Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə22/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

Ə L A V Ə:
Yuxarıda haqqında danışdığımız Həmzad adlı erməni qulduru 
öz dəstəsi ilə yenə gəlib Əsgəran bürclərinə doldular. Onlar bu səngərlərdən 
namərdcəsinə yolla gəlib-gedən müsəlmanları qəflətən güllə ilə vurub 
öldürürdülər. Meyidini isə odlayıb yandırırdılar. Həmin gün Mustafa bəy adlı bir 
nəfər müsəlmanı eləcə öldürdükdən sonra yandırmışdılar. Bu əhvalatdan bir neçə 
gün sonra, yəni ramazan ayının üçüncü günündə İsa bulağının yaxınlığında meşədə 
müsəlmanlar üç erməni ilə dalaşırlar. Müsəlmanlar erməninin ikisini öldürür
üçüncüsü isə qaçır. Arxadan atılan güllələrdən ancaq biri qaçan erməniyə dəyib 
yaralayır. Yaralanmasına baxmayaraq, qaçıb aradan çıxır və özünü şəhərə yetirir. 
O, şəhərdə fəryad qoparır ki, nə durmusunuz müsəlman atlıları dörd tərəfdən 
üstümüzə gəlir, yolda da iki ermənini öldürüblər. Mən isə yaralanıb qaçmışam. 
Ermənilər onun bu fəryadını eşidən kimi dükan-bazarı şaraqqa-şuruqla 
bağlayıb qorxu içərisində Qalaya müvəkkil olan qoşun böyüyünün yanına gəldilər 
və dedilər ki, müsəlmanlar dörd tərəfdən üstümüzə gəlirlər. İki adamımızı öldürüb, 
birini isə yaralayıblar. 
Qoşun böyüyünün əmri ilə əsgərlər dərpal şeypur çaldılar. Qalada nə qədər 
ki rus qoşunu var idi, hamısı silahlanıb musiqi çala-çala müsəlman bazarına 
gəldilər. Gördülər ki, bazarda dükanlar açıq, hər kəs də öz işi ilə, alış-verişi ilə 
məşğuldur. Davadan heç bir əsər-əlamət yoxdur. Rus əsgərləri yenə musiqi çala-


39 
çala erməni məhəlləsinə qayıtdılar və ermənilərə bildirdilər ki, onlar öz-özlərindən 
nahaq yerə belə qorxuya düşüblər. 
Ə L A V Ə:
Həmin günün sabahı ermənilərdən on dörd nəfər atlanıb 
şəhərdən kənarda yerləşən Yarma adlı yerə gəlir və müsəlmanların yolunu kəsir və 
onların gediş-gəlişinə mane olurlar. Müsəlmanlar əhvalatdan xəbərdar olan kimi 
bir neçə igid döyüşçü həmin yerə gələrək ermənilərin üstünə hücum edirlər. 
Ermənilər karıxıb hərəsi bir tərəfə qaçarkən onlardan üçünü öldürüb birini isə 
yaraladılar. Qaçanlar Qalaya gəlib erməniləri əhvalatdan xəbərdar etdilər. Dərhal 
qımdatların rəhbərliyi altında bir dəstə erməni Yel dəyirmanı adlanan qayanın 
üstünə gəldilər. Qayanın üstünə çıxıb durbinlə çay tərəfdən gələn müsəlmanları 
müşahidə etməyə başladılar. Axşama bir saat qalanda gördülər ki, bir fağır qoca 
müsəlman kişisi odun yüklənmiş atla gedir. Kişi oruc olduğuna görə atın 
quyruğundan tutub yavaş-yavaş addımlayırdı. Erməni quldurları qocanı güllə ilə 
vurub öldürdülər. At isə qaçıb yüklü halda kişinin evinə gəlir. Kişinin külfəti 
vəziyyəti belə gördükdə qorxuya düşüb tanış-bilişi köməyə çağırdı. Onlar kişini 
axtarsalar da, artıq gecə düşdüyündən qaranlıqda onu tapa bilmədilər. Səhərisi gün 
gedib onun meyidini tapdılar və bu haqda divana məlumat verdilər. Sonra isə 
kəfənə tutub dəfn etdilər. Həmin kişi Səfərəlinin oğlu Qulu dəllək idi. Mərhumun 
qardaşı hamıya bildirdi ki, ermənilər o biçarəni öldürəndən sonra qarnını yırtıb, 
başını daşla əzib, qulağını kəsib aparmışdılar. Vay olsun bu növ tayfanın əhvalına 
ki, Allah-təalanın məxluquna nahaq yerə belə zülmlər edib, dünyanı rahatsız qoyub 
özlərini də zəlil ediblər. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin