66
HACI ABBASIN ƏHVALATI
Hacı Abbas belə deyir ki, dava sakitləşdikdən sonra ermənilərin əksəriyyəti
ayrı-ayrı vilayətlərə getməyə başladılar. Bir gün mən yolla gedərkən Muğdusi oğlu
Minas adlı bir sövdəgər qarşıma çıxdı. O, külfəti ilə birlikdə arabada Tiflisə
gedirdi. Məni görcək dedi ki, Hacı, Allah sizi saxlasın, görürsən sizin müsəlmanlar
məni nə günə saldılar? Din haqqı, mənim o qədər dövlətimdən çiynimə saldığım
bircə bu şal qalıb. Bu mənim həm paltarım, həm də yorğan-döşəyimdir.
Minasın oğlu atasına dedi ki,
zərər yoxdur, bu günün sabahı var. Əlbəttə,
biz də əvəzini çıxarıq. Sonra mən Minasın oğluna dedim: —Ey oğlan, yadında
varmı ki, davadan irəli mən sizin evin qabağından gedirdim. Gördüm ki, sən evin
balkonunda durubsan. Bu zaman sizin balkonun altından bir qoca müsəlman
keçirdi. Sən onu görən kimi daş ilə vurdun. Kişi səbəbini
soruşanda sən o kişiyə
acıqlanıb dedin ki, mən qəsdən səni vurdum. O kişi də sənə dedi ki, mənə etdiyin
bu zülmə görə Allah-təala sizin evinizi xarabaya döndərib, sizi də zəlil etsin. İndi
həmin kişinin bəd duasıdır ki, sizi tutdu. Eviniz-malınız tamam yanıb, özünüz də
belə zəlil günə qalmısınız.
Allah-təala adildir, haqqı nahaqqa verməz. Bir də ki,
davanı və mərdümazarlığı ermənilər saldı, müsəlmanların sizə heç bir iddiası
yoxdur.
Dostları ilə paylaş: