Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə43/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

QACAR KƏNDİNİN ƏHVALATI 
(1323-cü il zilhiccə ayı) 
 
Erməni tayfası kəndlərdən bir neçə dəstələr yaradaraq Qacar kəndinin 
üstünə hərəkət etdilər. Qacar kəndinin bir tərəfdən yerləşdiyi ərazi təhlükəli idi. 
Çünki Qacar kəndi erməni kəndləri ilə əhatə olunmuşdur. Bu rayonda müsəlmanlar 
az idi. Ermənilər əvvəlcə kəndin kənarında yerləşən üç evə hücum edərək həmin 
evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. İki nəfər 
müsəlmanı şəhid etdilər, birini isə yaraladılar. Əhvalatdan xəbərdar olan kimi 
Qacar kəndinin əhalisi yaxşı tədarük etdikləri silahlarla silahlanaraq ermənilərin 
qarşısına çıxdılar və onları hər tərəfdən gülləyə tutdular. Atışma bir neçə saat 
davam etdi. 
Ermənilərin Qacar kəndinə hücum etmələri haqqında xəbər tutan kimi ətraf 
müsəlman kəndlərindən çoxlu atlılar və piyadalar Qacar əhalisinin köməyinə gəldi. 
Köməyə gələn qüvvələrlə Qacar kəndinin döyüşən igidləri erməniləri mühasirəyə 
alaraq nərələr çəkib «A gədə, dur gəldim» deyir və onları gülləyə tuturdular. Qacar 
əhalisi kəndin içindən, köməyə gələn qüvvələr isə arxadan erməniləri qırmağa 
başladılar. Müsəlmanlar «Ya Əli!» nərəsi çəkə-çəkə onları təqib edib qırırdılar. 
Beləliklə, onları Tağ və Tuğ kəndinə kimi qovdular. Hər tərəf erməni meyidləri ilə 
dolu idi. Çoxunun tüfəngi, tapançası, patron və patrondaşları yanlarında düşüb 
qalmışdı. Qacar kəndinin ətrafında 135 nəfər yollarda və 265 nəfər isə çöllərdə 
erməni öldürülmüşdü. Beləliklə də, ermənilərin Qacar kəndinə hücumu onlardan 
400 nəfərin ölümü ilə nəticələndi. 
Müsəlman dəstələri Qacar kəndinə hücum etmiş erməniləri məğlub etdikdən 
sonra sərsər küləyi kimi Dirəxtin kəndinin üstünə gəldilər. Burada olan ermənilərin 
bir qismi qaçıb canını qurtardı, ələ düşənlər isə qətlə yetirildi. Dirəxtin kəndindən 
sonra müsəlman dəstələri Əfşar kəndinə hücum etdilər. Burada olan ermənilərə 


65 
lazımı zərbələr endirdikdən sonra Təcavirt binalarını və üç erməni dəyirmanını da 
dağıtdılar. 
Bu əhvalatdan bir neçə gün keçdikdən sonra bir erməni gizlincə gəlib, 
Qacar müsəlmanlarına xəbər verdi ki, bizim ermənilərdən bir neçəsi geyimini 
dəyişərək kazak çinovniki paltarında gəlib sizin silahlarınızı yığmağa cəhd 
edəcəkdir. Onların məqsədləri budur ki, silahları yığdıqdan sonra tökülüb sizi 
qırsınlar. Amma Allah xatirinə, mənim adımı çəkməyin, çünki mənim buraya 
gəldiyimi qımdatlar bilsələr, nəslimi yer üzündən silərlər. 
Müsəlmanlar onu arxayın etdilər. Bir neçə gündən sonra Qacar kəndinə bir 
general və yanında da neçə atlı kazak gəldi. General kəndin böyüklərini çağırıb 
əmr etdi ki, kənddə nə qədər tüfənginiz var, hamısını gətirib təhvil verin, əks 
təqdirdə kəndiniz top atəşilə viran ediləcək. Müsəlmanlar dörd tüfəng gətirib 
verdikdən sonra generala dedilər ki, bütün silahları toplayanadək buyurun içəridə 
əyləşin. General çinində olan və kazaklar atdan düşüb içəri girdilər. General 
təşəxxüslə bir hündür yerdə əyləşdi, kazaklar isə onun yanında ayaq üstə 
dayandılar. Müsəlmanlar isə bərkdən bir-birini səsləyərək deyirdilər: 
— Ey kənd əhli, tüfənglərinizi yığın tez gətirin ki, general məəttəl olmasın. 
Bir az keçdikdən sonra bir neçə nəfər əllərində tüfəng içəriyə girərək 
generalı və kazakları güllələyib öldürdülər. Onların silah və atlarına da sahib 
oldular. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin