Mir Möhsün NƏvvab


PAPRAVƏND KƏNDİNİN ƏHVALATI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

PAPRAVƏND KƏNDİNİN ƏHVALATI 
 
Müsəlmanların yaşadığı Papravənd kəndi erməni kəndləri ilə əhatə 
olunmuşdu. Ermənilər burda özlərinin çoxluğuna arxalanaraq ətrafdakı erməni 
kəndlərindən böyük bir dəstə yaradaraq Mirzə bəy adlı erməni qımdatının 
rəhbərliyi altında qəflətən hücum edərək Papravənd kəndini mühasirəyə aldılar. 
Hücum sübh tezdən olduğuna görə kənd əhlinin əksəriyyəti tamam yuxuda, 
bəziləri isə sübh namazında idilər. Ermənilər kəndi mühasirəyə alarkən bir çoban 
hündür bir yerdə qoyun otarırdı. Ermənilərin Papravəndə hücumunu görən çoban 
qoyunları orada buraxıb müsəlman kəndlərinə qaçaraq xəbər verdi ki ermənilər 
Papravəndə hücum ediblər, onlara kömək etmək lazımdır.. Müsəlmanlar xəbəri 
eşidən kimi silahlanıb, atlarına minərək Papravəndə tərəf çapdılar. Onlar kəndə 
çatan kimi salavat nərəsi çəkərək erməniləri arxadan mühasirəyə aldılar. Arxadan 
və qabaqdan ermənilərə endirilən şiddətli zərbə nəticəsində onların arasında böyük 
tələfat oldu. Erməni dəstəsinin qarşısında durub atışan və ermənilərə göstəriş verən 
qımdat Mirzə bəyə birdən dörd güllə vurdular. O, çığırıb yerə sərildi. Onun 
öldürüldüyünü görən ermənilər qaçmağa başladılar. Müsəlmanlar onları təqib 
edərək bir qismini öldürdü, bir qismini isə yaraladılar. Ermənilərin sağ qalanları 
dağlarda və meşələrdə gizləndilər. Müsəlmanlar ermənilərin qarət üçün gətirdikləri 
kəl arabalarını qənimət kimi ələ keçirdilər. 


56 
ƏSGƏRAN ƏHVALATI 
 
Ermənilər Papravənddə böyük məğlubiyyətə düçar olduqdan sonra 
qımdatlar belə qərara gəldilər ki, hücum etmək onlar üçün əlverişli deyil. Yaxşısı 
budur ki, yolları kəsib müsəlmanların gediş-gəlişinə mane olaraq, şəhəri bir növ 
mühasirədə saxlasınlar. Bu məqsədlə onlar ayrı-ayrı dəstələr düzəldib Əsgəran 
qalası ətrafında gizli mövqelərdə yerləşdirdilər. Bu dəstələr yol ilə gəlib-gedənlərə 
güllə atmağa başladılar. Buna görə də yollardan gediş-gəliş kəsildi, kirəkeşlər və 
arabaçılar üçün hərəkət mümkün olmadı. 
Digər tərəfdən isə Rusiya vilayətində və Tiflisdə iğtişaş və tətillərin olması 
üzündən teleqraf və poçt işləmirdi. 
Qalada Yel dəyirmanı deyilən qayaların üstünə çıxaraq yollara nəzarət edən 
ermənilər gördülər ki, Xəlfəli və Kürdlər yaşayan məntəqələrdən də gəlib-gedən 
yoxdur. Kirəkeşlər dəyirmanlara un üyütmək üçün taxıl da apara bilmirdilər. Bu 
səbəbdən də şəhərdə ərzaq get-gedə azalır və bahalıq əmələ gəlirdi. Kasıblar və 
qəriblər üçün dolanacaq çətinləşirdi. Dəyirmanlar işləmədiyindən və un ehtiyatı 
azaldığından çörək dükanları bağlanırdı. 
ƏLAVƏ:
Xəbər çıxdı ki, Sisyan tərəfdə ermənilər dəstə bağlayıb 
müsəlmanların üstünə gəlirlər. Müsəlmanlar da zor bir dəstə yaradıb onların 
qarşısına çıxaraq atışmağa başladılar. Vuruşma iki gün sərasər davam etdi. 
Vuruşma zamanı müsəlmanlardan 20 nəfər şəhid oldu, bir neçəsi isə yaralandı. 
Ermənilər tərəfindən isə yaralananlardan başqa 50 nəfər öldürülmüşdü. Sisyanlılar 
on nəfər qalaya göndərirlər ki, oradan tüfəng və patron alıb gətirsinlər. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin