74
ƏLAVƏ:
1324-cü il məhərrəm ayının 23-də Sisyan
kürdlərinə xəbər gəldi
ki, Ağadil kəndində yaşayan müsəlmanlar qəflətən 800-ə yaxın erməni
silahlılarının hücumuna məruz qalıblar.
Kəndin müsəlmanları silahlanıb «Ya Əli!» nərəsi çəkərək ermənilərin
qarşısına çıxırlar. Müsəlmanlara gələn kömək erməniləri karıxdırıb pərən-pərən
etdi. Bir neçə saatın içində 400-ə qədər erməni silahlısı
öldürülmüş, qalanları isə
qaçıb canlarını qurtarmışlar. Öldürülmüş ermənilərin silah və sursatlarını toplayıb
ehtiyacı olan müsəlmanlar arasında bölüşdürdülər.
Məhərrəm ayının 26-da, Novruz bayramı günü özünü qımdatbaşı hesab
edən Kolya Əsirbəyov adlı bir erməni belində xəncər yoldan keçərkən bir kazak
komandiri onu saxlayıb xəncəri əlindən almaq istəyir. Kolya özünə ar bilib xəncəri
ona vermək istəmir. Bu zaman kazak onu bir neçə dəfə vurur. Ermənilər yığışıb
birtəhər Kolyanı kazakın əlindən aldılar və kazakı
dilə tutub yemək-içmək olan
yerə gətirdilər. Kazak içib məst olduqdan sonra ona övrət təklif etdilər. Kazak
övrəti istəyərkən ona dedilər ki,
bura bazar içidir, yaxşı bir övrət var, onun evinə
gedək. Ermənilər məst olmuş kazakı bir yerə gətirib xəncərlə öldürdülər. Fürsət
tapıb kazakın cəmdəyini basdıra bilmədiklərinə görə Təzə kilsənin altında olan
dəyirmanda gizlətdilər. Hadisədən xəbərdar olan bir malakan gəlib əhvalatı
kazaklara xəbər verdi. Onlar tez gəlib öldürülən kazakın meyidini dəyirmandan
götürdülər və bu hadisəni teleqrafla böyüklərinə xəbər verdilər.
Dostları ilə paylaş: