Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə21/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

Ə L A V Ə:
Cavad ağa Paşa ağa oğlu adlı bir nəfər müsəlman həmişə 
ermənilərə hörmət edir, onlara rəhmlə yanaşardı. Çalışardı ki, ermənilərlə 
müsəlmanlar arasında həmişə sülh olsun. Buna baxmayaraq, yuxarıda adı çəkilən 
Həmzad adlı erməni cəlladı öz dəstəsilə Cavad ağanın kəndinə basqın etmişdir. 


38 
Onlar Cavad ağanın və onun rəiyyətinin evlərinə və gözəl atlar saxlanılan 
tövlələrinə od vurub yandırmış, mal-dövlətini qarət etmişlər. 
Ə L A V Ə:
Erməni quldur dəstələri Xənəzək kəndinə də basqın etmişdilər. 
Məmmədağa Ataxan oğlunun bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni 
quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağların ağaclarını doğramış, evdə 
olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. 
Onun nökərləri qaçıb canlarını xilas etmişlərsə də, çoban onlardan qurtara 
bilməmişdir. Quldurlar onu vəhşicəsinə öldürmüşlər. 
Ə L A V Ə:
Bu zaman Qalaya bir adam gəlib xəbər gətirdi ki, erməni 
quldurlarının bu vəhşiliklərinə son qoymaq üçün hər tərəfdən müsəlman atlıları 
tökülüb ermənilər yaşayan Sissi kəndinə hücum etmişlər. Kənddə müsəlman atlıları 
erməni quldurlarının bir neçəsini öldürmüş, bəziləri isə qaçıb canını qurtarmışdı. 
Müsəlman kəndlərindən qarət edilmiş mal-dövlət geri qaytarılmışdır. Kəndə basqın 
zamanı müsəlman atlıları övrət-uşağa toxunmamışdılar. 
Bundan sonra atlılar Məşhər adlı əksəriyyəti erməni olan kəndə tərəf 
yönəldilər. Ermənilər müsəlman atlılarına müqavimət göstərə bilməyib hərəsi bir 
tərəfə qaçdı. Onlar bu kənddə olan heyvanları və bəzi əşyaları özləri ilə qənimət 
götürüb və iqamətgahlarına göndərdilər. Bir para quldur evlərinə və onların ot 
tayalarına od vurduqdan sonra atlılar Saru kəndinə tərəf yollandılar. Bu kənddə də 
müsəlmanlar istədiklərini etdikdən sonra Qarabulaq kəndinə üz qoydular. Oradan 
isə Xəlifə kəndinə getdilər. Bu kəndlərdə də övrət-uşaqlara əl vurmadan quldurlara 
divan tutaraq aparılan malların hamısını geri qaytardılar. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin