Mir Möhsün NƏvvab


  ERMƏNİLƏRİN PAXILLIĞI VƏ HİYLƏSİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə51/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   47   48   49   50   51   52   53   54   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

 


76 
ERMƏNİLƏRİN PAXILLIĞI VƏ HİYLƏSİ 
 
Yuxarıda göstərildiyi kimi, kazakların Qarabağda ermənilərin başına 
gətirdiyi müsibətlər və müsəlmanlara qarşı isə hörmətlə yanaşmaları erməniləri çox 
narahat edirdi. Odur ki, ermənilər paxıllıqdan rahat ola bilmir, onların başlarına 
gətirilmiş müsibətlərə müsəlmanların da düçar olması və kazaklar yanında 
hörmətlərini itirməsi üçün tədbirlər tökürdülər. Neçə-neçə erməni qımdatları 
yığışıb bu fikir ətrafında baş partladırdılar. Xankəndində ermənilər iki rus kişisinə 
və övrətlərinə üç yüz manat pul verərək onlardan xahiş etdilər ki, müsəlmanların 
da dövlət yanında müqəssir olmaları üçün bir tədbir görsünlər, bizim kimi kazaklar 
onların da mal-dövlətini qarət etsin və qadınlarının ismətlərinə toxunsunlar. 
Ruslar bu təklifi qəbul edərək ermənilərin məqsədini həyata keçirmək üçün 
övrətləri ilə arabaya minib Ağdama yola düşdülər. Onlar iki bağın arasından keçən 
yola çatanda birdən dad-fəryad çəkdilər: 
— Ay gəlin, müsəlmanlar bizi soydular, əynimizdə, əlimizdə hər nə var idi, 
aldılar! Bizi lüt etdilər! 
Bu qərarla Ağdam hakiminin yanına gəldilər. O, rus idi. Hakim gördü ki, bu 
dörd nəfəri elə soyublar ki, əyinlərində alt paltardan başqa bir şey qalmayıb. 
Hamısı soyuqdan tir-tir əsirlər. Hakim qəzəblənərək əhvalatı dərhal generala 
yazmaq və müsəlmanları tənbeh etmək istədi. Bu zaman müsəlman olan yasavul 
osetin hakimin yanına daxil olaraq rusların gəldiyi arabada axtarış aparmaq üçün 
icazə istədi. Osetin hakimdən razılıq əldə etdikdən sonra gəlib arabanın içindəki 
otu o tərəf-bu tərəfə çəkib yoxlayanda gördü ki, ruslar və onların övrətlərinin bütün 
paltarları və çəkmələri otun altındadır. Əhvalatdan xəbərdar olan hakim 
qeyzlənərək həmin rusların və arabaçının döyülməsi haqqında əmr verdi. Övrətlərə 
isə dedi ki, bu saat doğrusunu deyin görüm bu nə işdir, yoxsa sizi həbsxanaya 
göndərəcəyəm. Matuşkalar dedilər ki, bizi nə döyün, nə də həbsxanaya göndərin
əhvalat belədir: Qımdatlar bizə üç yüz manat pul verərək bu hiyləyə təhrik etdilər 
ki, biz müsəlmanları belə bir əməllə günahlandıraq və bunun nəticəsində ruslar 
onları cəzalandırsınlar. Biz də bunu edə bilmədik. Hiyləmizin üstü açıldı. 
Müsəlmanlar onlara qarşı yönəldilmiş bu hiylənin üstünü açdığına görə 
xeyli pul yığıb həmin osetinə verdilər və böyük təşəkkürlərini bildirdilər. Beləliklə, 
ermənilərin növbəti hiyləsi faş olub, rüsvay oldular. Ona görə də atalar deyib ki, 
başqasına quyu qazanın özü düşər. Yaxud, hər nə əkərsən, onu da biçərsən. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin