49
yaxud xəncərlə mərdi-mərdanə bir-birinizlə vuruşasınız. Ya siz müsəlmanlara qalib
gələrsiz, ya da müsəlmanlar sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün
məxluqatın canı dincələr. Məgər xudavəndi-aləmdən qorxmursunuz, adlarını
qımdat qoymuş bir neçə erməni quldurlarının həftədə bir çaxırın kefi başlarına
vurarkən iki millət arasına fitnə-fəsad salıb, nahaq qanlara bais olurlar. Sizlər də
onların sözlərinə baxıb, özünüzü təhlükəyə salırsınız.
Bunun nəticəsində də nə
qədər adamlarınız və mallarınız tələf olur, mülkləriniz yandırılıb xarabalığa
çevrilir. Özünüz görürsünüz ki, dava vaxtı 10 nəfər müsəlmandan öləndə min nəfər
sizdən tələf olur. Quldurların sözünə qulaq asmayın. Allah-təalanın yoluna qayıdın.
Haşım bəydən sonra cənab Əbdürrəhman ağa və cənab qazi xütbələrdə
fatihə oxudular.
Bu barışıq günü yuxarıda haqqında danışdığımız əhvalat zamanı
öldürülmüş
müsəlmanların qatilini gətirib divana təhvil verdilər. Onlar iki nəfər idilər.
Onlardan biri Qaybalı kəndlisi erməni dəmirçi Mirzə idi. Divan hər ikisini
həbsxanaya göndərdi.
Dostları ilə paylaş: