədibin bədii yaradıcılığı Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev ənənələrinin yeni tarixi şəraitdəki davamı kimi səslənir. Məlumdur ki, «Molla Nəsrəddin» ədəbi məktəbindən sonra, xüsusən keçən əsrin 30-50-ci illərində ədəbiyyat böyük sürətlə ideologiyalaşdırılmışdı. Bununla belə, sovet rejiminin sərt ideoloji mühiti çərçivəsində də ideologiyadan uzaq, böyük çətinliklər bahasına olsa da, vətənə və millətə xidmət edən əsl ədəbiyyat nümunələri yaranmışdır. Mir Cəlal, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Sabit Rəhman kimi yazıçılar həmin prosesdə daha fəal mövqeyə malik olan sənətkarlar kimi diqqəti cəlb edirdilər. Mir Cəlal sovet rejiminə dəyib-toxunmadan təbii olaraq gerçək həyatı və sadə, sıravi, adi insanların mənəvi aləminin incəliklərini ifadə etməyə üstünlük verirdi.
Mir Cəlal milli ruhlu Azərbaycan yazıçısı idi. Ədibin əsərlərində xalq həyatınm və milli mənəviyyatın ən incə, ülvi məqamları, adət-ənənələrimiz, azərbaycanlı xarakteri özünün dolğun bədii əksini tapmışdır. Mir Cəlal daha çox sadə, adi insanların həyatından bəhs etməyi, onların obrazlarını yaratmağı qarşısına məqsəd qoymuşdur. O, bu istiqamətdə ustad Mirzə Cəlilin yoluna sadiq qalaraq yeni şəraitdə kiçik adamı böyük ədəbiyyatın əsas qəhrəmanı səviyyəsində təqdim etməyə nail olmuşdur.
Oxucular Mir Cəlalın əsərlərindən onun doğma vətəni və xalqınm özünəməxsusluqları haqqında tam, bütöv, real və geniş təsəvvür əldə edirlər. Əslində böyük ədəbiyyatın əsas vəzifəsi və real missiyası da bundan ibarətdir.
Mir Cəlalın səmərəli elmi fəaliyyəti, ədəbiyyatşünas alim kimi xidmətləri də böyükdür. Mir Cəlal, hər şeydən əvvəl, ədəbiyyat nəzəriyyəçisidir. Onun «Füzulinin poetikası» adlı namizədlik (1940), «Azərbaycanda ədəbi məktəblər» problemindən bəhs edən doktorluq dissertasiyaları (1948), ali məktəblərin filologiya fakültələrinin son 30 ildən artıq bir dövrdəki əsas dərsliyi olan «Ədəbiyyatşünaslığın əsasları» ədəbiyyat nəzəriyyəsinin aktual məsələlərinə həsr olunmuş ciddi və sanballı elmi əsərlərdir. Mir Cəlalın ədəbiyyatşünaslığın bu istiqamətində yazılmış elmi əsərləri zamanın sərt sınaqlarından uğurla çıxmışdır. Fikrimizcə, bunun əsas səbəbi bədii yaradıcılığında olduğu kimi, elmi əsərlərində də onun ideoloji tələblərdən deyil, ədəbiyyatın özünə, ədəbi prosesin qanunauyğunluqlarına daha çox istinad edilməsi ilə bağlıdır. «Füzuli sənətkarlığı» monoqrafiyasmda qüdrətli şairin lirikasının bənzərsizlikləri, poemalarının özünəməxsusluqları təhlil olinmuşdur. «Azərbaycanda ədəbi məktəblər» monoqrafıyası ədəbi məkanı, aktual və sanballı problemləri əhatə edən elmi əsərdir.
Mir Cəlalın müəllifi olduğu «XX əsr Azərbaycan ədəbiyyatı» dərsliyi milll ədəbiyyatımızın konkret bir tarixi mərhələsi haqqında meydana çıxmış çox sanballı ədəbiyyat tarixidir.
Mir Cəlalın uzun illər Azərbaycan Dövlət Universitetində oxuduğu mühazirələr ədəbiyyatşünasların və pedaqoqların bir neçə nəslinin formalaşmasında müstəsna rol oynamışdır. O, yazıçılıq və ədəbiyyatşünaslıq sahə sində olduğu kimi, müəllim kimi də bənzərsiz və ucadır.
O, çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Bədii ədəbiyyat, publisistika və elmi fəaliyyət onun yaradıcılığının qanadlarıdır. Mir Cəlalın publisistikası Azərbaycan mətbuat aləmində sadə və ay dın məzmunu, geniş bədiilik imkanları, cəlbedici dili və üslubu ilə səciyyələnir. Hətta yazıçının bəzi publisistika nümunələri bədiilik xüsusiyyətlərinə görə hekayə təəssüratı yaradır.
Hazırkı mərhələdə Mir Cəlalın adı və fəaliyyəti ilə bağlı olan yazıçılıq, alimlik, müəllimlik ənənələri yaşayır və müstəqil ölkəmizdə ədəbiyyatın, elmin və milli maarifçi mühitin yenidən dirçəldilməsinə uğurla xidmət edir.
“AÇIQ KİTAB” ROMANI
1941-ci ildə tamamlanan, lakin müharibə başlandığı üçün 1944-cü ildə ("Vətən uğrunda", №2, 3, 4-5) çap olunan "Açıq kitab" müəllifin nisbətən az öyrənilmiş, müasir mövzulu ilk romanıdır. Romanda maarifçi mühiti çirkləndirən insanların faciəsinin ictimai mahiyyəti açılıb göstərilir.” Əsərin süjeti bilavasitə ziyalı mühiti, məktəb həyatı ilə bağlansa da, o sahə ilə məhdudlaşmır, 30-cu illərin mürəkkəb hadisələrindən də bəhs olunur. Dövrün bir sıra nöqsan və mənfilikləri cəsarətlə açıqlanır, "gəldiyevçiliyin" ictimai xarakteri dürüst müəyyənləşdirilirdi. O zaman haqqında müxtəlif mülahizələr söylənən roman həm yüksək qiymətləndirildi, həm də kəskin tənqid olundu. Bəziləri onu "həqiqətin üzünə dik baxan əsər", Mir Cəlalı "ədəbiyyata həyat gətirən yazıçı" adlandırır, bəziləri də "Açıq kitab"a başqa cür yanaşır, müəllifi həyat həqiqətini təhrif etməkdə, varlığı birtərəfli qələmə almaqda, mütərəqqi realist ənənələrdən uzaqlaşmaqda, zəif və sönük əsər yazmaqda günahlandırırdı.
İllər keçdi. "Açıq kitab" həqiqəti əsasən inandırıcı və düzgün canlandırdığı üçün yaşadı, ədəbiyyatımızın tarixinə qüvvətli realist əsər kimi daxil oldu. Çünki doğrudan da "Mir Cəlal həmin əsərində həyata və həqiqətə sadiq yazıçı, insan psixologiyasını dərindən bilən, onu təsvir və təmkinlə əks etdirən, müasir varlığı dərin məhəbbətlə sevən sənətkar kimi çıxış etmişdi" (Qulu Xəlilov). Burada həyat həqiqəti məharətlə qələmə alınmış, varlıq tam halında konkret yaradıcılıq məqsədi baxımından işıqlandırılmışdı.
"Açıq kitab" satirik roman olsa da, lirik və dramatik məqamları da az deyil. Mir Cəlal həyatı əks etdirdiyi, həyatın təzadlarını açdığı, insan münasibətlərinin konkret vəziyyət və şərait daxilindəki xarakterini, gözəllik və çirkinliyin mahiyyətini göstərdiyi üçün həmin cəhətlər çox vaxt əlaqəli şəkildə real təzahürünü və bədii təcəssümünü tapmışdır. Bir çox mənfi xüsusiyyətlər, neqativ hallar, xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində qurmaq ehtirası Kərim Gəldiyevin simasında məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir. Obrazın... “əzməsən əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin təkində də olsa enməyi bacar!" kimi "həyat fəlsəfəsi" var ki, onun hər şeyə - varlığa, ailəyə, qadına, dosta, yoldaşa, işə münasibəti də ordan qidalanır.
Özünə rahat güzəran yaratmaq üçün heç nədən çəkinməyən tipin fəaliyyətinin əsas istiqamət və mahiyyətini yalan danışmaq, böhtan atmaq, hədə-qorxu gəlmək, tor qurmaq, satqınlıq və xəyanət etmək kimi xüsusiyyətlər təşkil edir. Romanda Geldiyevin düşdüyü mühit də, ona havadar çıxanlar da real boyalarla verilir. Əvvəllər törətdiyi cinayətlərin üstü açılacağını görüb, "oxumaq" niyyəti ilə o, rayondan şəhərə qaçmış, instituta girmişdir. İndi əməllərini başqa şəraitdə, təzə "dostlar" və tanışlar əhatəsində davam və inkişaf etdirir. Gəldiyev "müasir" bürüncəkli rəzil, təhlükəli və zərərli varlıqdır. Şəhərdə də qala bilməyib yenidən "əkilməyə" çalışan, meşədə quru qarağac kötüyü üstündə əyləşib xəyala dalan Gəldiyev daxilində bir səs eşidir: "Bir də göyərsəydim".
Bu, mənalı işarə və ciddi xəbərdarlıqdı. Bu o deməkdir ki, gəldiyevlər hələ ölməmişlər, "münbit" zəminə düşən kimi imkan tapıb təzədən "cücərə" bilərlər. Belələrinə qarşı ayıq-sayıq olmaq lazımdır. Bu, oxucuya hazır təqdim edilmiş mülahizə deyil, hadisə və vəziyyətlərin inkişaf məntiqindən təbii yolla çıxarılan, sənətkar qələmi ilə əsaslandırılan bir həqiqətdir. Mir Cəlalın yaradıcılığında başlıca tədqiq və inikas obyekti, hər şeydən əvvəl, insandır, onun mənəvi dünyası, fikri-hissi həyatı, mübarizə və fəaliyyətidir. İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi sənətkar Mir Cəlalı da daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail olmuşdur. Müəllifın realist qələmlə canlandırdığı surətlər bir-birinə oxşamır, hərəsinin öz daxili aləmi həyata öz baxışı, öz təfəkkür tərzi, orijinal xarakteri, bu xarakteri fərdiləşdirən və, ümumiləşdirən keyfiyyətləri var. İstər müsbətin təsdiqində, ona yol açılmasında, istərsə də mənfınin inkarında, onun aradan qaldırılmasında müəllif qabaqcıl mövqedən çıxış etməyə, düzgün prinsiplərə arxalanmağa çalışımışdır.
Mir Cəlal əsərlərində süjet inkişafını ləngidən təfərrüatlardan qaçmağa cəhd edir, hadisə və mətləbin məğzini təşkil edənləri ön plana çəkir, fikri 12 bədii məqsədəuyğun, bəzən ciddi, bəzən də yumoristik tərzdə oxucuya çatdırmağa diqqət yetirirdi. İstəyirdi ki, yaratdığı obrazların fəaliyyəti, şəxsi-ictimai taleyi, həyat yolu, daxili aləmi, fərdi psixologiyası açılsın; onlar münasib bədii cizgi və vasitələrlə səciyyələnsin. Ədibin əlvan, zəngin sənət qalereyasında yaddaqalan surətlər az deyil. Bəbir bəy, Qədir, Qumru ("Dirilən adam"), Mərdan, Bahar, Sona, Hacı İbrahim Xəlil ("Bir gəncin manifesti"), Vahid, Sadıq kişi, Kərim Gəldiyev, Rübabə ("Açıq kitab"), Kərimzadə, Səlim, Nəriman ("Yaşıdlarım"), Yunis ("Təzə şəhər"), Sabir, Əntiqə, Bəndalı ("Yolumuz hayanadır") və başqaları həmin yolla yaradılmışdır. Mir Cəlalın əsas hekayə və romanları həyati problemlər qaldıran, mənəvi-əxlaqi və ictimai-sosial məsələlər əks etdirən oxunaqlı, məzmunlu, tərbiyəvi əsərlərdir. Xalqımızın inkişaf yolunun və mübarizə tarixinin bir çox mənalı və ibrətli səhnələri burada öz əksini tapmışdır.” (Y.İsmayılov)
Dostları ilə paylaş: |